Tapılan ümumi test sayı : 26

Sözlərdən biri quruluşca sadədir:
A) əxlaqi
B) ailəvi
C) təbii
D) elmi
E) tibbi
"Qoyun sözümü deyim də!" cümləsinin morfoloji təhlilindəki yol verilmiş səhvi göstərin.
A) "qoyun" sözü əmr ədatıdır.
B) "deyim" sözündəki "-im" mənsubiyyət şəkilçisidir.
C) "deyim" sözü felin əmr şəklindədir.
D) "sözümü" - bu sözdə həm mənsubiyyət, həm də hal şəkilçisi işlənib.
E) Cümlədə iki ədat işlənmişdir.
Biz gündəlik nitqimizdə əsasən, hansı sözlərdən istifadə edirik?
A) dialekt sözlərdən
B) neologizmlərdən
C) terminlərdən
D) ümumişlək sözlərdən
E) alınma sözlərdən
Hansı xüsusiyyət sabit söz birləşmələrinə aid edilə bilməz?
A) vahid məna bildirir;
B) onların qarşılığını bir sözlə ifadə etmək olmur.
C) onları əmələ gətirən sözlər ilkin mənalarından uzaqlaşır;
D) təhlil zamanı bütöv götürülür.
E) leksik vahid sayılır.
Onu nahaq yerə gözdən salıblar" cümləsinin növünü müəyyənləşdirin:
A) qeyri-müəyyən şəxsli cümlə
B) şəxssiz cümlə
C) adlıq cümlə
D) ümumi şəxli cümlə
E) cüttərkibli cümlə
"Tüstü" sözünün fonetik təhlilindəki səhvləri göstərin:
1. 5 səs, 5 hərfdən ibarətdir.
2. İkihecalı sözdür, vurğu birinci hecaya düşür.
3. iki incə, dodaqlanan, qapalı sait işlənmişdir.
4. Sözdə üç kar samit səs işlənmişdir.
5. Ahəng qanunu gözlənilmişdir.
A) 2, 4
B) 4, 5
C) 1, 5
D) 1, 2
E) 2, 3
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top