Tapılan ümumi test sayı : 28

"...Millətin dilini bilməmiş onun dərdinə dava etmək çətindir".
N.Nərimanovun bu sözləri ilə C.Məmmədquluzadənin   əsərlərindən birinin əsas ideyasını ifadə etmək mümkündür:
A) "Dəli yığıncağı"
B) "Danabaş kəndinin əhvalatları"
C) "Ölülər"
D) "Usta Zeynal"
E) "Poçt qutusu"
M.F.Axundzadənin "Aldanmış kəvakib" povestində əks qütblərdə dayanan obrazlar:
A) Şah Abbas, Yusif Sərrac
B) Şah Abbas, Axund Səməd
C) Mirzə Möhsün, Mirzə Yəhya
D) Sərdar Zaman xan, Mirzə Sədrəddin
E) Axund Səməd, Mövlana Cəmaləddin
"Göydən yer üzünə nurlar tökülür,
Zəmilər, tarlalar üzümə gülür". (S.Vurğun)
Nümunədə hansı bədii təsvir vasitəsi işlənmişdir?
A) təzad
B) təşbeh
C) metonimiya
D) metafora
E) epitet
Biri mənzum dramdır:
A) "Nadir şah"
B) "Müsibəti-Fəxrəddin"
C) "Oqtay Eloğlu"
D) "Hacı Qara"
E) "Vaqif"
C.Cabbarlının hansı əsərində Oqtay Eloğlunun idealı davam etdirilir?
A) "Dönüş"
B) "Od gəlini"
C) "Almaz"
D) "Yaşar"
E) "Sevil"
Bu əsərlərdən biri M.Füzulinin "Leyli və Məcnun" poemasının təsiri ilə yazılmışdır:
A) Əssar Təbrizi, "Mehr və Müştəri"
B) Abbasqulu ağa Bakıxanov. "Mişkatül-ənvar"
C) Məsihi. "Vərqa və Gülşa"
D) "Dastani - Əhməd Hərami"
E) Həqiri Təbrizi. "Leyli və Məcnun"
Məhsəti Gəncəvinin rübailərinin əsas məzmunu:
A) məhəbbət, gözəllik və sadə peşə sahiblərinin tərənnümü
B) mədhiyyətçilik
C) zəmanə hökmdarlarının tənqidi
D) ayrılıqdan doğan kədər və bədbinlik
E) tarixi hadisələrin epik təsiri
Biri Q.Zakirin ictimai məzmunlu lirik şerlərinə daxil deyil:
A) "Gözüm yolda qaldı, könül intizar"
B) "Eylər"
C) "Dost yolu bağlandı, ümid kəsildi"
D) "Badi-səba, söylə mənim yarıma"
E) "Durnalar"
Şifahi xalq ədəbiyyatına aid edilən əlamətlərdən biri səhvdir:
A) Şifahi şəkildə yaranır və inkişaf edir.
B) Özünəməxsus janr və dil-ifadə xüsusiyyətləri vardır.
C) Çoxvariantlı ədəbiyyatdır.
D) Ümumxalq təfəkkürünün məhsuludur.
E) Yalnız lirik və epik janrları olur.
Şah İsmayıl Xətai haqqındakı fikirlərdən biri yanlışdır:
A) Lirik və epik əsərləri vardır.
B) Ana dilində yazdığı divanı dövrümüzə qədər gəlib çatmışdır.
C) "Dəhnamə" əsərinin müəllifidir.
D) Həm əruz, həm də heca vznində şerlər yazıb.
E) Nəsr əsərləri də vardır.
Mürəkkəb ad hansıdır?
A) qazayağı
B) sarıköynək
C) çobanyastığı
D) Qız qalası
E) qızılağac
Altından xətt çəkilmiş sözlərdən biri ədat deyil:
A) Uşaqlara yaxşı bax, korluq çəkməsinlər.
B) Necə yəni gəlməyib?
C) Qoy var olsun elin varı!
D) Onda ki övladı-vətən xam idi,
    Ax, necə kef çəkməli əyyam idi.
E) Bax sənə deyirəm ha!
Sadə söz hansıdır?
A) sınaq
B) sancaq
C) yataq
D) qoçaq
E) daraq
Təyinin ifadə vasitələrindən biri səhv göstərilmişdir:
A) işarə əvəzliyi
B) feli bağlama tərkibi
C) feli sifət tərkibi
D) sifət
E) isim
"Son vaxtlar sərhəddə sakitçilikdir" cümləsində ədəbi dilin hansı norması pozulmuşdur?
A) orfoepik
B) leksik
C) orfoqrafik
D) qrammatik
E) qrammatik və leksik
I növ təyini söz birləşməsindən ibarət cərgəni göstərin:
A) elmi əsər, tarixi gün
B) oxuyan uşaq, aatın əqrəbi
C) telefon zəngi, daş hasar
D) qızar bulağı, sözü eşidən
E) yaxşı iş, kənd yolu
"Vətən oğlu, sözlərimi dinlə" cümləsində xitab nə ilə ifadə olunmuşdur?
A) sifətlə
B) isimlə
C) III növ təyini söz birləşməsi ilə
D) II növ təyini söz birləşməsi ilə
E) I növ təyini söz birləşməsi ilə
Cavabların birində rəsmi üsubun əsas əlamətləri verilmişdir:
A) kütləvi xarakter daşıması, sitatlardan geniş istifadə
B) aydın və qısa şərh, fikrin daha çox standart formalarda ifadəsi
C) ictimai və siyasi məsələlərin asan və anlaşıqlı izahı, kütləvilik
D) sinonmliyə və çoxmənalılığa geniş yer verilməsi
E) ümummiləşdirmə, mürəkkəb cümlə və modal sözlərdən istifadə
Biri frozoloji birləşmə deyil:
A) xəstə yatmaq
B) bəxti yatmaq
C) oda salmaq
D) gözü düşmək
E) üz döndərmək
"Bivəfa" sözünün leksik təhlilindəki səhvi göstərin:
A) Ümumişlək sözdür.
B) "Sadiq" sözünün antonimidir.
C) Omonim kimi işlənə bilmir.
D) Təkmənalıdır.
E) Əsl Azərbaycan sözüdür.
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top