Tapılan ümumi test sayı : 28

Tərzi-hərəkət budaq cümləli tabeli mürəkkəb cümlələri seçin:
1. Elə oxu ki, eşidən başa düşsün.
2. Bu elə işdir ki, hamıya demək olmur.
3. Vəziyyət elə pisləşdi ki, indi şıxış yolu tapa bilmirəm.
4. Çay elə axırdı ki, suyun hərəkəti hiss olunmurdu.
5. Elə adamdır ki, dindirməsən, dinməz.
A) 3, 5
B) 1, 4, 5
C) 1, 3, 4
D) 2, 5
E) 1, 2
"Küskün" sözünün fonetik təhlili ilə bağlı fikirlərdən biri səhvdir:
A) Sözdə 6 hərf, 6 səs vardır.
B) Deyilişi ilə yazılışı fərqlənir.
C) [ü] - incə, qapalı, dodaqlanan saitdir.
D) Sözün vurğusu ikinci hecaya düşür.
E) Sözdə üç kar, bir cingiltili samit var.
"İmiş" hissəciyi felin hansı şəkilləri ilə işlənmir?
A) vacib və şərt şəkilləri
B) lazım və vacib şəkilləri
C) arzu şəkli və nəqli keçmiş zaman
D) şərt və arzu şəkilləri
E) əmr şəkli və şühudi keçmiş zaman
Ahəng qanununa tabe olmayan sözlərdən biri əsl Azərbaycan sözüdür:
A) fasilə
B) meydan
C) həyəcan
D) ildırım
E) ahəng
Bir cür yazılan şəkilçilərin cərgəsini göstərin.
A) -ca, -çı, -akı, -lıq
B) -lar, -ıq, -dan, -çı
C) -ır, -çı, -ın, -lı
D) -lar, -ın, -sız, -kı
E) -dan, -kar, -keş, -dar
"Aparılmışdır" sözünün morfoloji təhilindəki səhvi göstərin.
A) düzəltmə feldir
B) nəqli keçmiş zamandadır
C) xəbər şəklindədir
D) təsirsizdir
E) qayıdış növdədir
Sifətin aşağıda göstərilən cəhdlərindən biri saya af edilə bilməz:
A) isimdən əvvəl işlənməsi
B) isimləşə bilməsi
C) isimlə bağlı olması
D) isimlərdən və fellərdən düzəlməsi
E) cümlədə əsasən təyin olması
Söz birləşmələri  dilçilik elminin hansı bölməsində öyrənilir?
A) leksika
B) sintaksis
C) morfologiya
D) fonetika
E) söz yaradıcılığı
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top