Tapılan ümumi test sayı : 28

"...Millətin dilini bilməmiş onun dərdinə dava etmək çətindir".
N.Nərimanovun bu sözləri ilə C.Məmmədquluzadənin   əsərlərindən birinin əsas ideyasını ifadə etmək mümkündür:
A) "Danabaş kəndinin əhvalatları"
B) "Dəli yığıncağı"
C) "Ölülər"
D) "Poçt qutusu"
E) "Usta Zeynal"
M.F.Axundzadənin "Aldanmış kəvakib" povestində əks qütblərdə dayanan obrazlar:
A) Mirzə Möhsün, Mirzə Yəhya
B) Şah Abbas, Axund Səməd
C) Sərdar Zaman xan, Mirzə Sədrəddin
D) Axund Səməd, Mövlana Cəmaləddin
E) Şah Abbas, Yusif Sərrac
"Göydən yer üzünə nurlar tökülür,
Zəmilər, tarlalar üzümə gülür". (S.Vurğun)
Nümunədə hansı bədii təsvir vasitəsi işlənmişdir?
A) metafora
B) təşbeh
C) təzad
D) metonimiya
E) epitet
Biri mənzum dramdır:
A) "Müsibəti-Fəxrəddin"
B) "Hacı Qara"
C) "Nadir şah"
D) "Oqtay Eloğlu"
E) "Vaqif"
C.Cabbarlının hansı əsərində Oqtay Eloğlunun idealı davam etdirilir?
A) "Dönüş"
B) "Almaz"
C) "Sevil"
D) "Od gəlini"
E) "Yaşar"
Bu əsərlərdən biri M.Füzulinin "Leyli və Məcnun" poemasının təsiri ilə yazılmışdır:
A) Həqiri Təbrizi. "Leyli və Məcnun"
B) Abbasqulu ağa Bakıxanov. "Mişkatül-ənvar"
C) "Dastani - Əhməd Hərami"
D) Əssar Təbrizi, "Mehr və Müştəri"
E) Məsihi. "Vərqa və Gülşa"
Məhsəti Gəncəvinin rübailərinin əsas məzmunu:
A) zəmanə hökmdarlarının tənqidi
B) ayrılıqdan doğan kədər və bədbinlik
C) məhəbbət, gözəllik və sadə peşə sahiblərinin tərənnümü
D) tarixi hadisələrin epik təsiri
E) mədhiyyətçilik
Biri Q.Zakirin ictimai məzmunlu lirik şerlərinə daxil deyil:
A) "Eylər"
B) "Dost yolu bağlandı, ümid kəsildi"
C) "Badi-səba, söylə mənim yarıma"
D) "Durnalar"
E) "Gözüm yolda qaldı, könül intizar"
Şifahi xalq ədəbiyyatına aid edilən əlamətlərdən biri səhvdir:
A) Şifahi şəkildə yaranır və inkişaf edir.
B) Yalnız lirik və epik janrları olur.
C) Ümumxalq təfəkkürünün məhsuludur.
D) Özünəməxsus janr və dil-ifadə xüsusiyyətləri vardır.
E) Çoxvariantlı ədəbiyyatdır.
Şah İsmayıl Xətai haqqındakı fikirlərdən biri yanlışdır:
A) Həm əruz, həm də heca vznində şerlər yazıb.
B) Lirik və epik əsərləri vardır.
C) Ana dilində yazdığı divanı dövrümüzə qədər gəlib çatmışdır.
D) "Dəhnamə" əsərinin müəllifidir.
E) Nəsr əsərləri də vardır.
Mürəkkəb ad hansıdır?
A) qazayağı
B) çobanyastığı
C) qızılağac
D) Qız qalası
E) sarıköynək
Altından xətt çəkilmiş sözlərdən biri ədat deyil:
A) Bax sənə deyirəm ha!
B) Qoy var olsun elin varı!
C) Uşaqlara yaxşı bax, korluq çəkməsinlər.
D) Necə yəni gəlməyib?
E) Onda ki övladı-vətən xam idi,
    Ax, necə kef çəkməli əyyam idi.
Sadə söz hansıdır?
A) yataq
B) qoçaq
C) sancaq
D) sınaq
E) daraq
Təyinin ifadə vasitələrindən biri səhv göstərilmişdir:
A) feli sifət tərkibi
B) işarə əvəzliyi
C) sifət
D) feli bağlama tərkibi
E) isim
"Son vaxtlar sərhəddə sakitçilikdir" cümləsində ədəbi dilin hansı norması pozulmuşdur?
A) qrammatik və leksik
B) orfoepik
C) leksik
D) orfoqrafik
E) qrammatik
I növ təyini söz birləşməsindən ibarət cərgəni göstərin:
A) elmi əsər, tarixi gün
B) telefon zəngi, daş hasar
C) yaxşı iş, kənd yolu
D) oxuyan uşaq, aatın əqrəbi
E) qızar bulağı, sözü eşidən
"Vətən oğlu, sözlərimi dinlə" cümləsində xitab nə ilə ifadə olunmuşdur?
A) III növ təyini söz birləşməsi ilə
B) II növ təyini söz birləşməsi ilə
C) isimlə
D) sifətlə
E) I növ təyini söz birləşməsi ilə
Cavabların birində rəsmi üsubun əsas əlamətləri verilmişdir:
A) ictimai və siyasi məsələlərin asan və anlaşıqlı izahı, kütləvilik
B) ümummiləşdirmə, mürəkkəb cümlə və modal sözlərdən istifadə
C) kütləvi xarakter daşıması, sitatlardan geniş istifadə
D) sinonmliyə və çoxmənalılığa geniş yer verilməsi
E) aydın və qısa şərh, fikrin daha çox standart formalarda ifadəsi
Biri frozoloji birləşmə deyil:
A) gözü düşmək
B) oda salmaq
C) üz döndərmək
D) xəstə yatmaq
E) bəxti yatmaq
"Bivəfa" sözünün leksik təhlilindəki səhvi göstərin:
A) Ümumişlək sözdür.
B) Təkmənalıdır.
C) Omonim kimi işlənə bilmir.
D) "Sadiq" sözünün antonimidir.
E) Əsl Azərbaycan sözüdür.
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top