Tapılan ümumi test sayı : 28

Tərzi-hərəkət budaq cümləli tabeli mürəkkəb cümlələri seçin:
1. Elə oxu ki, eşidən başa düşsün.
2. Bu elə işdir ki, hamıya demək olmur.
3. Vəziyyət elə pisləşdi ki, indi şıxış yolu tapa bilmirəm.
4. Çay elə axırdı ki, suyun hərəkəti hiss olunmurdu.
5. Elə adamdır ki, dindirməsən, dinməz.
A) 1, 2
B) 1, 4, 5
C) 2, 5
D) 3, 5
E) 1, 3, 4
"Küskün" sözünün fonetik təhlili ilə bağlı fikirlərdən biri səhvdir:
A) Sözdə üç kar, bir cingiltili samit var.
B) Deyilişi ilə yazılışı fərqlənir.
C) [ü] - incə, qapalı, dodaqlanan saitdir.
D) Sözün vurğusu ikinci hecaya düşür.
E) Sözdə 6 hərf, 6 səs vardır.
"İmiş" hissəciyi felin hansı şəkilləri ilə işlənmir?
A) vacib və şərt şəkilləri
B) şərt və arzu şəkilləri
C) əmr şəkli və şühudi keçmiş zaman
D) lazım və vacib şəkilləri
E) arzu şəkli və nəqli keçmiş zaman
Ahəng qanununa tabe olmayan sözlərdən biri əsl Azərbaycan sözüdür:
A) fasilə
B) meydan
C) ahəng
D) ildırım
E) həyəcan
Bir cür yazılan şəkilçilərin cərgəsini göstərin.
A) -ca, -çı, -akı, -lıq
B) -lar, -ıq, -dan, -çı
C) -lar, -ın, -sız, -kı
D) -ır, -çı, -ın, -lı
E) -dan, -kar, -keş, -dar
"Aparılmışdır" sözünün morfoloji təhilindəki səhvi göstərin.
A) nəqli keçmiş zamandadır
B) düzəltmə feldir
C) təsirsizdir
D) xəbər şəklindədir
E) qayıdış növdədir
Sifətin aşağıda göstərilən cəhdlərindən biri saya af edilə bilməz:
A) isimləşə bilməsi
B) isimlərdən və fellərdən düzəlməsi
C) cümlədə əsasən təyin olması
D) isimlə bağlı olması
E) isimdən əvvəl işlənməsi
Söz birləşmələri  dilçilik elminin hansı bölməsində öyrənilir?
A) morfologiya
B) fonetika
C) sintaksis
D) leksika
E) söz yaradıcılığı
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top