Tapılan ümumi test sayı : 28

"Təbrizin ətrafı dağdı, meşədi,
İçində oturan bəydi, paşadı,
Səkkiz min məhəllə, beş min guşədi,
Çarşusu, bazarı, yolu Təbrizin."
Şer hansı dastandandır?
A) "Aşıq Qərib"
B) "Şah İsmayıl"
C) "Tahir və Zöhrə"
D) "Abbas və Gülgəz"
E) "Əsli və Kərəm"
Bunlardan biri 1850-1870-ci illərin ədəbi-mədəni hadisələrindən sayıla bilməz:
A) yeni tipli bədii nəsrin əsasının qoyulması
B) faciə janrının yaranması
C) milli mətbuatın yaranması
D) dramaturgiyanın yaranması
E) ədəbi məclislərin çoxalması
Bu tarixi şəxsiyyətlərdən biri "Qan içində" romanında iştirak etmir:
A) İkinci İrakli
B) Nəsrəddin şah
C) Molla Pənah Vaqif
D) İbrahimxəlil xan
E) Ağa Məhəmməd şah Qacar
Mətndə hansı bədii ifadə vasitəsi işlənmişdir?
Sözümü anla mənim, sözümü dinlə, atam Qazan!
Sağına baxdın, qah-qah güldün,
Soluna baxdın, çox sevindin.
Qarşıya baxdın, məni görüb ağladın.
A) mübaliğə
B) metonimiya
C) litota
D) metafora
E) bədii təzad
Bu şairin şerlərinin əsas mövzusu qəhrəmanlıq və igidliyin tərənnümü, nikbinlik və sevinc hisslərinin ifadəsidir:
A) S.Ə.Şirvani
B) S.Ə.Nəbati
C) İ.Nəsimi
D) M.V.Vidadi
E) Q.Bürhanəddin
Nizami Gəncəvinin "Sirlər xəzinəsi" poemasına daxil olan mənzum hekayələrdən hansına "Doğru sözə zaval yoxdur, doğru sözü danmaq, gizlətmək olmaz" qənaətinə gəlinir?
A) "Süleyman və əkinçi"
B) "Sultan Səncər və qarı"
C) "Nuşirəvan və bayquşların söhbəti"
D) "Kərpickəsən qocanın dastanı"
E) "Zalım padşahla Zahidin dastanı"
"Aldanmış kəvakib" povestində vəzir Mirzə Möhsünü , müstövfi Mirzə Yəhyanı, sərdar Zaman   xanı...    danışdırmaqda  M.F.Axundzadənin əsas məqsədi nə idi?
A) Dövlət başçılarının ölkənin abadlığına fikir vermədiklərini göstərmək.
B) Özünüifşa yolu ilə Şah Abbasın dövlət aparatının gülünclüyünü göstərmək.
C) Ölkənin müdafiəsinin səriştəsiz, hərbi işdən xəbərsiz adamlara tapşırıldığını göstərmək.
D) Saray adamlarının ölkənin gələcəyi ilə bağlı narahatlığını təsvir etmək.
E) Dövlət məmurlarının Şah Abbasa hədsiz sədaqətini göstərmək.
"Qız anadan görməyincə öyüd almaz",
"Oğul atadan görməyincə süfrə yaymaz" - 
atalar sözləri hansı şifahi xalq ədəbiyyatı nümunəsində işlədilmişdir?
A) "Abbas və Gülgəz" dastanı
B) "Kitabi-Dədə Qorqud" dastanı
C) "Məlikməmməd" nağılı
D) "Koroğlu" dastanı
E) "Aşıq Qərib" dastanı
Şah İsmayıl Xətai və Məhəmməd Füzuli yaradıcıığı üçün ortaq cəhət:
A) həm əruz vəznində, həm də heca vəznində şerlərin yazılması
B) həm lirik, həm də epik əsərlərin yazılması
C) həm nəzmlə, həm də nəsrlə bədii əsərlərin yazılması
D) həm elmi, həm də bədii əsərlərin yazılması
E) hər ikisinin fars dilində də divan yaratması
M.Ə.Sabir satiralarında ən çox hansı ifşa üsulundan istifadə edilmişdir?
A) birbaşa müəllif tənqidi
B) satirik monoloq (tipi öz dili ilə danışdırmaq)
C) sözün tərsini demək
D) incə yumorlu gülüş
E) dialoq və ya məktublaşma yolu ilə ifşa
Hansı cümlədə "kitab" sözü təsirlik haldadır?
A) Çox kitab oxumaq insanın məlumatını artırır.
B) Dostum kitab həvəskarıdır.
C) Kitabı evdə qalıb.
D) Bu, maraqlı kitabdır.
E) Kitab bilik mənbəyidir.
Cümlələrdən birində feli sifət tərkibi işlənmişdir:
A) Oxunacaq kitabları ayrıca bir rəfə yığdı.
B) Gördüyümüz iş hamını sevindirdi.
C) Baxmalı sənədlər çoxdur.
D) Öz səadətini başqasının bədbəxtliyi üzərində quranı hamı lənətləyər.
E) Hamı sakitcə dayanıb hörmətli qonağı gözləyirdi.
Sözlərdən yalnız biri Azərbaycan dilinin iltisaqiliyi prinsipinə uyğundur:
A) baməzə
B) dünyəvi
C) xəlqi
D) sevincli
E) bivəfa
Feli xəbərli cümləni göstərin:
A) Anam dostumu öz balası kimi sevirdi.
B) Müşfiq xalqımızın böyük şairidir.
C) Gələn uşaqların anasıdır.
D) Görünən yaraşıqlı ev bizimdir.
E) Hər tərəf tərtəmiz idi.
Cümlələrin ikisində ara sözlər işlədilmişdir:
1. Oğlum, el harada, sən də orada.
2. O, bir el vurğunu, el aşiqiydi.
3. Atalar deyiblər: "Haradan incələr, oradan üzülər".
4. Necə deyərlər, niyyətin hara, mənzilin ora.
5. Bəlkə, öz işindən peşmandır, o da.
A) 1, 2
B) 1, 5
C) 3, 4
D) 2, 3
E) 4, 5
"Mən evədək piyada getdim" cümləsində qoşma hansı mənanı bildirir?
A) məsafə
B) istiqamət
C) səbəb-məqsəd
D) fərqləndirmə
E) zaman
"Vəsait" sözünün fonetik təhlili ilə bağlı düzgün fikiləri seçin:
1. yazılışı ilə deyilişi fərqlənir
2. vurğusu ikinci hecaya düşür
3. ahəng qanunu gözlənilib
4. sözdə iki kar samit: [s], [t] və iki cingiltili samit [v], [y] işlənib
5. saitlərin ikisi açıq, biri qapalıdır
A) 1, 2
B) 3, 4
C) 1, 3, 5
D) 1, 4, 5
E) 2, 5
"Qapını döyürlər" əvəinə "qapını vururlar" ifadəsi işlətsək, ədəbi dilin hansı norması  pozulmuş olar?
A) fonetik
B) leksik
C) leksik və fonetik
D) qrammatik və fonetik
E) qrammatik
Mətndəki əvəzlik hansı nitq hissəsinin yerində işlənmişdir?
Kimsə təkbaşına dünyanı udmaz,
Yalqız bir insanın şahlığı tutmaz.
A) say
B) sifət
C) zərf
D) fel
E) isim
Bu əlamətlər hansı üslubda özünü göstərir?
1. xalq danışıq dilinə aid sözlərdən daha çox istifadə
2. diaoloji nitq formasının daha çox işlədilməsi
3. bağlayıcı məzmununun daha çox intonasiya ilə çatdırılması
4. yarımçıq cümlələrin işlədilməsi
5. feli tərkiblərlə müqayisədə tabeli mürəkkəb cümlələrin daha çox işlədilməsi
A) bədii
B) məişət
C) rəsmi-işgüzar
D) publisistik
E) elmi
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top