Tapılan ümumi test sayı : 28

"Əhməd yavaş-yavaş qapıya yaxınlaşdı" cümləsində altından xətt çəkilmiş sözün qrammatik təhlilində səhv haradadır?
A) cümlənin təyinidir
B) aid olduğu sözə yanaşma əlaqəsi ilə bağlanıb
C) quruluşca mürəkkəb zərfdir
D) tərzi-hərəkət zərfidir, necə? sualına cavab verir
E) eyni sözün təkrarı ilə yaranmışdır
Hansı cümədəki fel məchul növdədir?
A) Körpə gülümsündü.
B) Ürəyim həyəcanla döyündü.
C) Onun sözü mənə yaman toxundu.
D) Tapşırığa əməl olundu.
E) Lövhə silindi.
"Bizim kəndin vəziyyəti elədir ki, orada hər şey qurub-yaratmaq olar" tabeli  mürəkkəb cümləsindəki budaq cümlənin növünü göstərin.
A) xəbər budaq cümləsi
B) yer budaq cümləsi
C) mübtəda budaq cümləsi
D) təyin budaq cümləsi
E) tərzi-hərəkət budaq cümləsi
Yalnız kar samitlərin iştirak etdiyi sözü göstərin.
A) fabrik
B) paxla
C) qurğu
D) fakt
E) səkkiz
Hansı bənddəki sözlərin hər birində iki leksik şəkilçi işlənib?
A) bacardığı, vəziyyətinə, yaşadılar
B) göndərdiyi, yazılı, hirslənmək
C) qarşıladı, bilmirdi, saxladı
D) əkinçilər, böyüklük, duzsuzluqdan
E) tərifləyir, vəfasız, görəndə
Hansı fel omonimdir?
A) kədərlənmək
B) görüşmək
C) gözləmək
D) sevinmək
E) oxşamaq
"Maarif" sözünün leksik təhili ilə bağlı fikirlərdən biri səhvdir:
A) Leksik mənasına görə "əldə edilən bilik", "təhsil", "savad" deməkdir.
B) Təkmənalı sözdür.
C) Alınma sözdür.
D) Ümumişlək sözdür.
E) "Savadsız", "biliksiz" sözləri ilə antonimdir.
Hansı sözün tələffüzü düzgün göstərilməmişdir:
A) [səkgiz]
B) [hətda]
C) [hopbanmaq]
D) [Sətdar]
E) [sakqal]
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top