Tapılan ümumi test sayı : 28

"Təbrizin ətrafı dağdı, meşədi,
İçində oturan bəydi, paşadı,
Səkkiz min məhəllə, beş min guşədi,
Çarşusu, bazarı, yolu Təbrizin."
Şer hansı dastandandır?
A) "Şah İsmayıl"
B) "Abbas və Gülgəz"
C) "Tahir və Zöhrə"
D) "Aşıq Qərib"
E) "Əsli və Kərəm"
Bunlardan biri 1850-1870-ci illərin ədəbi-mədəni hadisələrindən sayıla bilməz:
A) ədəbi məclislərin çoxalması
B) dramaturgiyanın yaranması
C) yeni tipli bədii nəsrin əsasının qoyulması
D) faciə janrının yaranması
E) milli mətbuatın yaranması
Bu tarixi şəxsiyyətlərdən biri "Qan içində" romanında iştirak etmir:
A) İkinci İrakli
B) Ağa Məhəmməd şah Qacar
C) Molla Pənah Vaqif
D) İbrahimxəlil xan
E) Nəsrəddin şah
Mətndə hansı bədii ifadə vasitəsi işlənmişdir?
Sözümü anla mənim, sözümü dinlə, atam Qazan!
Sağına baxdın, qah-qah güldün,
Soluna baxdın, çox sevindin.
Qarşıya baxdın, məni görüb ağladın.
A) bədii təzad
B) metonimiya
C) metafora
D) litota
E) mübaliğə
Bu şairin şerlərinin əsas mövzusu qəhrəmanlıq və igidliyin tərənnümü, nikbinlik və sevinc hisslərinin ifadəsidir:
A) M.V.Vidadi
B) S.Ə.Şirvani
C) Q.Bürhanəddin
D) İ.Nəsimi
E) S.Ə.Nəbati
Nizami Gəncəvinin "Sirlər xəzinəsi" poemasına daxil olan mənzum hekayələrdən hansına "Doğru sözə zaval yoxdur, doğru sözü danmaq, gizlətmək olmaz" qənaətinə gəlinir?
A) "Sultan Səncər və qarı"
B) "Zalım padşahla Zahidin dastanı"
C) "Kərpickəsən qocanın dastanı"
D) "Süleyman və əkinçi"
E) "Nuşirəvan və bayquşların söhbəti"
"Aldanmış kəvakib" povestində vəzir Mirzə Möhsünü , müstövfi Mirzə Yəhyanı, sərdar Zaman   xanı...    danışdırmaqda  M.F.Axundzadənin əsas məqsədi nə idi?
A) Dövlət başçılarının ölkənin abadlığına fikir vermədiklərini göstərmək.
B) Ölkənin müdafiəsinin səriştəsiz, hərbi işdən xəbərsiz adamlara tapşırıldığını göstərmək.
C) Dövlət məmurlarının Şah Abbasa hədsiz sədaqətini göstərmək.
D) Saray adamlarının ölkənin gələcəyi ilə bağlı narahatlığını təsvir etmək.
E) Özünüifşa yolu ilə Şah Abbasın dövlət aparatının gülünclüyünü göstərmək.
"Qız anadan görməyincə öyüd almaz",
"Oğul atadan görməyincə süfrə yaymaz" - 
atalar sözləri hansı şifahi xalq ədəbiyyatı nümunəsində işlədilmişdir?
A) "Abbas və Gülgəz" dastanı
B) "Kitabi-Dədə Qorqud" dastanı
C) "Məlikməmməd" nağılı
D) "Aşıq Qərib" dastanı
E) "Koroğlu" dastanı
Şah İsmayıl Xətai və Məhəmməd Füzuli yaradıcıığı üçün ortaq cəhət:
A) həm lirik, həm də epik əsərlərin yazılması
B) həm əruz vəznində, həm də heca vəznində şerlərin yazılması
C) həm nəzmlə, həm də nəsrlə bədii əsərlərin yazılması
D) həm elmi, həm də bədii əsərlərin yazılması
E) hər ikisinin fars dilində də divan yaratması
M.Ə.Sabir satiralarında ən çox hansı ifşa üsulundan istifadə edilmişdir?
A) satirik monoloq (tipi öz dili ilə danışdırmaq)
B) dialoq və ya məktublaşma yolu ilə ifşa
C) birbaşa müəllif tənqidi
D) incə yumorlu gülüş
E) sözün tərsini demək
Hansı cümlədə "kitab" sözü təsirlik haldadır?
A) Kitab bilik mənbəyidir.
B) Çox kitab oxumaq insanın məlumatını artırır.
C) Bu, maraqlı kitabdır.
D) Dostum kitab həvəskarıdır.
E) Kitabı evdə qalıb.
Cümlələrdən birində feli sifət tərkibi işlənmişdir:
A) Hamı sakitcə dayanıb hörmətli qonağı gözləyirdi.
B) Baxmalı sənədlər çoxdur.
C) Gördüyümüz iş hamını sevindirdi.
D) Öz səadətini başqasının bədbəxtliyi üzərində quranı hamı lənətləyər.
E) Oxunacaq kitabları ayrıca bir rəfə yığdı.
Sözlərdən yalnız biri Azərbaycan dilinin iltisaqiliyi prinsipinə uyğundur:
A) dünyəvi
B) sevincli
C) bivəfa
D) baməzə
E) xəlqi
Feli xəbərli cümləni göstərin:
A) Hər tərəf tərtəmiz idi.
B) Anam dostumu öz balası kimi sevirdi.
C) Görünən yaraşıqlı ev bizimdir.
D) Gələn uşaqların anasıdır.
E) Müşfiq xalqımızın böyük şairidir.
Cümlələrin ikisində ara sözlər işlədilmişdir:
1. Oğlum, el harada, sən də orada.
2. O, bir el vurğunu, el aşiqiydi.
3. Atalar deyiblər: "Haradan incələr, oradan üzülər".
4. Necə deyərlər, niyyətin hara, mənzilin ora.
5. Bəlkə, öz işindən peşmandır, o da.
A) 4, 5
B) 1, 5
C) 1, 2
D) 3, 4
E) 2, 3
"Mən evədək piyada getdim" cümləsində qoşma hansı mənanı bildirir?
A) fərqləndirmə
B) zaman
C) səbəb-məqsəd
D) istiqamət
E) məsafə
"Vəsait" sözünün fonetik təhlili ilə bağlı düzgün fikiləri seçin:
1. yazılışı ilə deyilişi fərqlənir
2. vurğusu ikinci hecaya düşür
3. ahəng qanunu gözlənilib
4. sözdə iki kar samit: [s], [t] və iki cingiltili samit [v], [y] işlənib
5. saitlərin ikisi açıq, biri qapalıdır
A) 1, 4, 5
B) 1, 3, 5
C) 3, 4
D) 2, 5
E) 1, 2
"Qapını döyürlər" əvəinə "qapını vururlar" ifadəsi işlətsək, ədəbi dilin hansı norması  pozulmuş olar?
A) qrammatik
B) fonetik
C) leksik və fonetik
D) qrammatik və fonetik
E) leksik
Mətndəki əvəzlik hansı nitq hissəsinin yerində işlənmişdir?
Kimsə təkbaşına dünyanı udmaz,
Yalqız bir insanın şahlığı tutmaz.
A) zərf
B) say
C) isim
D) sifət
E) fel
Bu əlamətlər hansı üslubda özünü göstərir?
1. xalq danışıq dilinə aid sözlərdən daha çox istifadə
2. diaoloji nitq formasının daha çox işlədilməsi
3. bağlayıcı məzmununun daha çox intonasiya ilə çatdırılması
4. yarımçıq cümlələrin işlədilməsi
5. feli tərkiblərlə müqayisədə tabeli mürəkkəb cümlələrin daha çox işlədilməsi
A) rəsmi-işgüzar
B) elmi
C) bədii
D) məişət
E) publisistik
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top