Tapılan ümumi test sayı : 28

"Əhməd yavaş-yavaş qapıya yaxınlaşdı" cümləsində altından xətt çəkilmiş sözün qrammatik təhlilində səhv haradadır?
A) cümlənin təyinidir
B) aid olduğu sözə yanaşma əlaqəsi ilə bağlanıb
C) tərzi-hərəkət zərfidir, necə? sualına cavab verir
D) quruluşca mürəkkəb zərfdir
E) eyni sözün təkrarı ilə yaranmışdır
Hansı cümədəki fel məchul növdədir?
A) Tapşırığa əməl olundu.
B) Onun sözü mənə yaman toxundu.
C) Lövhə silindi.
D) Ürəyim həyəcanla döyündü.
E) Körpə gülümsündü.
"Bizim kəndin vəziyyəti elədir ki, orada hər şey qurub-yaratmaq olar" tabeli  mürəkkəb cümləsindəki budaq cümlənin növünü göstərin.
A) xəbər budaq cümləsi
B) yer budaq cümləsi
C) tərzi-hərəkət budaq cümləsi
D) mübtəda budaq cümləsi
E) təyin budaq cümləsi
Yalnız kar samitlərin iştirak etdiyi sözü göstərin.
A) qurğu
B) fakt
C) paxla
D) səkkiz
E) fabrik
Hansı bənddəki sözlərin hər birində iki leksik şəkilçi işlənib?
A) tərifləyir, vəfasız, görəndə
B) göndərdiyi, yazılı, hirslənmək
C) əkinçilər, böyüklük, duzsuzluqdan
D) bacardığı, vəziyyətinə, yaşadılar
E) qarşıladı, bilmirdi, saxladı
Hansı fel omonimdir?
A) sevinmək
B) gözləmək
C) oxşamaq
D) kədərlənmək
E) görüşmək
"Maarif" sözünün leksik təhili ilə bağlı fikirlərdən biri səhvdir:
A) "Savadsız", "biliksiz" sözləri ilə antonimdir.
B) Ümumişlək sözdür.
C) Alınma sözdür.
D) Təkmənalı sözdür.
E) Leksik mənasına görə "əldə edilən bilik", "təhsil", "savad" deməkdir.
Hansı sözün tələffüzü düzgün göstərilməmişdir:
A) [hopbanmaq]
B) [sakqal]
C) [hətda]
D) [səkgiz]
E) [Sətdar]
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top