Tapılan ümumi test sayı : 25
1)
Bir bəndi verilmiş aşağıdakı şer lirik növün hansı janrında yazılıb?
"İpək nazbalışa Mina dayandı,
Həcər nalə çəkdi, Mina da yandı,
Həsrətimdən dərdim minə dayandı,
Sən gəlsən, əysilər də bir üz, bir üz.
Xəta bildir
A)
mürəbbe
B)
təcnis
C)
gəraylı
D)
bayatı
E)
rübai
2)
"Mən, sən və müəllimlər iclasda iştirak edəcəklər" cümləsində ədəbi dilin hansı norması pozulmuşdur?
Xəta bildir
A)
qrammatik
B)
fonetik
C)
leksik
D)
leksik və fonetik
E)
fonetik və qrammatik
3)
Təyin vəzifəsində işlənmiş əvəzliyi göstərin.
Xəta bildir
A)
Bəzi adamlar zehni əməkdən tez yorulurlar.
B)
Elə danış ki, səni yaxşı başa düşsünlər.
C)
Haçan gəlmisən?
D)
Baykal gölünü xəritədə kim göstərə bilər?
E)
İndi vəziyyət belədir.
4)
Mürəkkəb sözlərdən ibarət cərgəni göstərin.
Xəta bildir
A)
bisavad, el-oba, çör-çöp
B)
əlüzyuyan, qoyun-quzu, günorta
C)
mer-meyvə, qeyri-dəqiq, narazı
D)
bimərifət, toyuq-cücə, topa-topa
E)
cəfakeş, üzümçü, kağız-kuğuz
5)
Tələffüzü ilə yazılışı fərqlənməyən qoşasamitli sözləri göstərin.
1. xallı, qüvvə 2. doqquz, səkkiz
3. saqqal, hətta 4. qüllə, zərrə
5. təqsir, rəqqasə
Xəta bildir
A)
1, 4
B)
3, 5
C)
2, 4
D)
1, 3
E)
2, 3
6)
"Xəzər dənizi" birləşməsindəki asılı tərəfin morfoloji təhlilindəki səhvi tapın.
Xəta bildir
A)
təkdir
B)
xüsusi isimdir
C)
adlıq haldadır
D)
konkret isimdir
E)
isimdir, quruluşuna görə sadədir
7)
Nümunədə işlənmiş bədii təsvir vasitəsini göstərin.
Göylərində at oynadır şimşəklər,
Bir an olur gur yağışı, dolusu.
Xəta bildir
A)
metonimiya
B)
təşbeh
C)
simvol
D)
metafora
E)
epitet
8)
M.V.Vidadinin yaradıcılığının məzmunca əsas xüsusiyyəti hansı cavabda düzgün verilmişdir?
Xəta bildir
A)
həyat eşqinin tərənnümü
B)
ictimai eybəcərliyin kəskin tənqidi
C)
ədalətli hökmdar ideyasının təbliği
D)
təbiətə vurğunluq
E)
ictimai kədər
9)
Q.Zakirin lirik yaradıcılığı ilə bağlı düzgün fikirləri seçin.
1. Lirikasının bir hissəsi məhəbbət, digər hissəsi isə ictimai mövzudadır.
2. Şerlərində daha çox real məhəbbət tərənnüm olunur.
3. Lirik şerlərində ən çox Füzuli və Vaqif yaradıcılığının təsiri duyulur.
4. Lirik şerlərin hamısına heca vəznində, qoşma janrında yazmışdır.
5. Qəzəllərində sufi məhəbbətin izləri daha qabarıqdır.
Xəta bildir
A)
4, 5
B)
3, 4, 5
C)
2, 3, 4
D)
1, 2, 3
E)
1, 5
10)
C.Cabbarlının "Oqtay Eloğlu" faciəsində baş qəhrəmanın düşmənləri onun yenidən teatra qayıtmaması üçün ilk növbədə nəyə əl atırlar?
Xəta bildir
A)
Ona külli miqdarda pul təklif edirlər.
B)
Tamaşaçılara Oqtayın ruhi xəstə olduğunu söyləyirlər.
C)
Ona hədə-qorxu gəlirlər.
D)
Biletlərin satılmasına maneçilik törətməklə tamaşanı pozmağa çalışırlar.
E)
Amalya rolunu oynayan aktrisanı öyrədirlər ki, xəstələndiyini bəhanə edib səhnəyə çıxmasın.
11)
Aşağıdakı əlamətlərdən biri C.Cabbarlı və H.Cavid yaradıcılığı üçün ortaq sayıla bilməz:
Xəta bildir
A)
həm lirik şerlərin, həm də dram əsərlərin yazılması
B)
tarixi mövzuda əsərlərin yazılması
C)
dram əsərlərinə üstünlük verillməsi
D)
mənzum dramların yazılması
E)
yaradıcılığa şerlə başlanılması
12)
Səadət xanım ("Müsibəti-Fəxrəddin") Fəxrəddinin meyiti üzərində dediyi: "Ölsəm əziyyətdən xilas ollam, Fəxrəddin, onu istəmirəm..." sözləri ilə nə demək istəyirdi?
Xəta bildir
A)
Rahat ölüm istəmirdi.
B)
Sevgilisinin qədrini bilməyən "vəhşi nadanlara" özünün sağ qalması ilə Fəxrəddini xatırlatmaq istəyirdi.
C)
Fəxrəddinin nakam arzularını yerinə yetirmək üçün əziyyət çəkmək istəyir və ölümü bu əziyyətdən qaçmaq kimi başa düşürdü.
D)
Fəxrəddinin dərddən beli bükülmüş anası Mələk xanıma xidmət etmək, onun ömrünü uzatmaq üçün əziyyət çəkmək istəyirdi.
E)
Fəxrəddin bəyin müsibətini bütün ömrü boyu öz məhrumiyyətləri və göz yaşları ilə yaşamaq istəyirdi.
13)
Əfzələddin Xaqani ilə əlaqədar fikirlərdən hansı səhvdir?
Xəta bildir
A)
"Mədain xərabələri" adlı fəlsəfi əsərində şairin məhəbbətlə bağlı fikirləri başlıca yer tutur.
B)
Ədəbiyyatımızda məsnəvi formasında yazılmış ilk poemanın müəllifi kimi tanınır.
C)
Əvvəl sarayda yaşamış, lakin sonradan sarayla özü arasında ziddiyyəti dərk edərək oradan uzaqlaşmışdır.
D)
Şirvanşahlar sarayında yaşayıb-yaratmış şairlərdəndir.
E)
Qəsidələri ilə məşhurdur.
14)
"İnteligentlik, gəzərik naz ilə,
Ömr edərik nəşeyi-dəmsaz ilə" misraları M.Ə.Sabirin hansı şerindədir?
Xəta bildir
A)
"Ruhum"
B)
"Səttarxana"
C)
"Kim nə deyər bizdə olan qeyrətə?"
D)
"Ürəfa marşı"
E)
"Nə işim var"
A)
Toy zamanı ələ xına qoyulması
B)
Nəqliyyat yolunda qoyulmuş nida işarəsi
C)
Ət mağazasının vitrinindəki inək kəlləsi şəkli
D)
Aptekin qapısındakı ilan şəkli
E)
Suyun H2 O işarəsi ilə göstərilməsi
16)
"Hamı xalqa sədaqətlə xidmət etməyə çalışmalıdır" cümləsində tamamlıq nə ilə ifadə olunmuşdur?
Xəta bildir
A)
isimlə
B)
feli sifət tərkibi ilə
C)
II növ təyini söz birləşməsi ilə
D)
məsdərlə
E)
məsdər tərkibi ilə
A)
Yaşasın Azərbaycan Respublikası!
B)
Səlim, pəncərəni aç.
C)
Günah kimdədir?
D)
Ana oğlunun doluxsunmuş gözlərinə baxdı.
E)
Siz öz vəzifənizi həmişə belə icra edin.
18)
Cümlələrdən birində birləşdirmə bağlayıcısı işlənmişdir:
Xəta bildir
A)
Mən çağırdım, ancaq sən eşitmədin.
B)
Ariflə Vasif qardaşdırlar.
C)
Həm sevinir, həm də təəccüblənirdi.
D)
Ay da, ulduz da sənə həsrətlə baxır.
E)
Rəşid dostları ilə görüşməli idi.
19)
Bunlardan ikisi daha çox elmi üslub üçün əlamətdardır:
1. Məcazilik
2. Obrazlılıq
3. Mürəkkəb cümlə tiplərindən daha çox istifadə
4. Bədii təsvir və ifadə vasitələrindən istifadə
5. Termin sıxlığı
6. Dialektizm və loru sözləin işlənməsi
Xəta bildir
A)
4, 5
B)
1, 6
C)
4, 6
D)
2, 4
E)
3, 5
20)
Nümunələrədən yalnız birində idarə əlaqəsi var:
Xəta bildir
A)
ana vətən
B)
Qış gəldi.
C)
qızıl payız
D)
hərbi vəzifə
E)
böyüklərə hörmət
Cavabların yoxlanılması üçün ən azı bir testə cavab verilməlidir
Düzgün cavabların sayı : 0
Yalnış cavabların sayı : 0
Cavab verilməmiş sulların sayı : 0
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Cavabları yoxla
Səhifəni yenilə
Sizin seçdiyiniz cavab
Doğru cavab