Tapılan ümumi test sayı : 25

"Haqlısan" sözünün fonetik təhlii ilə bağlı düzgün fikirləri seçin:
1. Sözdə qalın saitlərin ahəngi gözlənilmişdir.
2. [a]-qalın, açıq, dodaqlanmayan; [ı]-qalın, qapalı, dodaqlanmayansaitdir.
3. Sözdəki [q], [l] və [n] samitləri cingiltilidir.
4. Sözün yazılışı ilə deyilişi fərqlənir.
5. Vurğusu sonuncu hecaya düşür.
A) 2, 3, 4
B) 1, 2, 4
C) 1, 3, 5
D) 2, 4, 5
E) 1, 4, 5
"Yatmış idim" qrrammatik formasına görə nədir?
A) vacib şəklinin hekayəsi
B) nəqli keçmiş zamanın hekayəsi
C) şühudi keçmiş zaman
D) indiki zamanın rəvayəti
E) lazım şəklinin rəvayəti
Vasitəsiz tamamlıq budaq cümləli tabeli mürəkkəb cümləni göstərin:
A) Molla sadıq inandı ki, Allahyar intiqad alacaq.
B) Uşaqlar çalışırlar ki birinci yerə çıxsınlar.
C) Onlara ədəblə hörmət etdiklərini, ağlaşmadan sonra çay-çörək verib yola saldıqlarını söylədilər.
D) O başa düşdü ki, Şahnigarın ölümündə Cahandar ağanın əli var.
E) O qorxurdu ki, camaat arasında hörmətdən düşər.
Vurğusu ikinci hecanın üzərinə düşən sözü göstərin:
A) alanda
B) gətirdi
C) oynayacaqdır
D) gələrkən
E) oxuyacaq
Yığcamlıq, müəyyən əhvalatla, rəvayətlə bağlı olmaq hansı janrın xüsusiyyətidir?
A) dastan
B) hekayə
C) nağıl
D) atalar sözü
E) məsəl
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top