Tapılan ümumi test sayı : 24

Epik əsərlərin kiçik formasındadır. Yazılı ədəbiyyat janrıdır. Burada qəhrəmanın həyatının bir-iki səciyyəvi epizodu göstərilir. Epik növün bu janrında personajların da sayı az olur.
Söhbət hansı janrdan gedir?
A) roman
B) povest
C) hekayə
D) dastan
E) nağıl
"Kitabi-Dədə Qorqud" dastanlarında oğuzların faciəsinin səbəbi nə ilə izah olunur?
A) Düşmənlərin güclü olması ilə
B) Oğuzların əkinçiliklə məşğul olub döyüş ənənələrini unutmaları ilə
C) Düşmən qüvvəsinə etinasızlıqları ilə
D) Düşmənlərin sayca daha çox olması ilə
E) Oğuzların arasında daxili ədavət və ziddiyyətlərin olması ilə
C.Məmmədquluzadənin "Anamın kitabı" pyesində vətəni təmsil edən surət:
A) Gülbahar
B) Zəhrəbəyim ana
C) Rüstəm bəy
D) Mirzə Məhəmmədəli
E) Səməd Vahid
Ailə-məişət problemlərini geniş epik lövhələrlə əks etdirən nəzm əsəri:
A) A.İldırım. "Qara dastan"
B) S.Rüstəm. "Ana və poçtalyon"
C) M.Müşfiq. "Yenə o bağ olaydı..."
D) S.Vurğun. "Aygün"
E) R.Rza. "Qızıl gül olmayaydı..."
N.Vəzirovun "Müsibəti-Fəxrəddin" faciəsi ilə bağlı  fikirlərdən biri yanlışdır:
A) Müəllif Rüstəm bəy obrazını yaratmaqla qan intiqamına susamış nadan bəylərə ibrət dərsi verir.
B) Azərbaycan ədəbiyyatı tarixində ilk faciədir.
C) Əsərdə maarifsizliyin, cəhalətin acı nəticələri göstərilir.
D) Əsər Fəxrəddin bəyin monoloqu ilə başlayır.
E) Süjeti iki mülkədar ailəsi arasında gedən qan davası üzərində qurulmuşdur.
"Mirzə Şəfinin nəğmələri" kitabı haqqındakı fikirlərdən hansı səhvdir?
A) Kitab XIX əsrin 50-ci illərində Mirzə Şəfinin öz vətənində çap olunmuşdur.
B) Kitabdakı şerlər Bodenştedtin "Şərqdə min bir gün" kitabında toplanmış şerlər idi.
C) Rus yazıçısı L.Tolstoy kitab haqqında yüksək fikir söyləmişdir.
D) Kitab Almaniyada, Rusiyada geniş yayılaraq müxtəlif dillərə tərcümə edilmişdir.
E) Kitabın naşiri Bodenştedtə məsləhət görmüşdü ki, Mirzə Şəfinin şerlərini kitabdan çıxarıb ayrıca çap etsələr, nəşriyyata böyük şöhrət gətirər.
Bu şairlərdən ikisinin şerlərində sufi fikirlərin təbliği də müəyyən yer tutur:
1. A.Bakıxanov              2. Q.Zakir
3. X.Natəvan                 4. S.Ə.Nəbati
5. M.B.Nadim
A) 2, 4
B) 2, 3
C) 4, 5
D) 1, 4
E) 1, 3
C.Cabbarlı hansı əsərində İran tarixinə aid hadisələri göstərmiş və bu yolla despotizmə qarşı xalq etirazını qələmə almışdır?
A) "Nəsrəddin şah"
B) "Od gəlini"
C) "Dönüş"
D) "Ulduz"
E) "Yaşar"
Məndə Məcnundan füzun aşiqlik istedadı var,
Aşiqi-sadiq mənəm, Məcnunun ancaq adı var - misralarının müəllifi kimdir?
A) Nizami Gəncəvi
B) Seyid Əzim Şirvani
C) Məhəmməd Füzuli
D) Şah İsmayıl Xətayi
E) İmadəddin Nəsimi
Bəhram Gur Nizami Gəncəvinin hansı əsərinin qəhrəmanıdır?
A) "İsgəndərnamə"
B) "Sirlər xəzinəsi"
C) "Xosrov və Şirin"
D) "Leyli və Məcnun"
E) "Yeddi gözəl"
"Çiçək" sözünə hansı şəkilçi qoşulduqda onun vurğusu dəyişmir?
A) -dən
B) -lər
C) -dir
D) -lik
E) -li
Nitqə aid edilən əlamətlərdən biri yanlışdır:
A) Ünsiyyət prosesidir.
B) Nitq fəaliyyətənin məhsuludur.
C) Törəmədir.
D) Dil əsasında meydana çıxır.
E) Dəyişməzdir.
Verilmiş cümlə hansı üslubdadır?
"Nitqin ifadəliliyi dedikdə ən məqsədəuyğun, üslub baxımından ən uğurluolan dil vasitələrini tapıb işlətmək başa düşülür".
A) publisistik
B) elmi
C) rəsmi-işgüzar
D) bədii
E) məişət
Xəbər budaq cümləsini göstərin:
A) Payızda meyvənin bol olduğu hamıya məlumdur.
B) Məsləhətim budur ki, bir də sürünü bu yerlərə gətirmə.
C) Bu elə kitabdır ki, onu oxumaq olmaz.
D) Mən bilirəm, sən nə demək istəyirsən.
E) Sən nə cür deyirsən, elə də düzəlt.
Hansı cümlədə təsdiq bildirən modal söz işlənmişdir?
A) Deməli, qatarla getməyi təxirə salmısınız.
B) Camaatı, yəqin ki, başqa şey maraqlandırır?
C) "Axtarış" komandası, zənnimcə, qalib gələcək.
D) Məncə, hər irəliləyişin və qurtuluşun anası azadlıqdır.
E) Düzü, bu, məndən ötrü gözlənilməzdir.
Antonim sözləri göstərin:
A) gül, ağla; bağça, ağac
B) böyük, kiçik; pis, yaxşı
C) adam, insan; uşaq, ata
D) göz, qaş; budaq, qol
E) igid, cəsur; qoçaq, qəhrəman
Felin keçmiş zamanı hansı şəkilçilərlə düzəlir?
A) -acaq2, -ar2
B) -dı4, -ası2
C) -maq2, -malı2
D) -ır2, -mış4
E) -dı4, -mış4
Hansı söz quruluşca mürəkkəb deyil:
A) istiot
B) qızılgül
C) çiyələk
D) baramaqurdu
E) kəklikotu
Qeyri-müəyyən təsirlik halın sualı hansıdır?
A) nədə?
B) nə?
C) nəyin?
D) nəyi?
E) nəyə?
Dilçiliyin sözlərin mənşəyini öyrənən sahəsi:
A) leksikologiya
B) orfoepiya
C) morfologiya
D) fonetika
E) etimologiya
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top