Tapılan ümumi test sayı : 24

Qeyri-müəyyən şəxsli cümlə hansıdır?
A) Nə bir günə çatdıq, nə kama yetdik ...
B) Oğlum, adın düşüb bütün dillərə.
C) Əyə, lap üşütmə qopdu canımdan.
D) Yıxılana balta çalmazlar.
E) Bəli, öldürürlər Molla Pənahı ...
"Şərait" sözünün fonetik təhlilində harada səhvə yol verilmişdilər?
A) [ə] - incə, açıq, dodaqlanmayan; [a] - qalın, açıq, dodaqlanmayan saitdir.
B) Vurğu ikinci hecaya düşür.
C) 6 hərf, 7 səsdən ibarətdir.
D) [ş] və [t] samitləri kar, [r] və [y] samitləri cingiltilidir.
E) Sözün tələffüzü ilə yazılışı fərqlidir.
"Çadır qurulmuşdu" cümləsindəki felin morfoloji təhlilindəki səhvi göstərin:
A) təsirsiz feldir
B) məchul növdədir
C) -muş nəqli keçmiş zamanın şəkilçisidir
D) -du idi hissəciyinin qısa formasıdır
E) quruluşca sadədir
"Qonşuya ümid olan şamsız qalar" cümləsində mübtədanın ifadə vasitəsi nədir?
A) sifət
B) feli sifət tərkibi
C) isim
D) məsdər
E) III növ təyini söz birləşməsi
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top