Tapılan ümumi test sayı : 24

Qeyri-müəyyən şəxsli cümlə hansıdır?
A) Əyə, lap üşütmə qopdu canımdan.
B) Oğlum, adın düşüb bütün dillərə.
C) Nə bir günə çatdıq, nə kama yetdik ...
D) Bəli, öldürürlər Molla Pənahı ...
E) Yıxılana balta çalmazlar.
"Şərait" sözünün fonetik təhlilində harada səhvə yol verilmişdilər?
A) 6 hərf, 7 səsdən ibarətdir.
B) Vurğu ikinci hecaya düşür.
C) [ə] - incə, açıq, dodaqlanmayan; [a] - qalın, açıq, dodaqlanmayan saitdir.
D) [ş] və [t] samitləri kar, [r] və [y] samitləri cingiltilidir.
E) Sözün tələffüzü ilə yazılışı fərqlidir.
"Çadır qurulmuşdu" cümləsindəki felin morfoloji təhlilindəki səhvi göstərin:
A) quruluşca sadədir
B) -du idi hissəciyinin qısa formasıdır
C) məchul növdədir
D) təsirsiz feldir
E) -muş nəqli keçmiş zamanın şəkilçisidir
"Qonşuya ümid olan şamsız qalar" cümləsində mübtədanın ifadə vasitəsi nədir?
A) isim
B) sifət
C) feli sifət tərkibi
D) məsdər
E) III növ təyini söz birləşməsi
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top