Tapılan ümumi test sayı : 1487


Hansı nəqliyyat vasitələrinə düzünə hərəkət etməyə icazə verilir?

A) Bütün nəqliyyat vasitələrinə.
B) Ancaq yük avtomobilinə və avtobusa.
C) Ancaq minik və yük avtomobillərinə.
D) Ancaq yük avtomobilinə.

Siz bu vəziyyətdə nə etməlisiniz?

A) Sürəti dəyişmədən hərəkəti davam etdirməlisiniz.
B) Sürəti azaltmalısınız və lazım olduqda dərhal dayanmağa hazır olmalısınız.
C) DYP-nin avtomobilinin yanında dayanmalısınız və ancaq polis əməkdaşının icazəsindən sonra hərəkəti davam etdirməlisiniz.

Sağa dönərkən nə etməlisiniz?

A) Xüsusi səs siqnalı və sayrışan işıq siqnalı qoşulmuş avtomobilə və eyni zamanda, piyadalara yol verməlisiniz.
B) Yolayrıcını birinci keçməlisiniz.
C) Ancaq piyadalara yol verməlisiniz.

Bu şəraitdə operativ nəqliyyat vasitəsi yaxınlaşdıqda minik avtomobilinin sürücüsü nə etməlidir?

A) Yolun sağ kənarına çıxıb dayanmalıdır.
B) Sağ hərəkət zolağına keçməli və hərəkəti davam etdirməlidir.

"Təcili tibbi yardım" avtomobili sayrışan işıq siqnalını söndürübsə, Siz ona yol verməlisiniz?

A) Bəli.
B) Xeyr.
Sürücü hansı hallarda digər yol hərəkət iştirakçıları qarşısında üstünlüyə malikdir?
A) Ancaq narıncı və ya sarı rəngli sayrışan işıq siqnalını qoşduqda.
B) Sadalanan bütün hallarda.
C) Ancaq göy və ya ağ rəngli sayrışan işıq siqnalını qoşduqda.
D) Ancaq göy rəngli sayrışan işıq siqnalını və xüsusi səs siqnalını qoşduqda.

Bu şəraitdə operativ nəqliyyat vasitəsi yaxınlaşdıqda minik avtomobilinin sürücüsü nə etməlidir?

A) Hərəkəti ancaq kənar sağ zolaqda davam etdirməlidir.
B) Getdiyi istiqamət üzrə istənilən zolaqda hərəkəti davam etdirməlidir.
C) Yolun sağ kənarında dayanmalıdır.

Bu şəraitdə kolonu müşayiət edən operativ nəqliyyat vasitəsi yaxınlaşdıqda minik avtomobilinin sürücüsü nə etməlidir?

A) Sağ hərəkət zolağına keçməli və hərəkəti davam etdirməlidir.
B) Yolun sağ kənarına çıxıb dayanmalıdır və kolondakı axırıncı avtomobil keçən kimi hərəkəti davam etdirməlidir.
C) Yolun sağ kənarına çıxıb dayanmalıdır və operativ nəqliyyat vasitəsi keçən kimi hərəkəti davam etdirməlidir.

Sayrışan işıq siqnalını qoşmuş avtomobil hansı istiqamətlərdə hərəkəti davam etdirə bilər?

A) Ancaq sağa.
B) Hər bir istiqamətdə.
C) Ancaq düzünə və ya sağa.

Bu şəraitdə operativ nəqliyyat vasitəsi yaxınlaşdıqda minik avtomobilinin sürücüsü nə etməlidir?

A) Sağ hərəkət zolağına keçməlidir.
B) Yolun sağ kənarına çıxıb dayanmalıdır.
C) Orta zolaqla hərəkəti davam etdirə bilər.

Bu xətt nəyi bildirir?

A) Səkinin yaxınlığında hərəkətin qadağan olunduğu yol sahəsini.
B) Hər hansı bir dayanmanın qadağan olunduğu yeri.
C) Ümumi istifadədə olan nəqliyyat vasitəsinin dayanacaq və taksilərin duracaq yerini.

Qırıq xətlərin uzunluqlarının artması Sizi nə haqqında xəbərdar edir?

A) Eyni istiqamətli nəqliyyat axınlarını ayıran bütöv nişanlanma xəttinə yaxınlaşmanı bildirir.
B) Bütün manevrlərin qadağan olunduğu zonanın başlanğıcı haqqında.
C) Təhlükəli yolun başlanğıcı haqqında.

Əgər reversiv svetoforlar sönmüş, vəziyyətdədirsə, Sizə ötməyə icazə verilir?

A) İcazə verilmir.
B) İcazə verilir, əgər avtobusun sürəti saatda 30 kilometrdirsə.
C) İcazə verilir.
Əks istiqamətli nəqliyyat axınlarını ayıran bütöv qoşa xətti kəsib keçməyə icazə verilir?
A) Həyətlərdən və bitişik ərazilərdən çıxma zamanı icazə verilir.
B) İcazə verilmir.
C) İcazə verilir, ancaq ötmə zamanı.
D) İcazə verilir, ancaq intensiv hərəkət vaxtı.

Bu şaquli nişanlanma:

A) Nəqliyyat vasitələrinə dayanmanı qadağan edir.
B) Nəqliyyat vasitələrinə durmanı qadağan edir.
C) Yolun təhlükəli sahələrində bordürü göstərir.

Belə şaquli nişanlanma xətti nəyi göstərir?

A) Təhlükəli yol sahələrində yan səddi göstərir.
B) Başqa sahələrdə yol səddlərinin yan səthini göstərir.

Yol sədlərindəki belə şaquli nişanlanma xətti nə barədə xəbardarlıq edir?

A) Dəmir yol keçidinə yaxınlaşma barədə.
B) Yolun təhlükəli sahəsi ilə hərəkət etməyiniz barədə.
C) Təhlükəli kəsişmə yerinə yaxınlaşma barədə.
Yolun hərəkət hissəsində "STOP" nişanlanma yazısı nəyi bildirir?
A) "Yol verin" nişanına yaxınlaşmanı bildirir.
B) Nizamlanan yolayrıcının qarşısında olan stop-xəttə yaxınlaşmanı bildirir.
C) "Dayanmadan keçmək qadağandır" nişanına və STOP xəttə yaxınlaşma haqqında xəbərdarlıq edir.

Belə şaquli nişanlanma xətləri nəyi göstərir?

A) Təhlükə doğuran hər hansı bir yol elementini.
B) Tunellərin, körpülərin aşırmalarının aşağı kənarını.
C) Ancaq işıqlanmayan tunelə girməyi bildirir.

Siz maneəni hansı trayektoriya ilə keçməlisiniz?

A) Ancaq A ilə.
B) Ancaq Б ilə.
C) Hər biri ilə.
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top