Tapılan ümumi test sayı : 305

Şəbəkə düzəldilir:
A) Metal və plastmassdan
B) Saxsı parçalarından
C) Ağacdan və şüşədən
D) Metal və gildən
E) Plastmassdan
Azərbaycanın kişi baş geyimlərinə aiddir:
A) Şal
B) Fəs
C) Təsək
D) Başlıq
E) Ləçək
Qədim Misir mədəniyyətində insan təsvirində bu qayda mövcud idi:
A) Gövdənin aşağı hissəsi və ayaqlar təsvir edilmirdi.
B) Gövdə, baş və əl — profildən, ayaqlar isə anfasdan
C) Baş, əl və ayaqlar — profildən, gövdənin yuxarı hissəsi isə anfasdan
D) Baş, əl və ayaqlar — anfasdan, gövdənin yuxarı hissəsi isə profildən
E) Gövdənin aşağı hissəsi və ayaqlar — anfasdan, baş və əl isə profildən
Ekskursiyaların əhəmiyyəti nədədir?
A) Musiqi qabiliyyətini inkişaf etdirir
B) Yazı qabiliyyətini inkişaf etdirir
C) Təfəkkürü, yaradıcılığı, nitqi inkişaf etdirir
D) Ətrafı qavramağı inkişaf etdirir.
E) Xoreoqrafiya barədə anlayışı inkişaf etdirir
Baş geyimlərindən olan konusvari forma hansı tarixi üsluba aid edilir:
A) Barokko
B) Rokoko
C) İntibah
D) Antik
E) Qotik
Rəsm müstəvisində üfüq xətti nəyə əsasən müəyyən edilir?
A) Tavana
B) Döşəməyə
C) Göz səviyyəsinə
D) Divarlara
E) İnsan boyuna
Səth üzərində yarıdan az qabardılan heykəltəraşlıq növü:
A) Qorelyef
B) Barelyef
C) Büst
D) Profil
E) Relyef
Qədim əlyazmalar belə adlanır:
A) Petroqlif
B) Miniatür
C) Qrafika
D) Manuskript
E) Freska
Metal üzərində bədii emal üsullarına aid deyil:
A) Yonma
B) Zərbetmə
C) Tökmə
D) Oyma
E) Döymə
Qadın üst geyiminə aiddir:
A) Arxalıq, çəpkən, kürd
B) Çuxa, qaytan, kürd
C) Çuxa, yapınçı, başlıq
D) Vəznə, həmayıl, qaytan
E) Çuxa, çəpkən, yapınçı
Təsvir qaydalarının öyrənilməsi üçün çəkilmiş rəsm belə adlanır:
A) Yaradıcı
B) Texniki
C) Tədris
D) Motiv
E) Eskiz
Natürmort əsərlərindəki əşyalar üzərində işıqkölgə anlayışında ən işıqlı səth necə adlanır?
A) Blik
B) Anfas
C) Refleks
D) Kölgə
E) İşıq
Monumental rəngkarlığın növü:
A) Freska
B) Heç biri
C) A, B və C
D) Mozaika
E) Vitraj
Azərbaycanın məşhur memarını qeyd edin:
A) Cəlal Qaryağdı
B) Mikayıl Hüseynov
C) Ömər Eldarov
D) Cəbrayıl Əhmədov
E) Kamil Əliyev
Repin yaradıcılığının əsas mövzusu:
A) Heykəltəraşlıq
B) Memarlıq
C) Heyvan
D) Təbiət
E) İnsan
Müzəffər Əli yaradıcılığına aiddir:
A) Miniatür
B) Sənətkarlıq
C) Heykəltəraşlıq
D) Memarlıq
E) Karikatura
Təsviri sənətin hansı növündə insan əsas təsvir obyekti sayılır və üçölçülü formaya malikdir?
A) Heykəltəraşlıq
B) Marina
C) Portret
D) Heykəl
E) Rəngkarlıq
Baş, bədən, büst – hansı heykəltəraşlığa aiddir:
A) Monumental
B) Heç birinə
C) Memarlıq
D) Monumental-dekorativ
E) Dəzgah
Qəhvəyi rəngi hansı rəng qarışığından almaq olar?
A) Göy + qırmızı
B) Sarı + mavi
C) Qırmızı + yaşıl
D) Sarı+qara
E) Bənövşəyi + boz
Mətnlə müşayiət olunan iri formatlı təsvir:
A) Plakat
B) Relyef
C) Miniatür
D) Heykəltəraşlıq
E) Batal
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top