Tapılan ümumi test sayı : 305

Ornamentin növü deyil:
A) Motiv
B) Nəbati
C) Fauna
D) Zoomorf
E) Həndəsi
Keramika məmulatı hazırlanır:
A) Daşdan
B) Metaldan
C) Ağacdan
D) Şüşədən
E) Gildən
Təsviri sənətdə müharibə və döyüş səhnələrinə çəkilmiş janr belə adlanır:
A) Əsatir
B) Animalistika
C) Məişət
D) Batal
E) Tarixi
Rəngkarlıq — təsviri sənətin:
A) Hissəsidir
B) Janrıdır
C) Üslub
D) Növüdür
Qarışıq rənglər bunlardır:
A) Sarı, göy, qırmızı
B) Sarı, yaşıl, bənövşəyi
C) Ağ, sarı, boz
D) Narıncı, qırmızı, göy
E) Narıncı, bənövşəyi, yaşıl
Əsas rənglər bunlardır:
A) Sarı, yaşıl, ağ
B) Sarı, boz, qırmızı
C) Qırmızı, sarı, göy
D) Qırmızı, sarı,yaşıl
E) Göy, ağ, yaşıl
İnsanın surəti, özünəməxsus keyfiyyətləri təsvir olunan sənət əsəri belə adlanır:
A) Marina
B) Məişət
C) Natürmort
D) Portret
E) Mənzərə
Qrafika — təsviri sənətin ….:
A) Janrıdır
B) Hissəsidir
C) Üslubudur
D) Növüdür
E) Elementidir
Kiçikyaşlı şagirdlər üçün rəssamların yaradıcılığında ən mühüm hesab edilən biliklər bunlardır:
A) Rəssamın doğum tarixi, 5-7 əsərin adı
B) Əsərlərin yaradıldığı tarix, növ, janr
C) 3- 4 əsərin adı, əsərin müəllifi
D) Rəssamın faəliyyət göstərdiyi janr barədə dolğun məlumat
E) Əsərin nümayiş etdirildiyi muzey, sərgi salonu
Qədim Misirdə piramidaların təyinatı:
A) Sərdabə
B) Yaşayış yeri
C) Səcdəgah
D) Məbəd
E) Abidə
Qədim dövrdə insan fiqurunu hərəkətdə təsvir edən ilk heykəltəraş:
A) Pifaq
B) Arximed
C) Miron
D) Fidiy
E) Poliklet
Təsviri incəsənət fənni üzrə şagird nailiyyətlərinin qiymətləndirməsində ən vacib sayılan üsullarından biri:
A) əl çalmaq
B) rəğbətləndirmək
C) işləri sərgiləmək
D) dərslərdən azad etmək
E) qiymət yazmaq
İtalyan memarı və rəngkarı, İntibah dövrünün nümayəndəsi, Madonna təsvirləri yaradan sənətkar:
A) Tisian
B) Mikelancelo
C) Karavacco
D) Rafael
E) Donatello
Təbriz memarlıq məktəbinə bu tikili aiddir:
A) Göyməscid
B) Qutlu Musa türbəsi
C) Qız Qalası
D) İmamzadə türbəsi
E) Möminə Xatın türbəsi
Hündür qülləli, əlvan vitrajlı üslub:
A) Memarlıq
B) Qotik
C) Barokko
D) Rokokko
E) Heykəltəraşlıq
Leonardo da Vinçi yaradıcılığı hansı dövrə təsadüf edib?
A) Qədim
B) XIX əsr
C) Orta Əsrlər
D) Intibah
E) Antik
Ağacdan olan qabları hansı üsulla hazırlayırlar?
A) Cızma
B) Döymə
C) Qabartma
D) Yonma
E) Yapma
Mozaikada istifadə edilən material:
A) Parça
B) Ağac
C) Metal
D) Saxsı
E) Qələm
Səth üzərində yarıdan çox qabardılan heykəltəraşlıq növü:
A) Qorelyef
B) Relyef
C) Profil
D) Büst
E) Barelyef
Azərbaycanın qadın baş geyimlərinə aiddir:
A) Təskulax
B) Əmmamə
C) Hamısı
D) Fəs
E) Təsək
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top