Tapılan ümumi test sayı : 305

Şəbəkə düzəldilir:
A) Metal və plastmassdan
B) Ağacdan və şüşədən
C) Saxsı parçalarından
D) Metal və gildən
E) Plastmassdan
Azərbaycanın kişi baş geyimlərinə aiddir:
A) Ləçək
B) Təsək
C) Başlıq
D) Şal
E) Fəs
Qədim Misir mədəniyyətində insan təsvirində bu qayda mövcud idi:
A) Gövdənin aşağı hissəsi və ayaqlar — anfasdan, baş və əl isə profildən
B) Baş, əl və ayaqlar — anfasdan, gövdənin yuxarı hissəsi isə profildən
C) Baş, əl və ayaqlar — profildən, gövdənin yuxarı hissəsi isə anfasdan
D) Gövdənin aşağı hissəsi və ayaqlar təsvir edilmirdi.
E) Gövdə, baş və əl — profildən, ayaqlar isə anfasdan
Ekskursiyaların əhəmiyyəti nədədir?
A) Təfəkkürü, yaradıcılığı, nitqi inkişaf etdirir
B) Musiqi qabiliyyətini inkişaf etdirir
C) Yazı qabiliyyətini inkişaf etdirir
D) Xoreoqrafiya barədə anlayışı inkişaf etdirir
E) Ətrafı qavramağı inkişaf etdirir.
Baş geyimlərindən olan konusvari forma hansı tarixi üsluba aid edilir:
A) Antik
B) Rokoko
C) Qotik
D) Barokko
E) İntibah
Rəsm müstəvisində üfüq xətti nəyə əsasən müəyyən edilir?
A) Divarlara
B) Döşəməyə
C) İnsan boyuna
D) Tavana
E) Göz səviyyəsinə
Səth üzərində yarıdan az qabardılan heykəltəraşlıq növü:
A) Büst
B) Qorelyef
C) Barelyef
D) Relyef
E) Profil
Qədim əlyazmalar belə adlanır:
A) Miniatür
B) Qrafika
C) Petroqlif
D) Manuskript
E) Freska
Metal üzərində bədii emal üsullarına aid deyil:
A) Yonma
B) Döymə
C) Oyma
D) Zərbetmə
E) Tökmə
Qadın üst geyiminə aiddir:
A) Arxalıq, çəpkən, kürd
B) Vəznə, həmayıl, qaytan
C) Çuxa, yapınçı, başlıq
D) Çuxa, çəpkən, yapınçı
E) Çuxa, qaytan, kürd
Təsvir qaydalarının öyrənilməsi üçün çəkilmiş rəsm belə adlanır:
A) Eskiz
B) Motiv
C) Texniki
D) Yaradıcı
E) Tədris
Natürmort əsərlərindəki əşyalar üzərində işıqkölgə anlayışında ən işıqlı səth necə adlanır?
A) İşıq
B) Blik
C) Anfas
D) Kölgə
E) Refleks
Monumental rəngkarlığın növü:
A) Heç biri
B) A, B və C
C) Freska
D) Mozaika
E) Vitraj
Azərbaycanın məşhur memarını qeyd edin:
A) Cəlal Qaryağdı
B) Ömər Eldarov
C) Cəbrayıl Əhmədov
D) Kamil Əliyev
E) Mikayıl Hüseynov
Repin yaradıcılığının əsas mövzusu:
A) Təbiət
B) İnsan
C) Memarlıq
D) Heyvan
E) Heykəltəraşlıq
Müzəffər Əli yaradıcılığına aiddir:
A) Heykəltəraşlıq
B) Karikatura
C) Memarlıq
D) Sənətkarlıq
E) Miniatür
Təsviri sənətin hansı növündə insan əsas təsvir obyekti sayılır və üçölçülü formaya malikdir?
A) Portret
B) Marina
C) Rəngkarlıq
D) Heykəl
E) Heykəltəraşlıq
Baş, bədən, büst – hansı heykəltəraşlığa aiddir:
A) Memarlıq
B) Heç birinə
C) Monumental
D) Monumental-dekorativ
E) Dəzgah
Qəhvəyi rəngi hansı rəng qarışığından almaq olar?
A) Sarı+qara
B) Bənövşəyi + boz
C) Göy + qırmızı
D) Qırmızı + yaşıl
E) Sarı + mavi
Mətnlə müşayiət olunan iri formatlı təsvir:
A) Plakat
B) Heykəltəraşlıq
C) Miniatür
D) Batal
E) Relyef
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top