Tapılan ümumi test sayı : 161

Hansı Azərbaycan xalq mahnısında qəhrəman haqqında oxuyuruq?
A) “Sarı gəlin”
B) “Sarı bülbül”
C) “Qaçaq Nəbi”
D) “Nəlbəki”
E) “Aman ovçu”
“Don Kixot” simfonik qravürlərinin müəllifi kimdir?
A) Q.Qarayev
B) M.Servantes
C) M.Qorki
D) E.Hemenquey
E) P. Pikasso
Üzeyir Hacıbəyovun heykəlini kim yaradıb?
A) Ömər Eldarov
B) Tokay Məmmədov
C) Məmməd Zeynalov
D) Toğrul Nərimanbəyov
E) Fuad Əbdürrəhmanov
Melodiya nədir?
A) Musiqinin bir neçə nəfər tərəfindən ifası
B) Musiqi alətində müşayət
C) Musiqinin ritmi
D) Musiqidə ən yadda qalan hissə
E) Musiqinin ölçüsü
Alterasiya işarəsini seç:
A) repriza
B) volta
C) bemol
D) stakkato
E) liqa
Ən böyük interval necə adlanır?
A) septima
B) kvаrta
C) trio
D) oktava
E) orkestr
Niyazinin əsərlərini seçin : 1. “Xosrov və Şirin” 2. “Koroğlu” operası 3. “Məhəbbət əfsanəsi” baleti 4.“Çitra” baleti 5.“Qaytağı” 6. “Qız qalası” 7. Şur simfonik muğamı 8. Zaqatala süitası
A) 3,4,7,8
B) 2,3,5,8
C) 1,2,3,6
D) 2,5,6,7
E) 1,4,5,8
Qara Qarayev hansı kinofilmə musiqi bəstələyib?
A) “İnsan məskən salır”
B) “Sehrli xalat”
C) “Qaynana”
D) “Ulduz”
E) “Görüş”
F.Əmirov hansı illər arasında yaşayıb ?
A) 1885-1948
B) 1918-1982
C) 1922-1984
D) 1885-1948
E) 1907-1983
“Arazbarı” hansı janra aid musiqi nümunəsidir?
A) Balet
B) Mahnı
C) Zərbi-muğam
D) Rəqs
E) Opera
Kimlərə aşıq-şair deyirlər ?
A) mahnı yaradan,oxuyan,çalan,rəqs edən
B) şeir qoşmağı bacaran aşığa
C) ancaq muğamları oxuyana
D) ən böyük saz və söz bilicisinə,şeir,dastan qoşan
E) saz çalan,oxuyan və rəqs edən aşığa
“Libretto” nədir?
A) Vokal rəqs səhnələrindən və danışıq epizodlarından ibarət komediya məzmunlu musiqili səhnə əsəri
B) Vokal –instruental musiqili dram əsəri
C) Simfonik orkestrin müşayiəti ilə ifa edilən əsər
D) Musiqili-xoreoqrafik tamaşa
E) Böyük musiqi-vokal əsərinin yazılı mətni
“Koroğlu” operası ilk dəfə neçənci ildə Moskva şəhərində səhnəyə qoyulub?
A) 1937
B) 1947
C) 1908
D) 1945
E) 1938
Şelkunçik baletini kim bəstələyib ?
A) İ.Ştraus
B) S.Prokofyev
C) S.Raxmaninov
D) P.Çaykovski
E) M.Qlinka
Vokal musiqinin janrları hansılardır ?
A) Madriqal, skertso, alleqro
B) Noktyurn, ballada, opera
C) Sonata, simfoniya, konsert
D) Opera, etyud, vals
E) Romans, mahnı, kantata
“Radio marşı” fortepiano pyesini hansı Azərbaycan bəstəkarı bəstələyib?
A) X.Mirzəzadə
B) O.Zülfüqarov
C) M.Maqomayev
D) R.Şəfəq
E) A.Zeynallı
F.Şopenin hansı vəsiyyəti vətənə sonsuz məhəbbətini sübut edir?
A) Ölümundən sonra ürəyi Varşavaya gətirilsin.
B) Cənazəsi Polşanın Varşava şəhərində basdırılsın.
C) Əsərləri ancaq Fransada səslənsin.
D) Fortepiano əsərlərini yalnız onun qohumları çala bilər.
E) Əsərləri ancaq Polşada səslənsin.
Dinamika nədir?
A) Musiqidə səsin gücü
B) Notların əlaqəli ifası
C) Səslərin qırıq-qırıq ifası
D) Notları birləşdirən qövs şəkilli işarə
E) Musiqili səhnə əsəri
Dünya şöhrətli müğənnilər
A) M.Kallas, A.Alyabev, Q.Hüseynli
B) M.Kallas, E.Karuzo, L.Pavarotti
C) B.Rudenko, F.Şubert, F.List
D) E.Karuzo, A.Nejdanova, A.Rubinşteyn
E) İ.Arxipova, M.Del Monako, Üzeyir Hacıbəyov
“Sur” simfonik muğamını hansı bəstəkar bəstələyib?
A) Niyazi
B) Səid Rüstəmov
C) Fikrət Əmirov
D) Vasif Adıgözəlov
E) Nazim Əliverdibəyov
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top