Tapılan ümumi test sayı : 161

Vokal musiqi – …. ifa olunan musiqi
A) Alətlə
B) Səslə
C) Dinlənilir
D) Səssiz
E) Səs və alətlə
Liqa nə deməkdir ?
A) Səslərin qırıq-qırıq ifası
B) Notların əlaqəli ifası
C) Kollektiv yürüşü müşayiət etmək üçün musiqi əsəri
D) Notları birləşdirən qövs şəkilli işarə
E) Musiqili səhnə əsəridir.
“Eqmont” bədii əsərini hansı şair yazıb ?
A) Höte
B) Bethoven
C) Sviridov
D) Şekspir
E) Çaykovski
Bunlardan hansı xalq mahnısı deyil ?
A) “Onu demə zalım yar”
B) “Laçın”
C) “Güləbatın”
D) “Şuşanın dağları”
E) “Küçələrə su səpmişəm”
İtalyan bəstəkarı Cüzeppe Verdinin “Aida” operası ilk dəfə harada tamaşaya qoyulub?
A) Romada
B) Qahirədə
C) Milanda
D) Parisdə
E) Vyanada
Bu muğamların hansının əsasında Nazim Əliverdibəyov xor əsəri yazıb?
A) “Qarabağ şikəstəsi”
B) “Rast”
C) “Şüştər”
D) “Hümayun”
E) “Bayatı-Şiraz”
Hansı rus bəstəkarı “Qüdrətli dəstə”yə daxil deyildi?
A) N.A.Rimski-Korsakov
B) A.R.Borodin
C) P.İ.Çaykovskiy
D) M.P.Musorqskiy
E) U.A.Balakirev
“Kürd Ovşarı” simfonik muğamını hansı bəstəkar bəstələyib?
A) Səid Rüstəmov
B) Hacı Xanməmmədov
C) Qara Qarayev
D) Niyazi
E) Fikrət Əmirov
Niyazinin bəstələdiyi “Çitra” baleti kimin əsəri əsasında yazılıb?
A) Piter Abrahams
B) Rabendranat Taqor
C) Nizami Gəncəvi
D) Molyer
E) Vilyam Şekspir
Azərbaycanda ilk simfoniyanın müəllifi kimdir?
A) Nazim Əliverdibəyov
B) Niyazi
C) Soltan Hacıbəyov
D) Qara Qarayev
E) Fikrət Əmirov
F. Şubertin əsərini seçin:
A) “Sehrli fleyta”
B) “Per Günt”
C) “Gözəl dəyirmançı qız”
D) “Fidelio”
E) “Aleksandr Nevski”
Corc Qerşvinin əsəsrini seçin:
A) “İldırımlı yollarla”
B) “İki ürəyin poeması”
C) “Porgi və Bess”
D) “Kola Bryunyon”
E) “Məhəbbət əfsanəsi”
Muğamda rəng nəyə deyilir?
A) Muğamın girişi
B) Muğamın mayesi
C) Dəsgah şöbələri arasında keçid üçün istifadə edilən mahnı
D) Muğamın əvvəlində səslənən instrumental mahnı
E) Muğam şöbələri arasında ifa olunan instrumental pyes
Biri musiqi kollektivi deyil :
A) opera
B) xor
C) kvartet
D) orkestr
E) ansambl
Simfonik orkestrə daxil olan alətləri seçin:
A) klarnet, balalayka, qarmon, tuba
B) baraban, nağara, tam-tam, dəf
C) skripka, alt, arta, faqot
D) kamança, tar, saz, balaban, ud
E) üçbucaq, ksilofon, saksafon, tar
Oktava nə deməkdir ?
A) Yuxarı və aşağı istiqamətdə səslərin ardıcıl düzülüşü
B) Mülayim ifa
C) Bir neçə səsin birlikdə səslənməsi
D) Musiqi aləti
E) Musiqinin ifadə vasitəsi
Hansı nəfəs alətidir?
A) royal
B) kantata
C) qoboy
D) skripka
E) qusli
Hansı operettanın müəllifi S. Rüstəmovdur?
A) “O olmasın, bu olsun”
B) “5 manatlıq gəlin”
C) “Çılğın qaskoniyalı”
D) “Ər və arvad”
E) “Arşın mal alan”
Zınqırov səsini fortepianonun hansı oktavasında səsləndirmək olar? 1. Subkontr oktava    5. 2-ci oktava 2. Böyük oktava    6. 3-cü oktava 3. 1 –ci oktava    7. Kontr oktava 4. Kiçik oktava    8. 4-cü oktava
A) 6,5,8
B) 3,4,5
C) 1,6,7
D) 1,3,5
E) 5,6,7
P.İ.Çaykovskinin bəstələdiyi opera hansıdır?
A) “İvan Susanin”
B) “Qar qız”
C) “Aida”
D) “Çereviçki”
E) “İvan Qroznıy”
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top