Tapılan ümumi test sayı : 114

Qədim Yunan mədəniyyətinə aiddir: 1. “Diskatan” heykəli 2. “Odisseya” dastanı 3. Lukretsinin təlimi 4. İlk Olimpiya oyunları 5. Panteon məbədi
A) 2,3,5
B) 3,4,5
C) 1,2,4
D) 2,4,5
E) 1,3,4
Böyük coğrafi kəşflər dövrünə aiddir:
A) Uot Tayler üsyanı
B) Yüzillik müharibənin başlanması
C) Vasko da Qamanın ekspedisiyasının Hindistana daxil olması
D) Kordova xilafətinin parçalanması
E) Fransada ilk Baş ştatların çağırılması
XVII əsrin ikinci yarısı Səfəvi dövlətinin tarixinə aiddir:
A) Şah Süleymanın Rusiya ilə müqavilə imzalaması
B) Kirmanşahda osmanlılarla sülh müqaviləsi imzalanması
C) Peterburq müqaviləsinin imzalanması
D) Dərbənddən Gilana qədər olan ərazilərin osmanlılar tərəfindən tutulması
E) Osmanlı imperiyasının hücumuna məruz qalması
Azərbaycanın XVIII əsrin 90-cı illərinin ikinci yarısı tarixinə aiddir:
A) general Qulyakovun başçılığı ilə rus qoşunlarının Cara hücum etməsi
B) ölkəmizin şimal torpaqlarından Rusiya qoşunlarının çıxarılması
C) ölkəmizin cənub bölgələrinə osmanlı qoşunlarının daxil olması
D) Məhəmməd Həsən xan Qacarın ölkəmizin şimal bölgəsinə yürüşü
E) bir sıra xanların Rusiya ilə Georgiyevsk müqaviləsini imzalaması
Şimali Azərbaycanda 1847-ci il “Kəndli əsasnamələri”nin 1865-ci il kənd cəmiyyətləri haqqındakı qanundan fərqi:
A) təhkimçilik hüququnun möhkəmləndirilməsi
B) natural vergilərin pul vergisi ilə əvəz edilməsi
C) bəylərin kəndlilər üzərində polis-məhkəmə hüququnun təsdiq edilməsi
D) vahid kənd idarəsinin yaradılması
E) bəylərin kənddə inzibati-məhkəmə işlərindən uzaqlaşdırılması
Xronoloji ardıcıllığı müəyyən edin: 1. Frank dövlətinin yaranması 2. Katalaun döyüşü 3. Birinci Göytürk dövlətinin yaranması 4. Ərəb dövlətinin yaranması
A) 2, 1, 3, 4
B) 1, 3, 2, 4
C) 1, 3, 4, 2
D) 4, 3, 1, 2
E) 2, 4, 1, 3
Hülakü xanın hakimiyyəti dövrünə aid deyil:
A) Hülakü dövlətinin öz qüdrət və vahidliyini qoruyub saxlaması
B) Qızıl Ordu ilə mübarizə aparılması
C) Azərbaycan ərazisində monqolların güclü hərbi dəstələrinin məskən salması
D) ali hakimiyyət orqanlarının yerli feodallar arasında bölünməsi
E) dövlətin ilk paytaxtının Marağa olması
Azərbaycan Respublikasının Konstitusiyasına əsasən Milli Məclis təyin edir: 1. Azərbaycan Respublikası Mərkəzi Bankının sədrini 2. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimlərini 3. Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimlərini 4. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin ali komanda heyətini
A) 3, 4
B) 1, 3
C) 2, 3
D) 1, 4
E) 1, 2
Uyğunluq pozulmuşdur:
A) Aquen kilsə məclisini çağırmışdır – III Mömin Vaçaqan
B) Xəzər xaqanı ilə sülh müqaviləsi imzalamışdır – Alban hökmdarı Cavanşir
C) Kadisiyyə döyüşündəki şücaətinə görə mükafatlandırılmışdır – Albaniya dövlətinin hökmdarı Cavanşir
D) birinci Bələncər döyüşündə xəzərlər qalib gəlmişdir – Ərəb xilafətinin qoşunlarına
E) Sünik knyazlığını alban hökmdarının idarəçiliyinə vermişdir – ərəb xəlifəsi Müaviyə
Salarilər dövlətinə aid xüsusiyyətləri müəyyən edin: 1. Şirvanşahlar dövlətinin tabe edilməsi 2. Xəzər dənizində ticarət gəmilərinin üzməyə başlaması 3. Ərdəbilin paytaxt şəhəri olması 4. Azərbaycanın ilk dəfə vahid dövlətdə birləşdirilməsi 5. Müəyyən müddət Yusif ibn Əbu Sac tərəfindən idarə edilməsi
A) 1, 4, 5
B) 1, 2, 4
C) 3, 4, 5
D) 1, 2, 3
E) 2, 3, 5
Daha əvvəl olmuşdur:
A) Qavqamela döyüşü
B) Mannanın Midiya dövlətinin tərkibinə daxil edilməsi
C) İranzunun Manna vilayətlərini mərkəzi hakimiyyətə tabe etməsi
D) Azərbaycan ərazisindəki İskit padşahlığının süqutu
E) II Sarqonun Mannaya böyük yürüşü
Qədim Çində Sin sülaləsinin hakimiyyəti dövrünə aid olan xüsusiyyət:
A) bütün ölkə ərazisinin vahid dövlətdə birləşdirilməsi
B) “Sarısarıqlılar” üsyanının başlanması
C) Çin tarixində ilk dövlətin yaradılması
D) ölkənin dünya ticarət yolları sisteminə qoşulması
E) təsərrüfat işlərində ilk dəfə qul əməyindən istifadə edilməsi
Zaqafqaziya (Cənubi Qafqaz) Seyminin mövcudluğu dövrünə uyğun gəlir: 1. AXC-nin yaradılması barədə “İstiqlal Bəyannaməsi”nin qəbul edilməsi 2. Cənubi Qafqaz müstəqil federativ respublikasının yaradılması 3. ABŞ-ın birinci dünya müharibəsinə qoşulması 4. Osmanlı dövlətinin birinci dünya müharibəsindən çıxması 5. Bolşevik-daşnak qüvvələrinin Bakıda mart soyqırımını həyata keçirməsi
A) 3, 4
B) 2, 5
C) 1, 4
D) 2, 3
E) 1, 5
Rusiya tərəfindən sonuncu işğal edilmiş xanlıq:
A) Şamaxı
B) İrəvan
C) Naxçıvan
D) Lənkəran
E) Qarabağ
Ağqoyunluların XV əsrin 60-cı illərinin ikinci yarısı tarixi üçün səciyyəvi idi:
A) Venetsiya ilə hərbi ittifaqın bağlanması
B) Şərqi Gürcüstanın tabe edilməsi
C) Təbrizin dövlətin paytaxtına çevrilməsi
D) Yassıçəmən sülh müqaviləsinin imzalanması
E) Dövlətin iki hissəyə parçalanması
Eyni ildə yaranmışdır: 1. Pakistan İslam Respublikası 2. Almaniya Federativ Respublikası 3. Çin Xalq Respublikası 4. Koreya Xalq Demokratik Respublikası
A) 1, 4
B) 3, 4
C) 1, 3
D) 2, 4
E) 2, 3
Ş.M. Xiyabani və S.C. Pişəvərinin fəaliyyətinə aid oxşar cəhət:
A) Cənubi Azərbaycana muxtariyyət verilməsi tələbini irəli sürmələri
B) İctimai İdarə Heyətinə başçılıq etmələri
C) “Təcəddüd” qəzetini nəşr etdirmələri
D) Təbrizdə pulsuz qız məktəbi təsis etmələri
E) Azərbaycanın adını Azadıstana dəyişdirmələri
Azərbaycan Xalq Cümhuriyyəti və Azərbaycan Respublikasına aid oxşar cəhət:
A) Təbrizdə Azərbaycan konsulluğunun yaradılması
B) yeni latın qrafikalı əlifbanın tətbiq edilməsi
C) Aqrar islahatın həyata keçirilməsi
D) Prezident vəzifəsinin təsis edilməsi
E) Azərbaycan Neft Komitəsinin yaradılması
Uyğunluq gözlənilmişdir:
A) Osmanlı sultanı I Muraddan asılılığı qəbul etdi – Qazan xanı Ulu Məhəmməd
B) Bolqarıstanın işğalını başa çatdırdı – Sultan I Səlim
C) Əmir Teymurla Terek döyüşündə mübarizə apardı – Dmitri Donskoy
D) Dehli sultanlığının paytaxtını Deogir şəhərinə köçürdü – Sultan Firuz
E) Qızıl Ordu dövlətinə qarşı Moskva knyazlığı ilə ittifaqa girdi – Krım xanı Məngli Gəray
Qədim yunan mədəniyyətinə aiddir: 1. “İliada” dastanı 2. İmperator Trayanın sütunu 3. Parfenon məbədi 4. Demokritin təlimi 5. Kolizey amfiteatrı
A) 2,4,5
B) 1,5
C) 3,5
D) 1,2,5
E) 1,3,4
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top