Tapılan ümumi test sayı : 114

Feodal nərdivanına daxil deyildi:
A) Hersoqlar
B) Baronlar
C) Kəndlilər
D) Kral
E) Cəngavərlər
Çingiz xanın imperatorluğunun inzibati bölgüsü adlanırdı:
A) Vilayət
B) Ulus
C) Əyalət
D) Mərzbanlıq
E) Canişinlik
Erkən orta əsrlərin başlanğıcında Çin əhalisinin 90%-ni təşkil edirdilər:
A) Hərbçilər
B) Sənətkarlar
C) Kəndlilər
D) Feodallar
E) Tacirlər
Ərəb dövləti yarandıqdan neçə il sonra Frank imperiyası parçalandı?
A) 383
B) 213
C) 271
D) 269
E) 480
Slavyanların Azərbaycana 944-cü il yürüşünün əsas məqsədi:
A) Adaları ələ keçirmək
B) Ərəblərə qarşı mübarizədə əhaliyə kömək etmək
C) Üsyanları yatırmaq
D) Qarət etmək
E) Azərbaycanda möhkəmlənmək
Frank imperiyasının parçalanması nəticəsində yaranmış dövlətləri seçin: 1.Fransa  2.Almaniya  3.İspaniya  4.İtaliya  5.Portuqaliya
A) 1; 2; 3
B) 1; 3; 5
C) 2; 4; 5
D) 2; 3; 5
E) 1; 2; 4
Ərəb-xəzər müharibələrində ərəblərin ilk dəfə qələbə çaldığı döyüş:
A) I Bələncər
B) II Bələncər
C) Ktesifon döyüşü
D) Hilat döyüşü
E) Savalan döyüşü
Qədim Roma tarixinə aid olmayan termini müəyyən edin:
A) legion
B) term
C) qladiator
D) stil
E) forum
Roma-Alban döyüşlərində romalıların heyrətinə səbəb olmuşdu:
A) Alban sərkərdələrinin mərdliyi
B) Alban qadınlarının döyüşlərdə iştirak etməsi
C) Alban qoşunlarının çoxluğu
D) Alban döyüşçülərin hərbi keyfiyyətləri
E) Alban süvarilərinin cəldliyi
Xronoloji ardıcıllığı müəyyən edin: 1. Aktsi burnu yaxınlığındakı döyüş 2. Pompeyin Albaniyaya yürüşü 3. Qavqamela döyüşü
A) 1, 3, 2
B) 1, 2, 3
C) 3, 1, 2
D) 2, 3, 1
E) 3, 2, 1
E.ə. 223-cü ildə Atropatena:
A) Romalılar tərəfindən işğal olundu
B) Müstəqil dövlətə çevrildi
C) Selevki dövlətindən asılı hala düşdü
D) Albaniya tərəfindən işğal olundu
E) Alanların hücumuna məruz qaldı
Mesopotamiyada e.ə. III minillikdə baş vermişdi: 1. Şumer şəhər dövlətlərin yaranması 2. Şumerlər Mərkəzi Asiya və Altay dağlarından Mesopotamiyaya gəlib məskən salması 3. Mixi yazı növünün yaranması 4. Mesopotamiyanın cənubunda əhalinin məskunlaşması 5. Mesopotamiyada heykəltaraşlığın inkişaf etməsi
A) 1; 2; 5
B) 1; 4; 5
C) 1; 3; 5
D) 3; 4; 5
E) 2; 3; 5
Uyğunluq pozulub:
A) Torpaqqala memarlıq abidəsi aiddir – Atropatena dövlətinə
B) Azərbaycanda əmirliklər yaranmışdır – Xilafət dövründə
C) İlk Azərbaycan dövlətidir – Manna
D) Xürrəmilərə qarşı mübarizə aparmışdır – Afşin
E) Xürrəmilər hərəkatı – Milli azadlıq müharibəsi idi
Tayfanı təşkil edirdi:
A) Bir mağarada məskunlaşmış ibtidai insan sürüsü
B) İstehlak təsərrüfatına keçən qəbilələr
C) Müxtəlif yerlərdə yaşayan, biri əkinçilik və digəri maldarlıqla məşğul olan qəbilələr
D) Ağsaqqallar şurasının idarə etdiyi böyük qəbilə
E) Bir yerdə yaşayan, bir dildə danışan və ümumi adətlərə malik olan bir neçə qəbilə
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top