Tapılan ümumi test sayı : 114

Mahiyyət etibarilə “uc” torpaq sahibliyi ilə oxşarlıq təşkil edən torpaq mülkiyyəti forması:
A) Xostak
B) Timar
C) Tiyul
D) Ziyamət
E) Markqraflıqlar
Xronoloji ardıcıllığı müəyyənləşdirin: 1. Terek çayı sahilində döyüşün baş verməsi 2. «Uqra görüşü» 3.Toxtamış xanın Moskvanı ələ keçirməsi
A) 1,2,3
B) 2,1,3
C) 3,2,1
D) 2,3,1
E) 3,1,2
Əmir Teymurun Hindistana yürüş etməkdə məqsədi:
A) Hindistanın sərvətlərini və münbit torpaqlarını ələ keçirmək
B) Dehli sultanının devrilmiş hakimiyyətini bərpa etmək
C) Buradakı müsəlman-türkləri incidən hind racələrini cəzalandırmaq
D) Hindistanda gizlənmiş Cəlairi hökmdarını həbs etmək
E) Məscidləri qarət etmiş və dağıtmış hind racələrini cəzalandırmaq
XI əsrin ortalarında Böyük Səlcuq imperiyasının əhatə etdiyi ərazi:
A) Mərkəzi Asiyadan Aralıq dənizinə, Dərbənd keçidindən İran körfəzinə qədər
B) Hindistandan Qara dənizə, Kürdən Ərəb dənizinə kimi
C) İran sərhədlərindən Fələstinə, Xəzər dənizindən Qara dənizə qədər
D) Çin sərhədlərindən Kiçik Asiyaya, Arazdan Suriyaya qədər
E) Xorasandan Egey dənizinə, Şimali Qafqazdan Ərəbistana qədər
Yaxın və Orta Şərqin xəritəsinin Qərbi Avropanın xeyrinə dəyişməsinə imkan vermədilər:
A) Farslar
B) Səlcuq türkləri
C) Ərəblər
D) Alanlar
E) Xəzərlər
Adı buraxılmış dövləti müəyyən edin:
A) Ağ Hun
B) Sasani
C) Bizans
D) Ərəb xilafəti
E) Qərbi Hun
Katalaun döyüşü Suasson döyüşündən neçə il əvvəl baş vermişdir?
A) 24
B) 35
C) 43
D) 42
E) 54
Bizansda xarici ticarətin yüksək inkişaf etməsinin əsas səbəbi:
A) Xarici mallara qoyulmuş gömrük haqqının azaldılması
B) Ərəb xilafəti ilə yaxşi münasibət
C) Karvan yollarının tam təhlükəsiz olması
D) İmperiyanın çox əlverişli mövqedə yerləşməsi
E) Əlverişli karvanların, rahat və abad yolların olması
Çin əsarətinə qarşı göytürklərin üsyanına başçılıq etmişdir:
A) Muğan xaqan
B) Gül Tigin
C) İltəris xaqan
D) Kür Şad
E) Bayan xaqan
Miladi təqvimi başlayır:
A) Xristian dininin parçalanması ilə
B) Məhəmməd peyğəmbərin Məkkədən ` Mədinəyə köç etməsi ilə
C) İsa peygəmbərin anadan olması ilə
D) İsa peyğəmbərin qeyb olması ilə
E) İslam dininin yaranması ilə
Qədim Misir və Qədim Şumer mədəniyyətlərində oxşarlıq:
A) Qulların "danışan alətlər" adlanması
B) Zərdüştlüyün geniş yayılması
C) Yazının şəkli yazı olması
D) Əsas yazı məmulatının perqament olması
E) Hökmdarın "səma oğlu" adlandırılması
Manna və Skif padşahlığının tarixinə aid oxşarlıq:
A) E.ə. VII əsrdə yaranmaları
B) İnzibati cəhətdən vilayətlərə bölünmələri
C) Midiya tərəfindən süquta uğradılıblar
D) Hərbi islahat keçirilməsi
E) Paytaxtın İzirtu olması
Çatiyə aid deyil:
A) Fironun ən yaxın köməkçisi idi
B) Fironun dövlət xəzinəsi onun əlində idi
C) Məhkəməni idarə edirdi
D) Misir hökmdarı idi
E) Fironun dəftərxanası onun əlində idi
Yeni daş dövrü nədən sonra başladı:
A) Neolit
B) Aşel dövrü
C) Mezolit
D) Eneolit
E) Paleolit
Paleolit və Mezolit dövrlərinin ümumi cəhəti:
A) ulu icmanın yaranması
B) qəbilə icmasinin meydana gəlməsi
C) istehsal təsərrüfatının mövcudluğu
D) əmək alətlərinin daşdan hazırlanması
E) axirət dünyasına inamın yaranması
Konstitusiyaya əsasən hansı müddəa doğrudur?
A) Xalqın seçdiyi səlahiyyətli nümayəndələrindən başqa heç kəsin xalqı təmsil etmək, xalqın adından danışmaq və xalqın adından müraciət etmək hüququ yoxdur
B) İcra hakimiyyəti orqanlarının vəzifəli şəxslərinin xalqı təmsil etmək, xalqın adından danışmaq və xalqın adından müraciət etmək hüququ vardır
C) Xalqı təmsil etmək, xalqın adından danışmaq və xalqın adından müraciət etmək hüququ yalnız Baş Prokurora aiddir
D) Xalqın seçdiyi səlahiyyətli nümayəndələrindən başqa hər kəsin xalqı təmsil etmək, xalqın adından danışmaq və xalqın adındaş müraciət etmək hüququ vardır
E) Milli Məclis üzvlərindən heç kəsin xalqı təmsil etmək, xalqın adından danışmaq və xalqın adından müraciət etmək hüququ yoxdur
Azərbaycanda səkkizillik icbari təhsildən neçə il sonra onillik icbari təhsilə keçilmişdir?
A) 7
B) 16
C) 15
D) 20
E) 21
N.Xruşşovun Bakını Azərbaycanın tərkibindən çıxararaq müstəqil inzibati bölgə kimi Moskvaya tabe etmək planını pozdu:
A) Vəli Axundov
B) Heydər Əliyev
C) İmam Mustafayev
D) Mir Cəfər Bağırov
E) Əbülfəz Elçibəy
«Qafqazın idarə olunması» planının müəllifi kim idi:
A) Borman
B) Görinq
C) Hitler
D) Himler
E) Rozenberq
“Şliffen planı”nda nəzərdə tutulurdu:
A) Almaniyanın müharibədən imtinası
B) Almaniyanın iki cəbhədə müharibə aparması
C) Almaniyanın Fransa ilə yaxınlaşması
D) Yunanıstana hücum
E) Osmanlı dövlətinin parçalanması
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top