Tapılan ümumi test sayı : 114

Qədim Yunan mədəniyyətinə aiddir: 1. “Diskatan” heykəli 2. “Odisseya” dastanı 3. Lukretsinin təlimi 4. İlk Olimpiya oyunları 5. Panteon məbədi
A) 2,4,5
B) 2,3,5
C) 1,3,4
D) 1,2,4
E) 3,4,5
Böyük coğrafi kəşflər dövrünə aiddir:
A) Fransada ilk Baş ştatların çağırılması
B) Uot Tayler üsyanı
C) Yüzillik müharibənin başlanması
D) Kordova xilafətinin parçalanması
E) Vasko da Qamanın ekspedisiyasının Hindistana daxil olması
XVII əsrin ikinci yarısı Səfəvi dövlətinin tarixinə aiddir:
A) Dərbənddən Gilana qədər olan ərazilərin osmanlılar tərəfindən tutulması
B) Osmanlı imperiyasının hücumuna məruz qalması
C) Kirmanşahda osmanlılarla sülh müqaviləsi imzalanması
D) Peterburq müqaviləsinin imzalanması
E) Şah Süleymanın Rusiya ilə müqavilə imzalaması
Azərbaycanın XVIII əsrin 90-cı illərinin ikinci yarısı tarixinə aiddir:
A) Məhəmməd Həsən xan Qacarın ölkəmizin şimal bölgəsinə yürüşü
B) ölkəmizin şimal torpaqlarından Rusiya qoşunlarının çıxarılması
C) general Qulyakovun başçılığı ilə rus qoşunlarının Cara hücum etməsi
D) bir sıra xanların Rusiya ilə Georgiyevsk müqaviləsini imzalaması
E) ölkəmizin cənub bölgələrinə osmanlı qoşunlarının daxil olması
Şimali Azərbaycanda 1847-ci il “Kəndli əsasnamələri”nin 1865-ci il kənd cəmiyyətləri haqqındakı qanundan fərqi:
A) natural vergilərin pul vergisi ilə əvəz edilməsi
B) bəylərin kənddə inzibati-məhkəmə işlərindən uzaqlaşdırılması
C) vahid kənd idarəsinin yaradılması
D) bəylərin kəndlilər üzərində polis-məhkəmə hüququnun təsdiq edilməsi
E) təhkimçilik hüququnun möhkəmləndirilməsi
Xronoloji ardıcıllığı müəyyən edin: 1. Frank dövlətinin yaranması 2. Katalaun döyüşü 3. Birinci Göytürk dövlətinin yaranması 4. Ərəb dövlətinin yaranması
A) 1, 3, 4, 2
B) 2, 1, 3, 4
C) 1, 3, 2, 4
D) 2, 4, 1, 3
E) 4, 3, 1, 2
Hülakü xanın hakimiyyəti dövrünə aid deyil:
A) dövlətin ilk paytaxtının Marağa olması
B) ali hakimiyyət orqanlarının yerli feodallar arasında bölünməsi
C) Qızıl Ordu ilə mübarizə aparılması
D) Hülakü dövlətinin öz qüdrət və vahidliyini qoruyub saxlaması
E) Azərbaycan ərazisində monqolların güclü hərbi dəstələrinin məskən salması
Azərbaycan Respublikasının Konstitusiyasına əsasən Milli Məclis təyin edir: 1. Azərbaycan Respublikası Mərkəzi Bankının sədrini 2. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimlərini 3. Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimlərini 4. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin ali komanda heyətini
A) 1, 4
B) 1, 2
C) 2, 3
D) 1, 3
E) 3, 4
Uyğunluq pozulmuşdur:
A) Aquen kilsə məclisini çağırmışdır – III Mömin Vaçaqan
B) Xəzər xaqanı ilə sülh müqaviləsi imzalamışdır – Alban hökmdarı Cavanşir
C) Sünik knyazlığını alban hökmdarının idarəçiliyinə vermişdir – ərəb xəlifəsi Müaviyə
D) birinci Bələncər döyüşündə xəzərlər qalib gəlmişdir – Ərəb xilafətinin qoşunlarına
E) Kadisiyyə döyüşündəki şücaətinə görə mükafatlandırılmışdır – Albaniya dövlətinin hökmdarı Cavanşir
Salarilər dövlətinə aid xüsusiyyətləri müəyyən edin: 1. Şirvanşahlar dövlətinin tabe edilməsi 2. Xəzər dənizində ticarət gəmilərinin üzməyə başlaması 3. Ərdəbilin paytaxt şəhəri olması 4. Azərbaycanın ilk dəfə vahid dövlətdə birləşdirilməsi 5. Müəyyən müddət Yusif ibn Əbu Sac tərəfindən idarə edilməsi
A) 1, 4, 5
B) 3, 4, 5
C) 2, 3, 5
D) 1, 2, 3
E) 1, 2, 4
Daha əvvəl olmuşdur:
A) Mannanın Midiya dövlətinin tərkibinə daxil edilməsi
B) II Sarqonun Mannaya böyük yürüşü
C) Qavqamela döyüşü
D) İranzunun Manna vilayətlərini mərkəzi hakimiyyətə tabe etməsi
E) Azərbaycan ərazisindəki İskit padşahlığının süqutu
Qədim Çində Sin sülaləsinin hakimiyyəti dövrünə aid olan xüsusiyyət:
A) bütün ölkə ərazisinin vahid dövlətdə birləşdirilməsi
B) “Sarısarıqlılar” üsyanının başlanması
C) ölkənin dünya ticarət yolları sisteminə qoşulması
D) Çin tarixində ilk dövlətin yaradılması
E) təsərrüfat işlərində ilk dəfə qul əməyindən istifadə edilməsi
Zaqafqaziya (Cənubi Qafqaz) Seyminin mövcudluğu dövrünə uyğun gəlir: 1. AXC-nin yaradılması barədə “İstiqlal Bəyannaməsi”nin qəbul edilməsi 2. Cənubi Qafqaz müstəqil federativ respublikasının yaradılması 3. ABŞ-ın birinci dünya müharibəsinə qoşulması 4. Osmanlı dövlətinin birinci dünya müharibəsindən çıxması 5. Bolşevik-daşnak qüvvələrinin Bakıda mart soyqırımını həyata keçirməsi
A) 2, 5
B) 2, 3
C) 3, 4
D) 1, 4
E) 1, 5
Rusiya tərəfindən sonuncu işğal edilmiş xanlıq:
A) Şamaxı
B) İrəvan
C) Qarabağ
D) Naxçıvan
E) Lənkəran
Ağqoyunluların XV əsrin 60-cı illərinin ikinci yarısı tarixi üçün səciyyəvi idi:
A) Şərqi Gürcüstanın tabe edilməsi
B) Dövlətin iki hissəyə parçalanması
C) Təbrizin dövlətin paytaxtına çevrilməsi
D) Venetsiya ilə hərbi ittifaqın bağlanması
E) Yassıçəmən sülh müqaviləsinin imzalanması
Eyni ildə yaranmışdır: 1. Pakistan İslam Respublikası 2. Almaniya Federativ Respublikası 3. Çin Xalq Respublikası 4. Koreya Xalq Demokratik Respublikası
A) 2, 3
B) 3, 4
C) 1, 3
D) 1, 4
E) 2, 4
Ş.M. Xiyabani və S.C. Pişəvərinin fəaliyyətinə aid oxşar cəhət:
A) Təbrizdə pulsuz qız məktəbi təsis etmələri
B) Azərbaycanın adını Azadıstana dəyişdirmələri
C) “Təcəddüd” qəzetini nəşr etdirmələri
D) Cənubi Azərbaycana muxtariyyət verilməsi tələbini irəli sürmələri
E) İctimai İdarə Heyətinə başçılıq etmələri
Azərbaycan Xalq Cümhuriyyəti və Azərbaycan Respublikasına aid oxşar cəhət:
A) Təbrizdə Azərbaycan konsulluğunun yaradılması
B) yeni latın qrafikalı əlifbanın tətbiq edilməsi
C) Azərbaycan Neft Komitəsinin yaradılması
D) Prezident vəzifəsinin təsis edilməsi
E) Aqrar islahatın həyata keçirilməsi
Uyğunluq gözlənilmişdir:
A) Osmanlı sultanı I Muraddan asılılığı qəbul etdi – Qazan xanı Ulu Məhəmməd
B) Əmir Teymurla Terek döyüşündə mübarizə apardı – Dmitri Donskoy
C) Qızıl Ordu dövlətinə qarşı Moskva knyazlığı ilə ittifaqa girdi – Krım xanı Məngli Gəray
D) Bolqarıstanın işğalını başa çatdırdı – Sultan I Səlim
E) Dehli sultanlığının paytaxtını Deogir şəhərinə köçürdü – Sultan Firuz
Qədim yunan mədəniyyətinə aiddir: 1. “İliada” dastanı 2. İmperator Trayanın sütunu 3. Parfenon məbədi 4. Demokritin təlimi 5. Kolizey amfiteatrı
A) 1,5
B) 1,2,5
C) 3,5
D) 1,3,4
E) 2,4,5
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top