Tapılan ümumi test sayı : 82

Verilənlərdən biri köməkçi nitq hissəsi deyil:
A) Məsdər
B) Qoşma
C) Bağlayıcı
D) Nida
Fərqlənmə mənasında işlənməyən qoşmanı müəyyən edin:
A) Qeyri
B) Özgə
C) Başqa
D) Qabaq
“ Görə, ötrü, üçün ” sözləri qoşmanın mənaca hansı növünə aiddir?
A) Məsafə
B) Birgəlik
C) Bənzətmə
D) Səbəb – məqsəd
Məsafə bildirən qoşma olan cümləni göstərin:
A) Uşaqlar məktəbə tərəf qaçırdılar
B) Kinoya Ariflə getdim
C) Sənin kimi o da yaxşı oxuyur
D) Evə qədər ətraflı söhbət elədik
Hansı bənddəki qoşma adlıq halda olan sözə qoşulmuşdur?
A) Səninlə
B) Evədək
C) Evim üçün
D) Yaşamaqdan ötrü
Əmr ədatları verilən sıranı göstərin:
A) Elə, belə, məhz, əsl
B) Qoy, gör, bax, gəlsənə
C) Kaş, kaş ki, təki, barı
D) Məgər, yəni, bəs, tək
Biri həm bağlayıcı, həm də nida kimi işlənə bilər:
A) Lakin
B) Lap
C) Gah
D) Ya
Sözlərdən biri bağlayıcı və ədat kimi işlənir:
A) Ki
B) Ancaq
C) Hətta
D) Necə
“ Nə şöhrət gəz, nə də ki ad ” nümunəsində tabesizlik bağlayıcısının məna növünü göstərin:
A) İnkar
B) Birləşdirmə
C) Aydınlaşdırma
D) İştirak
Sözlərdən biri yalnız modal söz kimi işlənir:
A) Bəlkə
B) Xülasə
C) Görünür
D) Sözsüz
Modal söz işlənən cümləni göstərin
A) Qaytarsan o sözləri, sözsüz bir lal olarsan
B) Bəlkəni əkiblər, bitməyib
C) Bəlkə, sən də narazısan?
D) Təəssüf hissi məni tərk etmirdi
Bölüşdürmə bağlayıcıları hansılardır?
A) hətta, habelə
B) həm, həm də
C) gah, gah da
D) nə, nə də
Bunlardan hansı tabelilik bağlayıcısıdır?
A) fəqət
B) lakin
C) ancaq
D) amma
E) çünki
Hansı cümlədə -ca, -cə ədatının bir variantı işlənib?
A) Sakitcə dayanmışdıq
B) İndicə gəldi
C) Dəryaca ağlı var
D) İngiliscə danışa bilir
Gah olur, dönürük qızmış nərə,                                      Qan örtmüş gözümüz seçmir dağ-dərə.                               Gah da çevrilirik müti nökərə,                                               Su tək lal axırıq, dünya neyləsin? (V.Babanlı)                      Şeirdə köməkçi nitq hissələrindən hansılar işlənib?
A) nida, modal sözlər
B) qoşma, ədat
C) bağlayıcı, ədat
D) bağlayıcı, qoşma
Mürəkkəb zərflər verilən sıranı göstərin:
A) Tək – tənha, qəmli – qəmli, gec – tez
B) Qəhrəmancasına, az – maz, qəsdən
C) Dünən, axşam, səhər
D) Birdən, dostyana, cəsarətlə
Tərəflərindən hər ikisi ayrılıqda işlənə bilməyən sözlər vasitəsilə düzələn mürəkkəb zərf hansıdır?
A) Oğrun – oğrun
B) Dizin- dizin
C) Üçdən – beşdən
D) Qəmli – qəmli
“ Oğru aşağı endi, bir qədər susub, sonra ətrafı nəzərdən keçirdi ” cümlədə zərfin mənaca növlərindən hansına aid nümunə yoxdur?
A) Zaman
B) Tərzi – hərəkət
C) Miqdar
D) Yer
Biri “ zarafatyana ” zərfinin morfoloji təhlilinə aid düzgün fikir deyil:
A) Tərzi – hərəkət zərfliyidir
B) Quruluşca düzəltmədir
C) Milli şəkilçi ilə düzəlmişdir
D) Başlanğıc formadadır
Zərf düzəldən şəkilçilər hansılardır?
1)-ağan2
2) –casına2
3) –anda2
4) -yana
5) –ınca4
6) – anə
7) - akı2
A) 5,6
B) 1,3,5,7
C) 1,3
D) 2,4,6,7
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top