Tapılan ümumi test sayı : 82

Hansı cümlədə zaman zərfi işlənmişdir?
A) O, xeyli danışdı
B) Mən kənddən dünən qayıtdım
C) Düşmən geri çəkildi
D) Uşaqlar dərsi diqqətlə dinlədilər
Dördündən biri fərqlidir
A) geri
B) ötəri
C) içəri
D) irəli
Zərflərdən hansında vurğu birinci hecaya düşür?
A) gündə
B) ucadan
C) zorla
D) igidcəsinə
E) diqqətlə
Biri məntiqi pozur:
A) bikef-bikef
B) yanıqlı-yanıqlı
C) qəmli-qəmli
D) dərdli-dərdli
E) yeyin-yeyin
Hansı cümlədə zərf feli bağlamaya aiddir?
A) Maşın sürətlə gedirdi
B) Ucadan danışan oğlan Turaldır
C) Mən sakit danışmağı xoşlayıram
D) Kişi təəccüblə mənə baxaraq dedi
“Əvvəl-axır mən öz arzuma çatacağam”-cümləsində işlənmiş əvvəl-axır mürəkkəb zərfi hansı yolla düzəlmişdir?
A) Antonim sözlərin birləşməsi ilə
B) Eyni sözün təkrarı ilə
C) Yaxın mənalı sözlərin birləşməsi ilə
D) Düzəltmə sözlərin təkrarı ilə
Aşağıdakılardan biri felə aid edilə bilməz:
A) Zaman kateqoriyası
B) Şəxs kateqoriyası
C) Ümumi və xüsusi olması
D) Növ kateqoriyası
İş felləri verilən sıranı göstərin:
A) Tikmək, sökmək, kəsmək
B) Söyləmək, danışmaq, demək
C) Anlamaq, fikirləşmək, ağarmaq
D) Getmək, qaçmaq, gəlmək
Fel düzəldən şəkilçilərin sırasını göstərin:
A) 4, - ca2, -lı4, -la2
B) 4 –lıq4, -cığaz2, -tı4
C) 2, - lan2, -ır4,-ış4
D) 2, -qın4, -ğın4, -ıcı4
Verilənlərdən biri felin şəkilərinə aid deyil:
A) əmr
B) Xəbər
C) icbar
D) şərt
Felin vacib şəkli hansı şəkilçinin köməyi ilə düzəlir?
A) -mış4
B) -sa2
C) -ası2
D) -malı2
Sən bizim ellərin ruhuna bir bax,                                                            Bizdən inciməmiş bir əziz qonaq.                                                                  Nişanlı qızların görüşdən qabaq,                                                                       Telini saymağı yadıma düşdü. (S.Vurğun)                                                     Neçənci misrada nəqli keçmiş zamanda işlənmiş fel var?
A) 3-cü
B) 2-ci
C) 4-cü
D) 1-ci
“Tez yat, oğlum,                                                                                 Qalma oyaq.                                                                                          Uç, gəl səhər,                                                                                          Mənə qonaq” (T.Elçin)                                                                             Şeir nümunəsində neçə fel işlənib?
A) 4
B) 3
C) 5
D) 2
Tərkibi əvəzliklərin verildiyi sıranı müəyyən edin:
A) Heç kim, heç kəs, hər şey
B) Bütün, kimsə, kimisi
C) Mən, sən, biz
D) Biri, birisi, kimi
Təyini əvəzliklərin sırasını göstərin:
A) Biri, birisi, nə isə
B) Bütün, filan, öz
C) Mən, sən, o
D) Bu, elə, belə, həmin
İşarə əvəzlikləri əsasən hansı nitq hissələrini əvəz edir?
A) Sifəti, əvəzliyi
B) Sifəti, zərfi
C) İsmi, sifəti
D) İsmi, sayı
“ Kimsə dənizə düşdü ” cümləsində əvəzliyin mənaca növünü göstərin:
A) Qeyri – müəyyən
B) Şəxs
C) İşarə
D) Sual
Əvəzliyin hansı məna növü bütün əsas nitq hissələrini əvəz edə bilər?
A) İşarə əvəzlikləri
B) Sual əvəzlikləri
C) Qeyri – müəyyən əvəzliklər
D) Təyini əvəzliklər
Öz əvəzliyi əvəzliyin hansı məna növünü də əvəz edə bilər?
A) sual əvəzliyini
B) təyini əvəzliyi
C) işarə əvəzliyini
D) şəxs əvəzliyini
Aşağıdakı əvəzliklərdən hansılar yalnız mənsubiyyət şəkilçisi qəbul etdikdən sonra hallanır?
A) bəzi, elə
B) hər, öz
C) sən, kim
D) o, bu
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top