Tapılan ümumi test sayı : 82

"Belə" sözü hansı cümlədə əvəzlikdir və sifəti əvəz etmişdir?
A) Ay belə səni min yaşa!
B) Belə demə
C) Belə adam az tapılar
D) Belə mən deyəndir
Şəxs əvəzlikləri quruluşca necə olur?
A) tərkibi
B) sadə
C) mürəkkəb
D) düzəltmə
Bir kiçik quş idim,                                                                                    Budağa qonmuş idim.                                                                                         Niyə uçurtdun məni,                                                                          Mən sənin olmuş idim. (bayatı)                                                                             Şeirdə əvəzliyin hansı məna növləri işlənib?
A) qeyri-müəyyən, işarə
B) şəxs, təyini
C) sual, şəxs
D) sual, işarə
Şəxs əvəzliklərinə aid olan fikirlərdən biri səhvdir:
A) Mənsubiyyətə görə dəyişmir
B) Mən və sən əvəzlikləri cəm şəkilçisi qəbul edir
C) Hallanır(qeyri-müəyyən təsirlik haldan başqa)
D) Ad bildirmir
E) Cümlədə mübtəda, tamamlıq və xəbər olur
Say haqqında verilmiş fikirlərdən biri səhvdir:
A) Onlarca, yüzlərlə müəyyən miqdar saylarıdır
B) Kəsr sayları quruluşca mürəkkəb olur
C) Sayın mənaca iki növü var
D) Sıra sayları hansı? sualına da cavab olur
Qeyri – müəyyən miqdar sayları hansı sıradadır?
A) Tək – tək danışmaq məsləhət idi
B) Az danışmaq da faydadır
C) Sərnişinlər xeyli gözlədilər
D) Çoxları qaydalara əməl edir
Sayın mənaca hansı növü quruluşuna görə yalnız sadə və mürəkkəb olur?
A) Qeyri – müəyyən miqdar sayları
B) Sıra sayları
C) Kəsr sayları
D) Müəyyən miqdar sayları
Düzəltmə sayları müəyyənləşdirin:
A) Milyon, üçdə bir
B) Çoxlu, onlarca
C) Bir qədər, onlarla
D) Minlərlə, xeyli
Məntiqi ardıcıllığı tamamlayın:
A) Otuz üç
B) Xeyli, külli miqdarda ...
C) Azlıq
D) Bir sıra
Omonim sayları göstərin.
A) bir, səksən
B) yüz, xeyli
C) beş, yeddi
D) üç, dörd
“Mənim .......maraqlı rəsmlərim var”-cümləsində nöqtələrin yerinə hansı say bildirən söz yazıla bilər?
A) ikinci
B) iki
C) saysız-hesabsız
D) Üç
Dilimizdə quruluşca sadə olan neçə miqdar sayı var?
A) 10
B) 25
C) 5
D) 23
Biri türk mənşəli saydır:
A) min
B) sıfır
C) milyon
D) həştad
E) milyard
Aşağıdakılardan hansı 1659-cu sayını bildirir?
A) MDCLIX
B) MCDXIX
C) MDCXIX
D) MDCLXIX
Dad bildirən sifətləri göstərin:
A) Mavi, sarı, qırmızı
B) Şirin, acı, turş
C) Qəşəng, gözəl, yaraşıqlı
D) Uzun, qısa, balaca
Adlardan sifət düzəldən leksik şəkilçilər:
A) -lı4, - aq2, - ağan2
B) -lı4, -ğın4, - ıkı4
C) -gın4, - qın4, - aq2
D) -kı4, -dakı2, - sız4
Çoxaltma dərəcəsində olan sifət hansıdır?
A) Uzunsov
B) Zorbaca
C) Göyümtül
D) Dəlisov
Hansı əvəzlikdən düzələn sifətdir?
A) nəhayətsiz
B) əvəzsiz
C) kimsəsiz
D) filanıncı
Bunlardan biri sifətin çoxaltma dərəcəsini əmələ gətirmir:
A) -lap
B) -ca
C) -tünd
D) -şın4
Neçə söz azaltma dərəcəsinə aiddir? Yaraşıqlı, xırdaca, balaca, uzunsov, gödərək
A) 3
B) 5
C) 2
D) 4
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top