Tapılan ümumi test sayı : 44

M.F.Axundzadənin "Hekayəti-müsyö Jordan həkimi - nəbatat və dərviş Məstəli şah caduküni - məşhur" əsərinin qəhrəmanı Şahbaz bəy haqqındakı fikirlərdən biri yanlışdır:
A) Parisə getmək, fransız dilini öyrənmək arzusundadır.
B) Təhsilini artırmağa çalışan, böyük böyük arzularla yaşayan gəncdir.
C) Kənddə xəstəxana, məktəb açmaq, xalqı maarifləndirmək üçün mübarizə aparır.
D) XIX əsr Azərbaycan ədəbiyyatında mütərəqqi ideyaların ifadəçisi olan gənc ziyalıların nümayəndəsidir.
E) Avamlar mühitində bir qığılcım kimi parlayan obrazdır.
Nəcəf bəy Vəzirovun "Müsibəti-Fəxrəddin" faciəsində Cahangir bəy qan intiqamı uğrunda gedən çarpışmalara niyə qoşulur?
A) Onun Fəxəddinlə köhnədən ədavəti var idi.
B) Rəşidin intiqamını almaq istəyir.
C) Səadət xanıma qovuşmaqda Fəəxrəddini özünə başlıca mane bildirdi.
D) Fəxrəddinin apardığı islahatları qəbul edə bilmirdi.
E) Rüstəm bəyə xoş gəlsin deyə bu işə gedir.
M.Füzulinin hansı əsərində musiqi alətləri alleqorik obrazlar kimi iştirak edir?
A) "Ənisül-qəlb"
B) "Bəngü Badə"
C) "Söhbətül-əsmar"
D) "Yeddi cam"
E) "Səhhət və Mərəz"
Vaqif (S.Vurğun. "Vaqif") Qazax mahalına - Vidadinin evinə nə üçün gəlmişdi?
A) Vidadini oğlu Əli bəyin toyuna aparmaq istəyirdi.
B) Kəndlilərin vəziyyətini öyrənmək fikrində idi.
C) Daha sarayda xidmət etmək istəmədiyindən kəndə qayıtmışdı.
D) Vəzirlikdən çıxrıldığı üçün kəndə qayıtmışdı.
E) Kənd üçün, kənd adamları üçün darıxmışdı.
M.Müşfiqin mətbuatda çap olunmuş son əsəri:
A) "Duyğu və yarpaqları"
B) "Gecə düşüncəsi"
C) "Bir gün"
D) "Küləklər"
E) "Həyat sevgisi"
Aşıq Ələsgərin "Görmədim" şeri ilə bağlı fikirlərdən biri yanlışdır:
A) "Görmədim" sözü rədifdir.
B) Lirik qəhrəmanı öz aldanışları ağrıdır.
C) İctimai-əxlaqi məzmunludur.
D) Şerdə vəfasız, namərd adamların mənəvi eybəcərlikləri təsvir olunur.
E) Şer müxəmməs janrındadır.
Aşağıdakı xüsusiyyətlər N.Gəncəvinin hansı qəhrəmanına aiddir?
Gözəl rəqqasə və musiqiçidir. Ağıllı və cəsarətli bir insandır. Ağlı və tədbiri ilə ən çətin vəziyyətlərdən çıxış yolu tapır. Hökmdara sübut edir ki, insan məşqlə, zəhmətlə ən çətin işlərin öhdəsindən gələ bilər.
A) Nüşabə
B) Fitnə
C) Məhinbanu
D) Şəkər
E) Nəkisa
Dodağın qönçədi, dişlərin sədəf,
Qaşların qüdrətdən qara, Bəyistan! 

Birinci misrada hansı bədii təsvir vasitəsi işlənmişdir?
A) təşbeh
B) metafora
C) epitet
D) simvol
E) metonimiya
Bunlardan biri beytlər şəklindədir:
A) müxəmməs
B) qitə
C) rübai
D) qoşma
E) gəraylı
Çırmanırıq keçməyə çay gəlməmiş,
Başlayırıq qızmağa yay gəlməmiş  - 

misraları M.Ə.Sabirin hansı satirasındandır?
A) "Ürəfa marşı"
B) "Satıram"
C) "Kim nə deyər bizdə olan qeyrətə?!"
D) "Bizə nə?"
E) "Əkinçi"
Cümlədə köməkçi nitq hissələrindən hansılar işlənmişdir?
Rauf onları lap evəcən ötürdü. 
A) ədat və modal söz
B) ədat və bağlayıcı
C) bağlayıcı və modal söz
D) ədat və qoşma
E) qoşma və bağlayıcı
"Professor Ağayev həzin bir adamdır"  cümləsində ədəbi dilin hansı norması pozulmuşdur?
A) həm fonetik, həm qrammatik
B) fonetik
C) qrammatik
D) həm leksik, həm qrammatik
E) leksik
Tərkibində yalnız qapalı saitlər işlənmiş, ahəng qanununa tabe olmayan əsl Azərbaycan sözlərini göstərin.
1. ilan              2. vücud                3. işıq                4. şüur                  5. vacib                  6. ildırım
A) 3, 6
B) 2, 5
C) 1, 6
D) 1, 2
E) 4, 5
Sifət hansı cümlədə isimləşmişdir?
A) Gözəl görünər, çirkin bürünər.
B) Məmməd bəy dəmir dəbilqəni başından götürdü.
C) Qənirə bugünkü libasda daha gözəl görünürdü.
D) O, əvvəlki əməllərinə görə xəcalət çəkirdi.
E) Bu gözəl qız qoşunun  sərkərdəsi imiş.
"Kamal" sözünün leksik təhlili ilə bağlı səhvi göstərin.
A) Alınma sözdür.
B) Omonim kimi işlənə bilmir.
C) Avropa mənşəlidir.
D) Təkmənalıdır.
E) Sinonimi "yetkinlik" sözüdür.
"Padşah əmr elədi, otağın bir tərəfinə pərdə çəksinlər"  cümləsi haqqındakı fikirlərdən yalnız biri doğrudur:
A) Mübtəda budaq cümləli tabeli mürəkkəb cümlədir.
B) Ardıcıllıq əlaqəli tabesiz mürəkkəb cümlədir
C) Tamamlıq budaq cümləli tabeli mürəkkəb cümlədir.
D) Tabeli mürəkkəb cümlə deyil, sadə cümlədir.
E) Təyin budaq cümləli tabeli mürəkkəb cümlədir.
Bir rəsmi-işgüzar üslub üçün əlamətdar deyil:
A) sintaksisinin məhdudluğu
B) lüğət tərkibinin yığcamlığı
C) fikrin olduqca yığcam ifadə olunması
D) fərdi nitq ünsürlərinin, obrazlı söz və ifadələrin işlənməsi
E) arxaik leksikanın və sintaktik konsruksiyaların uzun müddət mühafizə oluna bilməsi
"Qapını örtmək"  feli birləşməsinin tərəfləri arasında hansı sintaktik əlaqə vardır?
A) həm uzlaşma, həm yanaşma
B) yanaşma
C) idarə
D) tabesizlik
E) uzlaşma
Hansı cümlənin həm mübtədası həm, həm də xəbəri III növ təyini söz birləşməsiilə ifadə olunmuşdur?
A) Dünənki atlılar yolda qalacaq.
B) Kəmaləddin Behzadın fırçası ilahinin vergisidir.
C) İsmayılın istək və arzuları bitib-tükənmirdi.
D) Nəvainin hədiyyəsi onu heyran etmişdir.
E) Qurbaninin fikri özgə yerdə idi.
İltisaqi dillər üçün əsasdır:
A) ahəng qanununun olmaması
B) şəkilçilərin söz sonuna artırılması
C) söz kökünün daxildən dəyişməsi
D) ön şəkilçilərin işlənməsi
E) sözə əvvəl qrammatik, sonra leksik şəkilçilərin artırılması
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top