Tapılan ümumi test sayı : 44

Azərbaycan dili hansı xüsusiyyətinə görə iltisaqi dillərə daxildir?
A) Türk dilləri ilə qohumluğuna görə
B) Alınma sözlərin azalığına görə
C) Lüğət tərkibinin zənginliyinə görə
D) Cümlədəki sözlərin sırasına görə
E) Morfoloji quruluşuna görə
"Mənim uşaqlıq illərim kənddə keçibdir" cümləsinin morfoloji təhlilindəki səhvi göstərin.
A) keçibdir - feldir, nəqli keçmiş zamandadır
B) uşaqlıq - düzəltmə isimdir, yiyəlik haldadır
C) mənim - şəxs əvəzliyidir, yiyəlik haldadır
D) kənddə - yer zərfidir, quruluşca sadədir
E) illərim - sadə isimdir, cəm və mənsubiyyət şəkilçiləri qəbul etmişdir
Hansı cümlədə fel icbar növdə deyil?
A) Otağı bəzətdim.
B) Yükləri daşıtdım.
C) Onu kiməsə oxşatdım.
D) Otağı təmizlətdim.
E) Ana məktubu oxutdu.
"Susmaq" sözünün fonetik təhlilindəki səhvləri göstərin:
1) 6 səs, 6 hərfdən ibarətdir.
2) Sözün yazılışı ilə deyilişi fərqlənmir.
3) İki cingiltili, iki kar samit vardır.
4) [u] - qalın, qapalı, dodaqlanan saitdir.
5) [q] - cingiltili samitdir, kar qarşılığı [x] - dır.
A) 1, 2
B) 1, 3, 4
C) 2, 3, 5
D) 2, 3, 4
E) 4, 5
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top