Tapılan ümumi test sayı : 44

"Qılınc yarası sağalar, ancaq söz yarası sağalmaz"  cümləsinin morfoloji təhlilindəki səhvi göstərin.
A) yarası - isimdir, mənsubiyyət şəkilçisi qəbul etmişdir
B) qılınc - sadə isimdir, adlıq haldadır
C) ancaq - qarşılaşdırma bağlayıcısıdır
D) sağalar - sifətdən düzəlmiş feldir, xəbər şəklinin qeyri-qəti gələcək zamandadır
E) söz - sadə isimdir, yiyəlik hadadır
Nəcəf bəy Vəzirovun "Müsibəti-Fəxrəddin" faciəsindəki Rüstəm bəy surəti haqqındakı fikirlərdən biri yanlışdır:
A) Əsərin sonunda öz əməllərindən peşman olur.
B) Öz övladını dərin məhəbbətlə sevən atadır.
C) Qəddar, amansız və intiqamçı bir bəydir.
D) Oxumağın, maarifin qəddar düşmənidir.
E) Oğlu Rəşidin intiqamı yolunda hər şeyə razı olur.
M.F.Axundzadənin "Aldanmış kəvakib" povestində əks qütblərdə dayanan obrazlar:
A) Şah Abbas, Axund Səməd
B) Mirzə Möhsün, Mirzə Yəhya
C) Axund Səməd, Mövlana Cəmaləddin
D) Şah Abbas, Yusif Sərrac
E) Sərdar Zaman xan, Mirzə Sədrəddin
M.Füzulinin "Padişahi-mülk" əsəri ilə bağlı fikirlərdən biri səhvdir:
A) Əsərdən  çıxan nəticə budur ki, padşahın hakimiyyəti müvəqqəti, şairin sənəti isə əbədidir.
B) Əsərin sonunda şair adını çəkir və padşahdan kömək ummaq fikrinə düşdüyü üçün peşmançılığını bildirir.
C) Şairin ictimai məzmunlu məşhur qitəsidir.
D) Qitədə hökmdar və şair surətləri qarşılaşdırılır.
E) Əsərdə işğalçı müharibələrə nifrət hissi aşılanır.
R.Rza şerlərinin birində  "O kəs ki torpağa, xalqa bağlıdır, kökü xalq mənəviyyatının dərinliklərindəndir, onu əymək olmaz" qənaətinə gəlir:
A) "Çinar"
B) "Vətən"
C) "Bu gün"
D) "Pəncərəmə düşən işıq"
E) "Rənglər"
"Laçın yuvası", "Çərxi-fələk", "Şeytan", "Eşq və intiqam"  adlı pyeslərin və  "Qorxulu nağıllar"  silsiləsi adlı hekayələrin müəllifi:
A) Ə.Haqverdiyev
B) C.Məmmədquluzadə
C) A.Şaiq
D) C.Cabbarlı
E) S.S.Axundov
"Kitabi-Dədə Qorqud"da təsvir edilən Bayandır xan haqqında verilmiş fikirlərdən biri yanlışdır:
A) Heç bir boyda Bayandır xanla bağlı əhvalat yoxdur.
B) Oğuz elinin başçısıdır.
C) Qəhrəmanlıq göstərən bəylər onun igidləri sayılır və yanına gəlmək hüququ qazanırdılar.
D) Oğuz elinin böyükləri onun çadırına toplaşaraq məsləhət alırdılar.
E) Bayandır xan döyüşlərdə oğuzlara başçılıq edir və düşmənlə döyüşürdü.
Dil ilə dərvişlik olmaz,
Halı gərək yol əhlinin,
Balı gərək yol əhlinin
.
İlk bəndi nümunə gətirilən bu şerin müəllifini və janrını müəyyənləşdirin.
A) Vaqif, qoşma
B) Xətayi, qoşma
C) Aşıq Ələsgər, gəraylı
D) Zakir, gəraylı
E) Xətayi, gəraylı
Nümunədə işlənmiş məcazın növünü müəyyənləşdirin.
Gül bənizli, şahin baxışlı yarın
Könlünə saçdığı yeni ilham var. 
(H.Cavid)
A) mübaliğə
B) təşbeh
C) epitet
D) metonimiya
E) təzad
Qəsidənin sırf dini məzmun daşıyan növləri:
A) minacat, nət
B) minacat, mədhiyyə
C) nət, fəxriyyə
D) minacat, fəxriyyə
E) nət, mədhiyyə
M.Hadinin şeri hansıdır?
A) "Ana"
B) "Türkün nəğməsi"
C) "Nə işim var?"
D) "Göy göl"
E) "Azərbaycan"
"Anam və mən "Şah İsmayıl" operasına tamaşa etdim" cümləsində ədəbi dilin hansı norması pozulmuşdur?
A) qrammatik
B) orfoepik
C) leksik və qrammatik
D) leksik
E) orfoqrafik
"Bu işin öhdəsindən ancaq sən gələ bilərsən, Abbasqulu bəy"  cümləsindəki ədatın məna növünü göstərin:
A) əmr
B) qüvvətləndirici
C) məhdudlaşdırıcı
D) arzu
E) dəqiqləşdirici
Hansı cərgədəki sözlər yalnız kar qarşılığı olmayan cingiltili samitlərdən ibarətdir?
A) səməni, müsəlman
B) söndürülmək, narahatlıq
C) gülləbaran, Nargilə
D) minarə, normal
E) namərdlik, varlanma
Hansı əvəzliklər həm sifətin, həm də zərfin yerində işlənə bilər?
1. o                     2. bu               3. elə
4. belə                5. həmin
A) 1, 5
B) 4, 5
C) 1, 2
D) 2, 3
E) 3, 4
"Elan" sözünün leksik təhlili ilə bağlı fikirlərdən biri yanlışdır:
A) Çoxmənalı sözdür.
B) Alınma sözdür.
C) Antonimi yoxdur.
D) Sinonimi "bildiriş" sözüdür.
E) Ümumişlək sözdür.
"Həq bilir, sözümə hiylə qatmazam"  cümləsinin növünü göstərin.
A) Mübtəda budaq cümləli tabeli mürəkkəb cümlə
B) Təktərkibli geniş cümlə
C) Tabesiz mürəkkəb cümlə
D) Cüttərkibli sadə geniş cümlə
E) Tamamlıq budaq cümləli tabeli mürəkkəb cümlə
Biri rəsmi sənədlərin dili üçün istisnadır:
A) fikrin hüquqi əsaslılığı
B) fikrin maksimum mükəmməlliyi və yığcamlığı
C) fikrin aydınlığı, birmənalılığı
D) fikrin emosionallığı və obrazlılığı
E) fikrin daha çox nitq şablonları və ya standart formalar üzrə qurulması
"Tez fikirləşən" feli birləşməsinin tərəfləri arasında hansı sintaktik əlaqə vardır?
A) idarə
B) yanaşma
C) tabesizlik
D) həm uzlaşma, həm idarə
E) uzlaşma
"O, bizim imtahanlarımızın nəticəsini maraqla izləyirdi"  cümləsindəki tamamlıq nə ilə ifadə olunmuşdur?
A) III növ təyini söz birləşməsi ilə
B) məsdər tərkibi ilə
C) II növ təyini söz birləşməsi ilə
D) I növ təyini söz birləşməsi ilə
E) isimlə
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top