Tapılan ümumi test sayı : 44

M.F.Axundzadənin "Hekayəti-müsyö Jordan həkimi - nəbatat və dərviş Məstəli şah caduküni - məşhur" əsərinin qəhrəmanı Şahbaz bəy haqqındakı fikirlərdən biri yanlışdır:
A) XIX əsr Azərbaycan ədəbiyyatında mütərəqqi ideyaların ifadəçisi olan gənc ziyalıların nümayəndəsidir.
B) Avamlar mühitində bir qığılcım kimi parlayan obrazdır.
C) Parisə getmək, fransız dilini öyrənmək arzusundadır.
D) Kənddə xəstəxana, məktəb açmaq, xalqı maarifləndirmək üçün mübarizə aparır.
E) Təhsilini artırmağa çalışan, böyük böyük arzularla yaşayan gəncdir.
Nəcəf bəy Vəzirovun "Müsibəti-Fəxrəddin" faciəsində Cahangir bəy qan intiqamı uğrunda gedən çarpışmalara niyə qoşulur?
A) Səadət xanıma qovuşmaqda Fəəxrəddini özünə başlıca mane bildirdi.
B) Rəşidin intiqamını almaq istəyir.
C) Rüstəm bəyə xoş gəlsin deyə bu işə gedir.
D) Onun Fəxəddinlə köhnədən ədavəti var idi.
E) Fəxrəddinin apardığı islahatları qəbul edə bilmirdi.
M.Füzulinin hansı əsərində musiqi alətləri alleqorik obrazlar kimi iştirak edir?
A) "Bəngü Badə"
B) "Ənisül-qəlb"
C) "Səhhət və Mərəz"
D) "Yeddi cam"
E) "Söhbətül-əsmar"
Vaqif (S.Vurğun. "Vaqif") Qazax mahalına - Vidadinin evinə nə üçün gəlmişdi?
A) Kəndlilərin vəziyyətini öyrənmək fikrində idi.
B) Daha sarayda xidmət etmək istəmədiyindən kəndə qayıtmışdı.
C) Kənd üçün, kənd adamları üçün darıxmışdı.
D) Vəzirlikdən çıxrıldığı üçün kəndə qayıtmışdı.
E) Vidadini oğlu Əli bəyin toyuna aparmaq istəyirdi.
M.Müşfiqin mətbuatda çap olunmuş son əsəri:
A) "Küləklər"
B) "Həyat sevgisi"
C) "Duyğu və yarpaqları"
D) "Bir gün"
E) "Gecə düşüncəsi"
Aşıq Ələsgərin "Görmədim" şeri ilə bağlı fikirlərdən biri yanlışdır:
A) Şer müxəmməs janrındadır.
B) İctimai-əxlaqi məzmunludur.
C) "Görmədim" sözü rədifdir.
D) Lirik qəhrəmanı öz aldanışları ağrıdır.
E) Şerdə vəfasız, namərd adamların mənəvi eybəcərlikləri təsvir olunur.
Aşağıdakı xüsusiyyətlər N.Gəncəvinin hansı qəhrəmanına aiddir?
Gözəl rəqqasə və musiqiçidir. Ağıllı və cəsarətli bir insandır. Ağlı və tədbiri ilə ən çətin vəziyyətlərdən çıxış yolu tapır. Hökmdara sübut edir ki, insan məşqlə, zəhmətlə ən çətin işlərin öhdəsindən gələ bilər.
A) Məhinbanu
B) Nüşabə
C) Nəkisa
D) Fitnə
E) Şəkər
Dodağın qönçədi, dişlərin sədəf,
Qaşların qüdrətdən qara, Bəyistan! 

Birinci misrada hansı bədii təsvir vasitəsi işlənmişdir?
A) simvol
B) metafora
C) epitet
D) metonimiya
E) təşbeh
Bunlardan biri beytlər şəklindədir:
A) müxəmməs
B) gəraylı
C) qitə
D) rübai
E) qoşma
Çırmanırıq keçməyə çay gəlməmiş,
Başlayırıq qızmağa yay gəlməmiş  - 

misraları M.Ə.Sabirin hansı satirasındandır?
A) "Bizə nə?"
B) "Əkinçi"
C) "Kim nə deyər bizdə olan qeyrətə?!"
D) "Satıram"
E) "Ürəfa marşı"
Cümlədə köməkçi nitq hissələrindən hansılar işlənmişdir?
Rauf onları lap evəcən ötürdü. 
A) ədat və modal söz
B) ədat və qoşma
C) ədat və bağlayıcı
D) bağlayıcı və modal söz
E) qoşma və bağlayıcı
"Professor Ağayev həzin bir adamdır"  cümləsində ədəbi dilin hansı norması pozulmuşdur?
A) həm fonetik, həm qrammatik
B) fonetik
C) həm leksik, həm qrammatik
D) qrammatik
E) leksik
Tərkibində yalnız qapalı saitlər işlənmiş, ahəng qanununa tabe olmayan əsl Azərbaycan sözlərini göstərin.
1. ilan              2. vücud                3. işıq                4. şüur                  5. vacib                  6. ildırım
A) 1, 6
B) 1, 2
C) 3, 6
D) 2, 5
E) 4, 5
Sifət hansı cümlədə isimləşmişdir?
A) O, əvvəlki əməllərinə görə xəcalət çəkirdi.
B) Gözəl görünər, çirkin bürünər.
C) Bu gözəl qız qoşunun  sərkərdəsi imiş.
D) Qənirə bugünkü libasda daha gözəl görünürdü.
E) Məmməd bəy dəmir dəbilqəni başından götürdü.
"Kamal" sözünün leksik təhlili ilə bağlı səhvi göstərin.
A) Alınma sözdür.
B) Avropa mənşəlidir.
C) Təkmənalıdır.
D) Sinonimi "yetkinlik" sözüdür.
E) Omonim kimi işlənə bilmir.
"Padşah əmr elədi, otağın bir tərəfinə pərdə çəksinlər"  cümləsi haqqındakı fikirlərdən yalnız biri doğrudur:
A) Mübtəda budaq cümləli tabeli mürəkkəb cümlədir.
B) Tabeli mürəkkəb cümlə deyil, sadə cümlədir.
C) Tamamlıq budaq cümləli tabeli mürəkkəb cümlədir.
D) Ardıcıllıq əlaqəli tabesiz mürəkkəb cümlədir
E) Təyin budaq cümləli tabeli mürəkkəb cümlədir.
Bir rəsmi-işgüzar üslub üçün əlamətdar deyil:
A) lüğət tərkibinin yığcamlığı
B) sintaksisinin məhdudluğu
C) fikrin olduqca yığcam ifadə olunması
D) arxaik leksikanın və sintaktik konsruksiyaların uzun müddət mühafizə oluna bilməsi
E) fərdi nitq ünsürlərinin, obrazlı söz və ifadələrin işlənməsi
"Qapını örtmək"  feli birləşməsinin tərəfləri arasında hansı sintaktik əlaqə vardır?
A) yanaşma
B) uzlaşma
C) həm uzlaşma, həm yanaşma
D) tabesizlik
E) idarə
Hansı cümlənin həm mübtədası həm, həm də xəbəri III növ təyini söz birləşməsiilə ifadə olunmuşdur?
A) Qurbaninin fikri özgə yerdə idi.
B) Nəvainin hədiyyəsi onu heyran etmişdir.
C) İsmayılın istək və arzuları bitib-tükənmirdi.
D) Dünənki atlılar yolda qalacaq.
E) Kəmaləddin Behzadın fırçası ilahinin vergisidir.
İltisaqi dillər üçün əsasdır:
A) şəkilçilərin söz sonuna artırılması
B) ön şəkilçilərin işlənməsi
C) ahəng qanununun olmaması
D) sözə əvvəl qrammatik, sonra leksik şəkilçilərin artırılması
E) söz kökünün daxildən dəyişməsi
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top