Tapılan ümumi test sayı : 44

"Qılınc yarası sağalar, ancaq söz yarası sağalmaz"  cümləsinin morfoloji təhlilindəki səhvi göstərin.
A) qılınc - sadə isimdir, adlıq haldadır
B) sağalar - sifətdən düzəlmiş feldir, xəbər şəklinin qeyri-qəti gələcək zamandadır
C) yarası - isimdir, mənsubiyyət şəkilçisi qəbul etmişdir
D) söz - sadə isimdir, yiyəlik hadadır
E) ancaq - qarşılaşdırma bağlayıcısıdır
Nəcəf bəy Vəzirovun "Müsibəti-Fəxrəddin" faciəsindəki Rüstəm bəy surəti haqqındakı fikirlərdən biri yanlışdır:
A) Əsərin sonunda öz əməllərindən peşman olur.
B) Qəddar, amansız və intiqamçı bir bəydir.
C) Oğlu Rəşidin intiqamı yolunda hər şeyə razı olur.
D) Öz övladını dərin məhəbbətlə sevən atadır.
E) Oxumağın, maarifin qəddar düşmənidir.
M.F.Axundzadənin "Aldanmış kəvakib" povestində əks qütblərdə dayanan obrazlar:
A) Şah Abbas, Axund Səməd
B) Sərdar Zaman xan, Mirzə Sədrəddin
C) Mirzə Möhsün, Mirzə Yəhya
D) Axund Səməd, Mövlana Cəmaləddin
E) Şah Abbas, Yusif Sərrac
M.Füzulinin "Padişahi-mülk" əsəri ilə bağlı fikirlərdən biri səhvdir:
A) Qitədə hökmdar və şair surətləri qarşılaşdırılır.
B) Şairin ictimai məzmunlu məşhur qitəsidir.
C) Əsərdə işğalçı müharibələrə nifrət hissi aşılanır.
D) Əsərin sonunda şair adını çəkir və padşahdan kömək ummaq fikrinə düşdüyü üçün peşmançılığını bildirir.
E) Əsərdən  çıxan nəticə budur ki, padşahın hakimiyyəti müvəqqəti, şairin sənəti isə əbədidir.
R.Rza şerlərinin birində  "O kəs ki torpağa, xalqa bağlıdır, kökü xalq mənəviyyatının dərinliklərindəndir, onu əymək olmaz" qənaətinə gəlir:
A) "Vətən"
B) "Bu gün"
C) "Pəncərəmə düşən işıq"
D) "Rənglər"
E) "Çinar"
"Laçın yuvası", "Çərxi-fələk", "Şeytan", "Eşq və intiqam"  adlı pyeslərin və  "Qorxulu nağıllar"  silsiləsi adlı hekayələrin müəllifi:
A) Ə.Haqverdiyev
B) C.Məmmədquluzadə
C) S.S.Axundov
D) C.Cabbarlı
E) A.Şaiq
"Kitabi-Dədə Qorqud"da təsvir edilən Bayandır xan haqqında verilmiş fikirlərdən biri yanlışdır:
A) Heç bir boyda Bayandır xanla bağlı əhvalat yoxdur.
B) Bayandır xan döyüşlərdə oğuzlara başçılıq edir və düşmənlə döyüşürdü.
C) Qəhrəmanlıq göstərən bəylər onun igidləri sayılır və yanına gəlmək hüququ qazanırdılar.
D) Oğuz elinin başçısıdır.
E) Oğuz elinin böyükləri onun çadırına toplaşaraq məsləhət alırdılar.
Dil ilə dərvişlik olmaz,
Halı gərək yol əhlinin,
Balı gərək yol əhlinin
.
İlk bəndi nümunə gətirilən bu şerin müəllifini və janrını müəyyənləşdirin.
A) Zakir, gəraylı
B) Vaqif, qoşma
C) Xətayi, qoşma
D) Xətayi, gəraylı
E) Aşıq Ələsgər, gəraylı
Nümunədə işlənmiş məcazın növünü müəyyənləşdirin.
Gül bənizli, şahin baxışlı yarın
Könlünə saçdığı yeni ilham var. 
(H.Cavid)
A) təşbeh
B) təzad
C) metonimiya
D) epitet
E) mübaliğə
Qəsidənin sırf dini məzmun daşıyan növləri:
A) nət, fəxriyyə
B) minacat, mədhiyyə
C) minacat, nət
D) nət, mədhiyyə
E) minacat, fəxriyyə
M.Hadinin şeri hansıdır?
A) "Türkün nəğməsi"
B) "Ana"
C) "Göy göl"
D) "Azərbaycan"
E) "Nə işim var?"
"Anam və mən "Şah İsmayıl" operasına tamaşa etdim" cümləsində ədəbi dilin hansı norması pozulmuşdur?
A) orfoepik
B) leksik və qrammatik
C) qrammatik
D) orfoqrafik
E) leksik
"Bu işin öhdəsindən ancaq sən gələ bilərsən, Abbasqulu bəy"  cümləsindəki ədatın məna növünü göstərin:
A) qüvvətləndirici
B) məhdudlaşdırıcı
C) əmr
D) arzu
E) dəqiqləşdirici
Hansı cərgədəki sözlər yalnız kar qarşılığı olmayan cingiltili samitlərdən ibarətdir?
A) söndürülmək, narahatlıq
B) səməni, müsəlman
C) gülləbaran, Nargilə
D) namərdlik, varlanma
E) minarə, normal
Hansı əvəzliklər həm sifətin, həm də zərfin yerində işlənə bilər?
1. o                     2. bu               3. elə
4. belə                5. həmin
A) 1, 5
B) 3, 4
C) 2, 3
D) 1, 2
E) 4, 5
"Elan" sözünün leksik təhlili ilə bağlı fikirlərdən biri yanlışdır:
A) Çoxmənalı sözdür.
B) Antonimi yoxdur.
C) Alınma sözdür.
D) Sinonimi "bildiriş" sözüdür.
E) Ümumişlək sözdür.
"Həq bilir, sözümə hiylə qatmazam"  cümləsinin növünü göstərin.
A) Cüttərkibli sadə geniş cümlə
B) Təktərkibli geniş cümlə
C) Tamamlıq budaq cümləli tabeli mürəkkəb cümlə
D) Tabesiz mürəkkəb cümlə
E) Mübtəda budaq cümləli tabeli mürəkkəb cümlə
Biri rəsmi sənədlərin dili üçün istisnadır:
A) fikrin aydınlığı, birmənalılığı
B) fikrin emosionallığı və obrazlılığı
C) fikrin hüquqi əsaslılığı
D) fikrin maksimum mükəmməlliyi və yığcamlığı
E) fikrin daha çox nitq şablonları və ya standart formalar üzrə qurulması
"Tez fikirləşən" feli birləşməsinin tərəfləri arasında hansı sintaktik əlaqə vardır?
A) yanaşma
B) tabesizlik
C) həm uzlaşma, həm idarə
D) uzlaşma
E) idarə
"O, bizim imtahanlarımızın nəticəsini maraqla izləyirdi"  cümləsindəki tamamlıq nə ilə ifadə olunmuşdur?
A) II növ təyini söz birləşməsi ilə
B) I növ təyini söz birləşməsi ilə
C) isimlə
D) III növ təyini söz birləşməsi ilə
E) məsdər tərkibi ilə
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top