Tapılan ümumi test sayı : 44

Azərbaycan dili hansı xüsusiyyətinə görə iltisaqi dillərə daxildir?
A) Morfoloji quruluşuna görə
B) Lüğət tərkibinin zənginliyinə görə
C) Türk dilləri ilə qohumluğuna görə
D) Alınma sözlərin azalığına görə
E) Cümlədəki sözlərin sırasına görə
"Mənim uşaqlıq illərim kənddə keçibdir" cümləsinin morfoloji təhlilindəki səhvi göstərin.
A) illərim - sadə isimdir, cəm və mənsubiyyət şəkilçiləri qəbul etmişdir
B) keçibdir - feldir, nəqli keçmiş zamandadır
C) uşaqlıq - düzəltmə isimdir, yiyəlik haldadır
D) mənim - şəxs əvəzliyidir, yiyəlik haldadır
E) kənddə - yer zərfidir, quruluşca sadədir
Hansı cümlədə fel icbar növdə deyil?
A) Otağı bəzətdim.
B) Otağı təmizlətdim.
C) Ana məktubu oxutdu.
D) Onu kiməsə oxşatdım.
E) Yükləri daşıtdım.
"Susmaq" sözünün fonetik təhlilindəki səhvləri göstərin:
1) 6 səs, 6 hərfdən ibarətdir.
2) Sözün yazılışı ilə deyilişi fərqlənmir.
3) İki cingiltili, iki kar samit vardır.
4) [u] - qalın, qapalı, dodaqlanan saitdir.
5) [q] - cingiltili samitdir, kar qarşılığı [x] - dır.
A) 1, 3, 4
B) 2, 3, 4
C) 4, 5
D) 1, 2
E) 2, 3, 5
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top