Tapılan ümumi test sayı : 1487


Bu yol nişanı Sizi tunelə yaxınlaşma haqqında xəbərdar edir və bildirir ki:

A) Qarşıdan gələn nəqliyyat vasitəsi ilə qarşılıqlı keçid çətinləşəcək.
B) Hərəkət növbəliyi svetoforla nizamlanır.
C) Süni işıqlandırma yoxdur.

Torpaq örtüklü yola dönməyə icazə verilir?

A) Bəli.
B) Xeyr.

Bu yol nişanları Sizi xəbərdar edir ki:

A) Dayanma ancaq yolun hərəkət hissəsində icazə verilir.
B) Nəqliyyat vasitələrinin yol qırağında dayanması qadağandır.
C) Yolda təmir işlərinin aparılması ilə əlaqədar olaraq yolun kənarına çıxmaq təhlükəlidir.

Bu nişan Sizi xəbərdar edir:

A) Yolun yaş və çirkli sahəsinə yaxınlaşma haqqında.
B) Təkərlərin altından çınqıl sıçrayışının mümkün olacağı sahəyə yaxınlaşma haqqında.
C) Sürüşkən yerə yaxınlaşma haqqında.

Bu yol nişanı:

A) Tramvay xətti ilə kəsişən yerin bilavasitə qarşısında dayanmağı tələb edir.
B) Tramvay xətti ilə kəsişmə yerinə yaxınlaşma haqqında xəbərdar edir.
C) Tramvay dayanacağı olan yerə yaxınlaşma haqqında xəbərdar edir.
Hansı hallarda sürücü avtomobili (motosikleti) polis işçilərinin sərəncamına verməlidir?
A) Təxirəsalınmaz xidməti tapşırıqların yerinə yetirilməsi üçün.
B) Bütün hallarda.
C) Heç bir halda verməməlidir.
Hərəkət hissəsində zolaqların sayı necə təyin olunmalıdır?
A) Nişanlanma xətləri və ya nişanlarla, bunlar olmadıqda, sürücü özü təyin etməlidir.
B) Ancaq müvafiq nişanlarla.
C) Ancaq nişanlanma xətləri ilə.
Siz sahibi olduğunuz icazə verilən maksimum kütləsi 3,5 t-dan artıq olan yük avtomobilini özünüz yanında olmaqla digər şəxsə idarə etmək üçün verə bilərsiniz?
A) Bəli, əgər bu şəxsdə nəqliyyat vasitələrini idarə etmək üçün "C" kateqoriyalı sürücülük vəsiqəsi vardırsa.
B) Bəli, əgər bu şəxsdə nəqliyyat vasitələrini idarə etmək üçün "B" kateqoriyalı sürücülük vəsiqəsi vardırsa.
C) Xeyr.
Yol-nəqliyyat hadisəsi törətmiş sürücü, ilk növbədə, nə etməlidir?
A) Baş verən yol-nəqliyyat hadisəsi barəsində polisə xəbər verməlidir.
B) Dayanmalıdır, qəza dayanma işığını qoşmalıdır və qəza dayanma nişanını quraşdırmalıdır.
C) Hərəkət hissəsini boşaltmalıdır.
Sürücülük vəsiqəsində hansı kateqoriyanın olması kifayətdir ki, sürücü minik avtomobilini icazə verilən maksimum kütləsi 750 kq qədər olan qoşqu ilə idarə etsin?
A) "C" kateqoriyası.
B) "B" və "E" kateqoriyaları.
C) "B" kateqoriyası.
Sürücü polis əməkdaşının tələbi ilə təcili tibbi yardıma ehtiyacı olan şəxsləri yaxında olan xəstəxanalara aparmaq üçün öz nəqliyyat vasitəsini təqdim etməyə borcludur?
A) Bəli, ancaq eyni səmtə getdiyi zaman.
B) Bəli, hərəkət istiqamətindən asılı olmayaraq.
C) Borclu deyil.
Minik avtomobilinin sürücüsünə yolda hərəkətdə olan mütəşəkkil avtomobil dəstəsində yer tutmağa icazə verilir?
A) Qadağandır.
B) İcazə verilir, əgər mütəşəkkil avtomobil dəstəsində sürət saatda 30 kilometrdən azdırsa.
C) İcazə verilir, əgər yolda cəmi üç hərəkət zolağı vardırsa.
Yaşayış məntəqəsində hərəkət zamanı kimlərə təhlükəsizlik kəmərini bağlamamağa icazə verilir?
A) Taksidəki sərnişinlərə.
B) Minik avtomobilinin arxa oturacağında oturan sərnişinlərə.
C) Operativ nəqliyyat vasitəsi sürücülərinə və sərnişinlərinə.
D) Əlil sürücülərə.
E) Bütün sadalanan şəxslərə.
Sürücüyə hərəkət vaxtı telefonla danışmağa icazə verilir?
A) Qadağandır.
B) Yalnız danışıqları əllərin istifadəsi olmadan aparmağı icazə verən texniki vasitələrin istifadəsi ilə mümkündür (icazə verilir).
C) İcazə verilir.
Siz sahibi olduğunuz minik avtomobilini özünüz yanında olmaqla digər şəxsə idarə etmək üçün verə bilərsiniz?
A) Xeyr.
B) Bəli, əgər bu şəxsdə "B" kateqoriyalı nəqliyyat vasitələrini idarə etmək üçün sürücülük vəsiqəsi vardırsa.
C) Bəli, əgər bu şəxsdə "C" kateqoriyalı nəqliyyat vasitələrini idarə etmək üçün sürücülük vəsiqəsi vardırsa.
"C" kateqoriyalı sürücülük vəsiqəsl hansı nəqliyyat vasitələrini idarə etməyə icazə verir?
A) Ancaq icazə verilən maksimum kütləsi 3,5 t-dan artıq olan yük avtomobillərini.
B) İstənilən yük avtomobilini.
C) İstənilən avtomobili.
Sürücüdə hansı kateqoriyalı sürücülük vəsiqəsi olmalıdır ki, o, icazə verilən maksimum kütləsi 3,5 t-dan artıq olan yük avtomobilini icazə verilən maksimum kütləsi 750 kq-dan artıq olan qoşqu ilə idarə etsin?
A) "C" və "D" kateqoriyalı.
B) "C" və "E" kateqoriyalı.
C) "C" kateqoriyalı.
Əgər yol-nəqliyyat hadisəsi (YNH) nəticesində heç kim xəsarət almamışdırsa, sürücülər hadisəni sənədləşdirmək üçün yaxınlıqda olan DYP-ə gələ bilərlər?
A) Bəli, əgər YNH-ini törədənlər bu şəraiti qiymətləndirmədə razılığa gəliblərsə, hadisənin sxemini tərtib edib imzalayıblarsa.
B) Xeyr.
C) Bəli.
Hansı nəqliyyat vasitələrinin sürücüləri və sərnişinləri hərəkət vaxtı təhlükəsizlik kəmərlərini bağlamalıdırlar?
A) Ancaq minik avtomobillərinin.
B) Təhlükəsizlik kəmərləri ilə təchiz olunan bütün nəqliyyat vasitələrinin.
C) Bütün avtomobillərin.
Yük avtomobilinin bort platformasında hərəkət edən sərnişinlərə ayaq üstə durmağa, bortun və ya bortdan yuxarı səviyyədə olan yükün üzərində oturmağa icazə verilir?
A) İcazə verilir, ancaq yükü müşayiət edən şəxslərə.
B) Qadağandır.
C) İcazə verilir, əgər yük avtomobilnin sürəti saatda 30 kilometrdən azdırsa.
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top