Tapılan ümumi test sayı : 154

Azərbaycan Respublikasının şimal sərhədləri hansı təbii obyektlərdən keçir? 1. Kür çayından 2. Yan silsilədən 3. Baş Qafqaz silsiləsindən 4. Qusarçaydan 5. Sudur silsiləsindən 6. Samur çayından
A) 1, 3, 6
B) 2, 3, 4
C) 3, 5, 6
D) 1, 2, 3
E) 4, 5, 6
Xəzər dənizindən Dünya okeanına çıxmaq üçün hansı kanallardan istifadə etmək lazımdır?
A) Volqa-Don, Volqa-Baltik
B) Baltik-Ağdəniz, Süveyş
C) Süveyş, Yuxarı Qarabağ
D) Samur-Abşeron, Yuxarı Şirvan
E) Qaraqum, Kil
Dağ-tundra iqliminin olmadığı tektonik zonalar:
A) Böyük Qafqaz qalxması
B) Talış dağları qalxması
C) Kiçik Qafqaz qalxması
D) Böyük və Kiçik Qafqaz qalxması
E) Kür sinklinoriumu
Bunlardan hansılar düzənlik landşaftına aiddir?
A) Dağ-çəmən, meşə-çəmən
B) Subnival, yarımsəhra
C) Dağ-çöl, intrazonal
D) İntrazonal, nival
E) Yarmısəhra, quru çöl
Atlantik okeanına aid olan dəniz və boğaz:
A) Aralıq və Cəbəlüttariq
B) Meksika və Torres
C) Azov və Zond
D) Baltik və Hörmüz
E) Qara və Malakka
Hansı təbii zonanın bitki və heyvanlar aləmi daha kasıbdır və bunun səbəbi:
A) ekvatorial meşələrin, istiliyin çox, yağıntının az olması
B) çöllərin, istilik və rütubətin bərabər olması
C) yarımsəhraların, istiliyin çox, yağıntının isə az olması
D) savannaların, istilik və rütubətin çox olması
E) tundra, istiliyin və rütubətin az olması
Avstraliya və Şimali Amerikada mövcud olmayan təbii zona:
A) Çöllər
B) Savanna və seyrək meşələr
C) Yarımsəhralar
D) Ekvatorial meşələr
E) Tundra
Nə üçün Avstraliyada qoyunçuluq geniş inkişaf etmişdir?
A) Ərazisinin böyüklüyünə görə
B) Təbii otlaq və quru iqlim şəraitinə görə
C) Rütubətləmə əmsalının 1-dən böyük olmasına görə
D) Yırtıcı heyvanların azlığına görə
E) Coğrafi mövqeyinə görə
Ərəbistan dənizi və Böyük Avstraliya körfəzinin yerlərini müəyyən edin:                
A) 6, 10
B) 7, 9
C) 2, 8
D) 3, 5
E) 1, 4
İzobar nədir?
A) Təzyiqi eyni olan nöqtələri birləşdirən xətlər
B) Hündürlüyü eyni olan nöqtələri birləşdirən xətlər
C) Eyni hündürlüyə malik olan nöqtələri birləşdirən xətlər
D) Temperaturu eyni olan nöqtələri birləşdirən xətlər
E) Dərinliyi eyni olan nöqtələri birləşdirən xətlər
Hansı dənizə daxili dəniz deyilir?
A) Materiklərin kənarında yerləşən dənizlər
B) Materiklərin daxilində yerləşən dənizlər
C) Yarımadaların sahilində yerləşən dənizlər
D) Okeanın daxilində yerləşən dənizlər
E) Adaların içərisində yerləşən dənizlər
Buz zonasının heyvanları:
A) ağ ayı, suiti, morj, pinqivin
B) maral, müşk öküzü, kenquru
C) maral, qütb tülküsü, canavar
D) ağ ayı, qonur ayı, vaşaq
E) suiti, sincab, dələ, ayı
Azərbaycan Respublikasının hansı şəhərində rəsədxana yerləşir?
A) Lənkəran
B) Mingəçevir
C) Gəncə
D) Şamaxı
E) Sumqayıt
Sahəsinə görə ən böyük körfəz:
A) İran
B) Biskay
C) Ədən
D) Meksika
E) Benqal
Yerin kiçildilmiş modeli necə adlanır?
A) Qlobus
B) Plan
C) Xəritə
D) Mənzərə
E) Proyeksiya
Lələkli buludlarda su hansı haldadır?
A) Şeh halında
B) Maye halında
C) Maye və buxar halında
D) Buz halında
E) Buxar halında
Atmosferdə ən çox hansı qaz yayılmışdır?
A) Hidrogen
B) Arqon
C) Karbon
D) Oksigen
E) Azot
Mineral sular adi sudan necə fərqlənir?
A) Tərkibində çoxlu həll olmuş duz və mineral olur
B) Minearl su sarı rəngdə olur
C) Mineral su təmiz olmur
D) Mineral su təmiz olur
E) Tərkbində çoxlu yod olur
Bu sözlərdən dördü bir-birinə mənaca yaxındır. Bir söz isə mənaca bura daxil deyil. Bu sözü tapın.
A) Bulaq
B) Oksigen
C) Göl
D) Çay
E) Buzlaq
Günəş nədir?
A) Ulduz
B) Planet
C) Peyk
D) Meteorit
E) Asteroid
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top