Tapılan ümumi test sayı : 154

Federativ monarxiya quruluşlu ölkə hansıdır?
A) Suriya
B) Malayziya
C) Küveyt
D) Sudan
E) İraq
Şimali Qafqazda yerləşən türk dövlət qurumları:
A) Kabarda-Balkarıstan və Qaraçay-Çərkəz
B) Dağıstan və Tatarıstan
C) Kabarda-Balkarıstan və Dağıstan
D) Krım və Şimali Osetiya
E) Qaraçay-Çərkəz və Çeçenistan
2 şəhər arasında 6 saat 48 dəq. zaman fərqi varsa, bunlar arasında coğrafi uzunluq fərqi neçə dərəcədir?
A) 170
B) 130
C) 150
D) 102
E) 180
Şimali Amerikada subtropik qurşaq daxilində müvafiq olaraq qərbdən şərqə doğru hansı iqlim tipləri vardır?
A) Musson, səhra, kontinental
B) Yayda quru iqlim, musson, kontinental
C) Aralıq dənizi, kontinental, musson
D) Kontinental, musson, yarımsəhra
E) Qışda rütubətli iqlim, musson, kontinental
Qar xəttindən yuxarıda yerləşən təbii landşaftlar:
A) subalp, alp
B) dağ-çöl
C) dağ meşə
D) dağ çəmən
E) nival
Dünya okeanında sərbəst hərəkət edə bilməyən canlılar necə adlanır?
A) abissal
B) plankton
C) litoral
D) nekton
E) bentos
Sosialist sisteminin əsas əlaməti və bu sistemə aid olan ölkə :
A) Dəmiryol nəqliyyatınin bütün sistemi qonşu ölkələr tərəfindən idarə olunur; Polşa
B) Kənd təsərrüfatının intensiv inkişafı var; Əfqanıstan
C) Xüsusi şirkətlərin idarə olunması sistemi var; Peru
D) Təsərrüfatın bütün strukturları dövlətə məxsusdur; Kuba
E) Sənayenin inkişafı xarici şirkətlər tərəfindən idarə olunur; İran
317 azimutla hətəkət edən səyyah hansı azimutla geri qayıtmalıdır?
A) 43
B) 137
C) 297
D) 47
E) 227
İnkişaf etmiş ölkələr (İEÖ) ilə inkişaf etməkdə olan ölkələrin (İEOÖ) demoqrafik siyasətindəki fərqlər:
A) İEÖ-lərdə əhalinin mexaniki artımının, İEOÖ-lərdə isə təbii artımın stimullaşdırılması
B) Çox ciddi fərqlər müşahidə edilmir
C) hər iki qrupda əhalinin təbii artımının məhdudlaşdırılması
D) İEÖ-lərdə əhalinin sayının məhdudlaşdırılması, İEOÖ-lərdə kənd əhalisinin artırılması
E) İEÖ-lərdə əhalinin təbii artımının yüksəldilməsi, İEOÖ-lərdə isə məhdudlaşdırılması
İnteqrasiya nədir və sahəvi inteqrasiyaya aid olan təşkilat hansıdır?
A) Kapitalın regional idxal olunması; NAFTA
B) Verginin sahəvi və regional istiqamətdə alınması; İKT
C) Ölkələrdən yardım alınması; Aİ
D) Kapitalın sahəvi ixrac olunması; LAİS
E) Ölkələrin sahəvi və regional qruplaşdırılması; OPEK
Konstitutsiyalı monarxiya ölkələri:
A) Böyük Britaniya, Niderland, Yaponiya
B) Türkiyə, İran, Suriya
C) Hindistan, Küveyt, Pakistan
D) İndoneziya, Vyetnam, Əfqanıstan
E) Yaponiya, Koreya, Monqolustan
Xəzər dənizinə birbaşa çıxışı olmayan türk dövlətləri: 1. Türkiyə 2. Əfqanıstan 3.Tacikistan 4. Özbəkistan 5. Qırğızıstan  6.Türkmənistan
A) 1, 2, 5
B) 2, 3, 4
C) 2, 4, 6
D) 1 ,4, 5
E) 2, 5, 6
Azərbaycanda rütubətlənmə əmsalının vahid və vahiddən böyük olduğu ərazilərdə formalaşan torpaq tipləri:
A) boz-çəmən, qəhvəyi-meşə, şabalıdı
B) qonur-meşə, şabalıdı, şoran
C) dağ-meşə, dağ-çəmən, sarı
D) boz-qonur, sarı, dağ-qara
E) dağ-qara, boz, qonur-meşə
Azərbaycanın hansı ərazilərində düz günəş radiasiyasının kəmiyyəti daha çoxdur və bunun səbəbi:
A) Naxçıvanda, buludluluğun çox az olması
B) Lənkəranda, buludluluğun çox olması
C) Abşeron və Qobustanda, güclü küləklər
D) Kür-Araz ovalığında, səpələnən radiasiyanın yüksək göstəricisi
E) Yüksək və orta dağlıq ərazilərdə, əks olunan radiasiyanın yüksək göstəricisi
Rusiya ilə sərhəddə yerləşən zirvə hansıdır və burada daimi qarın olmasının səbəbi:
A) Dəlidağ; az yağıntının olması
B) Qızyurdu; qar xəttinin yuxarıdan keçməsi
C) Bazardüzü; qar xəttinin 4000m-dən keçməsi
D) Qapıcıq; çox yağıntı olması
E) Kəpəz; çox soyuq iqlim şəraiti
Azərbaycanda zebunun saxlanıldığı iqtisadi rayon:
A) Abşeron
B) Gəncə-Qazax
C) Lənkəran-Astara
D) Şəki-Zaqatala
E) Aran
Lənkəran ovalığı üçün xarakterik olan torpaq tipi:
A) boz-qonur
B) boz-çəmən
C) açıq şabalıdı
D) torflu dağ-çəmən
E) sarı torpaq
Mussonlar nədir?
A) Sutka ərzində bir istiqamətdə əsən küləklər
B) Daimi küləklər
C) 30 enliklərdən ekvatora doğru əsən küləklər
D) Gündüz dənizdən quruya əsən küləklər
E) İldə istiqamətini iki dəfə dəyişən küləklər
Ekoloji cəhətdən ən təmiz şəhər hansıdır?
A) Vaşinqton
B) Moskva
C) Bakı
D) Tehran
E) Reykyavik
Şərq yarımkürəsinin dənizlərini birləşdirən boğazlar: 1. Cəbəlüttariq 2. Kerç 3. Tatar 4.Berinq 5. Torres 6. Dreyk
A) 1, 3, 5
B) 2, 3, 5
C) 4, 5, 6
D) 1, 2, 3
E) 1, 4, 6
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top