Tapılan ümumi test sayı : 154

XIX saat qurşağının orta meridianından 5 dərəcə qərbdə yerləşən A məntəqəsi ilə Bakı şəhəri arasındakı yerli vaxt fərqini müəyyən edin:
A) 7 saat 10 dəqiqə
B) 8 saat, 40 dəqiqə
C) 4 saat 27 dəqiqə
D) 2 saat 34 dəqiqə
E) 3 saat 40 dəqiqə
Türk xalqlarından hansılar xristian dininə mənsubdur?
A) kabardinlər
B) çuvaşlar
C) çərkəzlər
D) başqırdlar
E) yakutlar
Kap və Pont dağlarının yerləşdiyi müvafiq ölkələr:
A) Misir, Moldova
B) Konqo, Rusiya
C) CAR, İtaliya
D) CAR, Türkiyə
E) Anqola, Avstraliya
Əhalisinin bir hissəsinin ənənəvi olaraq buddizmə sitayiş etdiyi türk dövlət qurumu:
A) Kabarda-Balkarıstan
B) Çuvaş
C) Sintszyan-Uyğur
D) Başqırdıstan
E) Qazaxıstan
Türkiyə iqtisadiyyatında yüngül sənayenin aparıcı rol oynamasının səbəbi:
A) yüksək səviyyəli milli texnikanın geniş tətbiqi
B) kənd təsərrüfatının böyük tələbatı
C) gətirmə xammala əsaslanması və böyük yerli təlabat
D) xammal və əmək ehtiyatları ilə yaxşı təminatı
E) miqrasiyanın üstünlüyü
Təyyarə 4000 m mütləq hündürlükdən uçur. Bu hündürlükdəki atmosfer təzyiqini tapın.
A) 160 mm c.s
B) 260 mm c.s.
C) 360 mm c.s
D) 500 mm c.s
E) 600 mm c.s
Yaz gecə-gündüz bərabərliyi zamanı günorta vaxtı günəş şüalarının şimal yarım kürəsinə 70 və cənub yarımkürəsinə 40 bucaq altında düşdüyü enliklər arasında dərəcə fərqi:
A) 50
B) 110
C) 30
D) 70
E) 40
Arid-denudasion relyef formalarının geniş yayıldığı təbii zona:
A) səhra və yarımsəhra
B) tundra
C) qarışıqmeşələr
D) tayqa
E) meşə-tundra
Böyük Qafqaz dağlarına aid olan əsas xüsusiyyətlər: 1. torpaq, bitki və heyvanat aləminin hündürlük qurşaqlığı üzrə dəyişməsi 2. hertsin dağəmələgəlmə mərhələsində yaranması 3. respublikamıza daxil olan hava kütlələrinin qarşısını kəsməsi 4. əsasən Alp qırışığı mərhələsində formalaşması 5. maqmatik süxurların geniş yayılması
A) 2, 4, 5
B) 1, 2, 5
C) 1, 3, 4
D) 2, 3, 4
E) 1, 2, 3
Peru çökəkliyi (çuxuru) hansı okeanda yerləşir?
A) Sakit
B) Hind
C) Atlantik
D) Şimal Buzlu okean
E) Cənub okeanı
Balıq və digər dəniz məhsullarını marikultur təsərrüfatlarda yetişdirən ölkələr
A) Yaponiya, Fransa
B) Yaponiya, Monqolustan
C) Fransa, Əfqanıstan
D) Almaniya, Avstriya
E) Əlcəzair, Macarıstan
Sahilləri daha çox dəniz suları ilə yuyulan yarımadalar: 1. Skandinaviya 2. Mangistau 3. Kiçik Asiya 4. Labrador 5. Appenin 6. Priney
A) 1, 3, 4
B) 1, 4, 5
C) 2, 4, 5
D) 1, 3, 5
E) 1, 2, 6
Yaşlı əhalinin nisbətən çox olduğu ölkələr qrupu:
A) Meksika, Misir, Vyetnam
B) Braziliya, Nigeriya, Çin
C) Norveç, İsveç, İsveçrə
D) Hindistan, Konqo, Çili
E) CAR, Uruqvay, İran
Unitar dövlət nədir?
A) respublika idarə etmə formasına malik olan dövlət
B) güclü hərbi texnikaya malik olan dövlət
C) güclü inkişaf səviyyəsinə malik olan dövlət
D) vahid konstitusiya, vahid qanunverici və icraedici hakimiyyətə malik olan dövlət
E) inzibati ərazi bölgələrinin xüsusi konstitusiyası, qanunverici və icraedici orqanları olan dövlət
Cənubi Avropanın beynəlxalq turizm mərkəzinə çevrilməsinin əsas səbəbi:
A) Qədim şəhərlər və mədəniyyət abidələri
B) Quru iqlim şəraiti
C) Düzənlik relyefin üstünlüyü
D) Əhalinin çox sıx yerləşməsi
E) Yanacaq ehtiyatının bolluğu
Avstraliyada dağınıq kənd yaşayış formasının üstünlüyünün səbəbi:
A) Kanberranın ölkənin şimalında yerləşməsi
B) Əhalinin sıxlığının çox aşağı olması
C) Əhalinin qərbdə daha da çox məskunlaşması
D) Cavan dağların hər tərəfdə yayılması
E) Aborigenlərin hər yerdə yaşaması
Landşaftların azonallığı müşahidə olunur:
A) Böyük Qafqaz dağlarında
B) Muğan düzündə
C) Kür-Araz ovalığında
D) Abşeron yarımadasında
E) Talış dağlarında
Qobustan, Ceyrançöl-Acınohur və Naxçıvanın Arazboyu əraziləri üçün səciyyəvi relyef formaları:
A) Vulkanik
B) Arid-denudasion
C) Buzlaq
D) Allüvial düzənliklər
E) Akkumulyativ
Azərbaycanın daha az rütubətliliyə malik olan əraziləri:
A) Lənkəran ovalığı, Arazboyu düzənliklər, Naxçıvanın dağları
B) Böyük Qafqazın alçaq dağlığı, Lənkəran ovalığı, Samur-Dəvəçi ovalığı
C) Kür-Araz ovalığı, Arazboyu düzənliklər, AbşeronQobustan
D) Abşeron, Kiçik Qafqazın yüksək dağlığı, Talış dağlarının ətəkləri
E) Böyük və Kiçik Qafqazın yüksək və orta dağlığı, Lənkəran ovalığı
Şimali Xəzərdə suyun duzluluğunun az olması əlaqədardır:
A) Yağıntının 2000 mm-dən az olması ilə
B) Dərinliyin çox az olması ilə
C) Volqa çayının tökülməsi ilə
D) Xəzəryanı ovalıqda rütubətlənmə əmsalının 1-dən çox olması ilə
E) Buxarlanma qabiliyyətinin buxarlanmadan çox olması ilə
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top