Tapılan ümumi test sayı : 154

Azərbaycan Respublikasının şimal sərhədləri hansı təbii obyektlərdən keçir? 1. Kür çayından 2. Yan silsilədən 3. Baş Qafqaz silsiləsindən 4. Qusarçaydan 5. Sudur silsiləsindən 6. Samur çayından
A) 1, 2, 3
B) 3, 5, 6
C) 1, 3, 6
D) 4, 5, 6
E) 2, 3, 4
Xəzər dənizindən Dünya okeanına çıxmaq üçün hansı kanallardan istifadə etmək lazımdır?
A) Volqa-Don, Volqa-Baltik
B) Qaraqum, Kil
C) Süveyş, Yuxarı Qarabağ
D) Samur-Abşeron, Yuxarı Şirvan
E) Baltik-Ağdəniz, Süveyş
Dağ-tundra iqliminin olmadığı tektonik zonalar:
A) Böyük Qafqaz qalxması
B) Kiçik Qafqaz qalxması
C) Kür sinklinoriumu
D) Böyük və Kiçik Qafqaz qalxması
E) Talış dağları qalxması
Bunlardan hansılar düzənlik landşaftına aiddir?
A) İntrazonal, nival
B) Dağ-çəmən, meşə-çəmən
C) Dağ-çöl, intrazonal
D) Yarmısəhra, quru çöl
E) Subnival, yarımsəhra
Atlantik okeanına aid olan dəniz və boğaz:
A) Baltik və Hörmüz
B) Azov və Zond
C) Aralıq və Cəbəlüttariq
D) Meksika və Torres
E) Qara və Malakka
Hansı təbii zonanın bitki və heyvanlar aləmi daha kasıbdır və bunun səbəbi:
A) çöllərin, istilik və rütubətin bərabər olması
B) ekvatorial meşələrin, istiliyin çox, yağıntının az olması
C) tundra, istiliyin və rütubətin az olması
D) yarımsəhraların, istiliyin çox, yağıntının isə az olması
E) savannaların, istilik və rütubətin çox olması
Avstraliya və Şimali Amerikada mövcud olmayan təbii zona:
A) Yarımsəhralar
B) Savanna və seyrək meşələr
C) Çöllər
D) Ekvatorial meşələr
E) Tundra
Nə üçün Avstraliyada qoyunçuluq geniş inkişaf etmişdir?
A) Yırtıcı heyvanların azlığına görə
B) Təbii otlaq və quru iqlim şəraitinə görə
C) Ərazisinin böyüklüyünə görə
D) Coğrafi mövqeyinə görə
E) Rütubətləmə əmsalının 1-dən böyük olmasına görə
Ərəbistan dənizi və Böyük Avstraliya körfəzinin yerlərini müəyyən edin:                
A) 6, 10
B) 1, 4
C) 2, 8
D) 3, 5
E) 7, 9
İzobar nədir?
A) Hündürlüyü eyni olan nöqtələri birləşdirən xətlər
B) Eyni hündürlüyə malik olan nöqtələri birləşdirən xətlər
C) Təzyiqi eyni olan nöqtələri birləşdirən xətlər
D) Temperaturu eyni olan nöqtələri birləşdirən xətlər
E) Dərinliyi eyni olan nöqtələri birləşdirən xətlər
Hansı dənizə daxili dəniz deyilir?
A) Yarımadaların sahilində yerləşən dənizlər
B) Adaların içərisində yerləşən dənizlər
C) Okeanın daxilində yerləşən dənizlər
D) Materiklərin daxilində yerləşən dənizlər
E) Materiklərin kənarında yerləşən dənizlər
Buz zonasının heyvanları:
A) ağ ayı, suiti, morj, pinqivin
B) suiti, sincab, dələ, ayı
C) maral, müşk öküzü, kenquru
D) ağ ayı, qonur ayı, vaşaq
E) maral, qütb tülküsü, canavar
Azərbaycan Respublikasının hansı şəhərində rəsədxana yerləşir?
A) Mingəçevir
B) Sumqayıt
C) Lənkəran
D) Gəncə
E) Şamaxı
Sahəsinə görə ən böyük körfəz:
A) İran
B) Benqal
C) Meksika
D) Ədən
E) Biskay
Yerin kiçildilmiş modeli necə adlanır?
A) Xəritə
B) Proyeksiya
C) Plan
D) Mənzərə
E) Qlobus
Lələkli buludlarda su hansı haldadır?
A) Buz halında
B) Maye halında
C) Buxar halında
D) Maye və buxar halında
E) Şeh halında
Atmosferdə ən çox hansı qaz yayılmışdır?
A) Arqon
B) Azot
C) Karbon
D) Oksigen
E) Hidrogen
Mineral sular adi sudan necə fərqlənir?
A) Tərkbində çoxlu yod olur
B) Mineral su təmiz olmur
C) Tərkibində çoxlu həll olmuş duz və mineral olur
D) Mineral su təmiz olur
E) Minearl su sarı rəngdə olur
Bu sözlərdən dördü bir-birinə mənaca yaxındır. Bir söz isə mənaca bura daxil deyil. Bu sözü tapın.
A) Buzlaq
B) Oksigen
C) Çay
D) Göl
E) Bulaq
Günəş nədir?
A) Planet
B) Ulduz
C) Meteorit
D) Asteroid
E) Peyk
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top