Tapılan ümumi test sayı : 154

Yarımadaları müəyyən edin:
A) 3-Pireney, 5-Hindistan, 9-Labrador
B) 2-Hind-Çin, 4-Keyp-York, 6-Skandinaviya
C) 1-Labrador, 7-Kiçik Asiya, 8-Kamçatka
D) 1-Ərəbistan, 3-Pireney, 9-Skandinaviya
E) 4-Kamçatka, 5-Hindistan, 10-Malakka
Bellinshauzen və Lazarev hansı materiki kəşf etdilər?
A) Cənubi Amerika
B) Şimali Amerika
C) Antarktida
D) Afrika
E) Avstraliya
Vulkan püskürən zaman yer səthinə çıxan maqma nə adlanır?
A) Lava
B) Palçıq kütləsi
C) Vulkan şüşəsi
D) Bazalt
E) Qranit
Meridianların ekvatordan qısa olmasının səbəbi nədir?
A) Qütblərin böyük sahəni əhatə etməsi
B) Yer kürəsinin öz oxu ətrafında fırlanması
C) Ekvator radiusunun qütb radiusundan qısa olması
D) Yerin kiçik formaya malik olması
E) Yer kürəsinin qütblərdən basıq olması
Üfüqün cənub-şərq istiqamətinin azümutu neçə dərəcədir?
A) 270
B) 225
C) 135
D) 180
E) 235
270 üfüqün hansı cəhətini göstərir?
A) Cənub-qərb
B) Şərq
C) Qərb
D) Şm-şərq
E) Şimal
Yerin mərkəzindən qütbə qədər olan məsafə:
A) 3330 km
B) 6357 km
C) 6370km
D) 40000km
E) 51000km
Məntəqənin hansı paralel və meridian üzərində yerləşdiyini bilməklə nəyi müəyyən etmək olar?
A) Dövlət sərhədlərinin uzunluğunu
B) Yerin formasını
C) Materiklərin yerini
D) Quru və su sahələrinin nisbətini
E) Coğrafi koordinatı
Çaylar yerləşmə xüsusiyyətinə görə neçə yerə ayrılır?
A) Dağ və düzən
B) Meşə və düzən
C) Bataqlıq və düzən
D) Səhra və buzlaq
E) Çöl və çəmən
Yupiter planeti hansı xüsusiyyətinə görə digər planetlərdən fərqlənir?
A) Yer kürəsinə ən yaxın planetdir
B) Neptun planetinə daha yaxın yerləşir
C) Sahəsinə görə ən böyük planetdir
D) Ən çox peyki olan planetdir
E) Günəşdən uzaqlığına görə 7-ci planetdir
İlk dəfə okeanların vahid olduğunu əyani cəhətdən hansı səyyah sübut etmişdir?
A) Vasko da Qama
B) Aristotel
C) N. Tusi
D) F.Magellan
E) X. Kolumb
Atmosferin tərkibi nədən ibarətdir?
A) Azot, su buxarı, toz
B) Su, karbon, mikroorqanizmlər
C) Qaz, su buxarı, toz
D) Oksigen, karbon qazları, toz
E) Toz, su buxarı, oksigen qazı
Buz səhralarının ifrat rütubətli olmasının səbəbi:
A) Səhra olması
B) Okeanlardan uzaq olması
C) Günəşdən uzaq olması
D) Günəş tərəfindən zəif qızdırılması
E) Ekvatora yaxın yerləşməsi
Gələcəkdə Azərbaycanın ixracatında hansı məhsulların artırılması sərfəlidir?
A) Yüngül və yeyinti sənayesi məhsulları
B) Tikinti məhsulları
C) Kənd təsərrüfatı məhsulları
D) Əlvan metallar
E) Kimya və neft məhsulları
Böyük və Kiçik Qafqaz dağlarında hansı landşaft qurşaqları vardır?
A) subnival, quru çöl, yarımsəhra
B) nival, quru çöl, yarımsəhra
C) dağ-meşə, intrazonal, yarımsəhra
D) quru çöl, dağ-çəmən, meşə-çəmən
E) dağ-çöl, dağ-meşə, dağ-çəmən
Pamir dağlarını tədqiq etmiş səyyah:
A) Ferdinand Magellan
B) P Semyonov-Tyan-Şanski
C) Ceyms Kuk
D) Aleksandr Humbolt
E) Afanasi Nikitin
İlk dünya səyahəti neçənci illərdə yerinə yetirilmişdir?
A) 1767-1780
B) 1519-1528
C) 1440-1555
D) 1519-1522
E) 1334-1890
Kağız istehsalında ayrılıqda sizal və bambuk bitkilərindən istifadə edən müvafiq ölkələr:
A) 5 və 2,4
B) 3,6 və 1,4
C) 4,5 və 2,3
D) 2,3 və 1
E) 1,5 və 3
Bakıda saat 9:00-dır. Pekində saat neçədir?
A) 13:00
B) 13:28
C) 10:11
D) 11:10
E) 12:59
Yer kürəsi bir dərəcəni nə qədər vaxta dönür?
A) 24 dəq
B) 15 dəq
C) 4 dəq
D) 1 dəq
E) 60 dəq
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top