Tapılan ümumi test sayı : 114

Qədim Yunan mədəniyyətinə aiddir: 1. “Diskatan” heykəli 2. “Odisseya” dastanı 3. Lukretsinin təlimi 4. İlk Olimpiya oyunları 5. Panteon məbədi
A) 2,3,5
B) 2,4,5
C) 1,2,4
D) 1,3,4
E) 3,4,5
Böyük coğrafi kəşflər dövrünə aiddir:
A) Kordova xilafətinin parçalanması
B) Fransada ilk Baş ştatların çağırılması
C) Yüzillik müharibənin başlanması
D) Uot Tayler üsyanı
E) Vasko da Qamanın ekspedisiyasının Hindistana daxil olması
XVII əsrin ikinci yarısı Səfəvi dövlətinin tarixinə aiddir:
A) Osmanlı imperiyasının hücumuna məruz qalması
B) Peterburq müqaviləsinin imzalanması
C) Kirmanşahda osmanlılarla sülh müqaviləsi imzalanması
D) Dərbənddən Gilana qədər olan ərazilərin osmanlılar tərəfindən tutulması
E) Şah Süleymanın Rusiya ilə müqavilə imzalaması
Azərbaycanın XVIII əsrin 90-cı illərinin ikinci yarısı tarixinə aiddir:
A) ölkəmizin cənub bölgələrinə osmanlı qoşunlarının daxil olması
B) bir sıra xanların Rusiya ilə Georgiyevsk müqaviləsini imzalaması
C) ölkəmizin şimal torpaqlarından Rusiya qoşunlarının çıxarılması
D) Məhəmməd Həsən xan Qacarın ölkəmizin şimal bölgəsinə yürüşü
E) general Qulyakovun başçılığı ilə rus qoşunlarının Cara hücum etməsi
Şimali Azərbaycanda 1847-ci il “Kəndli əsasnamələri”nin 1865-ci il kənd cəmiyyətləri haqqındakı qanundan fərqi:
A) natural vergilərin pul vergisi ilə əvəz edilməsi
B) vahid kənd idarəsinin yaradılması
C) bəylərin kənddə inzibati-məhkəmə işlərindən uzaqlaşdırılması
D) təhkimçilik hüququnun möhkəmləndirilməsi
E) bəylərin kəndlilər üzərində polis-məhkəmə hüququnun təsdiq edilməsi
Xronoloji ardıcıllığı müəyyən edin: 1. Frank dövlətinin yaranması 2. Katalaun döyüşü 3. Birinci Göytürk dövlətinin yaranması 4. Ərəb dövlətinin yaranması
A) 4, 3, 1, 2
B) 2, 1, 3, 4
C) 1, 3, 2, 4
D) 2, 4, 1, 3
E) 1, 3, 4, 2
Hülakü xanın hakimiyyəti dövrünə aid deyil:
A) Azərbaycan ərazisində monqolların güclü hərbi dəstələrinin məskən salması
B) Hülakü dövlətinin öz qüdrət və vahidliyini qoruyub saxlaması
C) dövlətin ilk paytaxtının Marağa olması
D) Qızıl Ordu ilə mübarizə aparılması
E) ali hakimiyyət orqanlarının yerli feodallar arasında bölünməsi
Azərbaycan Respublikasının Konstitusiyasına əsasən Milli Məclis təyin edir: 1. Azərbaycan Respublikası Mərkəzi Bankının sədrini 2. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimlərini 3. Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimlərini 4. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin ali komanda heyətini
A) 3, 4
B) 2, 3
C) 1, 4
D) 1, 2
E) 1, 3
Uyğunluq pozulmuşdur:
A) Kadisiyyə döyüşündəki şücaətinə görə mükafatlandırılmışdır – Albaniya dövlətinin hökmdarı Cavanşir
B) Xəzər xaqanı ilə sülh müqaviləsi imzalamışdır – Alban hökmdarı Cavanşir
C) Sünik knyazlığını alban hökmdarının idarəçiliyinə vermişdir – ərəb xəlifəsi Müaviyə
D) Aquen kilsə məclisini çağırmışdır – III Mömin Vaçaqan
E) birinci Bələncər döyüşündə xəzərlər qalib gəlmişdir – Ərəb xilafətinin qoşunlarına
Salarilər dövlətinə aid xüsusiyyətləri müəyyən edin: 1. Şirvanşahlar dövlətinin tabe edilməsi 2. Xəzər dənizində ticarət gəmilərinin üzməyə başlaması 3. Ərdəbilin paytaxt şəhəri olması 4. Azərbaycanın ilk dəfə vahid dövlətdə birləşdirilməsi 5. Müəyyən müddət Yusif ibn Əbu Sac tərəfindən idarə edilməsi
A) 1, 2, 4
B) 1, 2, 3
C) 1, 4, 5
D) 3, 4, 5
E) 2, 3, 5
Daha əvvəl olmuşdur:
A) Azərbaycan ərazisindəki İskit padşahlığının süqutu
B) Mannanın Midiya dövlətinin tərkibinə daxil edilməsi
C) İranzunun Manna vilayətlərini mərkəzi hakimiyyətə tabe etməsi
D) II Sarqonun Mannaya böyük yürüşü
E) Qavqamela döyüşü
Qədim Çində Sin sülaləsinin hakimiyyəti dövrünə aid olan xüsusiyyət:
A) təsərrüfat işlərində ilk dəfə qul əməyindən istifadə edilməsi
B) bütün ölkə ərazisinin vahid dövlətdə birləşdirilməsi
C) “Sarısarıqlılar” üsyanının başlanması
D) Çin tarixində ilk dövlətin yaradılması
E) ölkənin dünya ticarət yolları sisteminə qoşulması
Zaqafqaziya (Cənubi Qafqaz) Seyminin mövcudluğu dövrünə uyğun gəlir: 1. AXC-nin yaradılması barədə “İstiqlal Bəyannaməsi”nin qəbul edilməsi 2. Cənubi Qafqaz müstəqil federativ respublikasının yaradılması 3. ABŞ-ın birinci dünya müharibəsinə qoşulması 4. Osmanlı dövlətinin birinci dünya müharibəsindən çıxması 5. Bolşevik-daşnak qüvvələrinin Bakıda mart soyqırımını həyata keçirməsi
A) 2, 5
B) 2, 3
C) 1, 4
D) 3, 4
E) 1, 5
Rusiya tərəfindən sonuncu işğal edilmiş xanlıq:
A) Lənkəran
B) Naxçıvan
C) Qarabağ
D) Şamaxı
E) İrəvan
Ağqoyunluların XV əsrin 60-cı illərinin ikinci yarısı tarixi üçün səciyyəvi idi:
A) Dövlətin iki hissəyə parçalanması
B) Təbrizin dövlətin paytaxtına çevrilməsi
C) Yassıçəmən sülh müqaviləsinin imzalanması
D) Şərqi Gürcüstanın tabe edilməsi
E) Venetsiya ilə hərbi ittifaqın bağlanması
Eyni ildə yaranmışdır: 1. Pakistan İslam Respublikası 2. Almaniya Federativ Respublikası 3. Çin Xalq Respublikası 4. Koreya Xalq Demokratik Respublikası
A) 1, 4
B) 2, 3
C) 3, 4
D) 2, 4
E) 1, 3
Ş.M. Xiyabani və S.C. Pişəvərinin fəaliyyətinə aid oxşar cəhət:
A) Təbrizdə pulsuz qız məktəbi təsis etmələri
B) Cənubi Azərbaycana muxtariyyət verilməsi tələbini irəli sürmələri
C) İctimai İdarə Heyətinə başçılıq etmələri
D) “Təcəddüd” qəzetini nəşr etdirmələri
E) Azərbaycanın adını Azadıstana dəyişdirmələri
Azərbaycan Xalq Cümhuriyyəti və Azərbaycan Respublikasına aid oxşar cəhət:
A) Azərbaycan Neft Komitəsinin yaradılması
B) Prezident vəzifəsinin təsis edilməsi
C) Təbrizdə Azərbaycan konsulluğunun yaradılması
D) Aqrar islahatın həyata keçirilməsi
E) yeni latın qrafikalı əlifbanın tətbiq edilməsi
Uyğunluq gözlənilmişdir:
A) Əmir Teymurla Terek döyüşündə mübarizə apardı – Dmitri Donskoy
B) Qızıl Ordu dövlətinə qarşı Moskva knyazlığı ilə ittifaqa girdi – Krım xanı Məngli Gəray
C) Bolqarıstanın işğalını başa çatdırdı – Sultan I Səlim
D) Osmanlı sultanı I Muraddan asılılığı qəbul etdi – Qazan xanı Ulu Məhəmməd
E) Dehli sultanlığının paytaxtını Deogir şəhərinə köçürdü – Sultan Firuz
Qədim yunan mədəniyyətinə aiddir: 1. “İliada” dastanı 2. İmperator Trayanın sütunu 3. Parfenon məbədi 4. Demokritin təlimi 5. Kolizey amfiteatrı
A) 1,3,4
B) 1,2,5
C) 2,4,5
D) 1,5
E) 3,5
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top