Tapılan ümumi test sayı : 114

Mahiyyət etibarilə “uc” torpaq sahibliyi ilə oxşarlıq təşkil edən torpaq mülkiyyəti forması:
A) Tiyul
B) Xostak
C) Ziyamət
D) Timar
E) Markqraflıqlar
Xronoloji ardıcıllığı müəyyənləşdirin: 1. Terek çayı sahilində döyüşün baş verməsi 2. «Uqra görüşü» 3.Toxtamış xanın Moskvanı ələ keçirməsi
A) 3,1,2
B) 2,1,3
C) 2,3,1
D) 1,2,3
E) 3,2,1
Əmir Teymurun Hindistana yürüş etməkdə məqsədi:
A) Hindistanda gizlənmiş Cəlairi hökmdarını həbs etmək
B) Dehli sultanının devrilmiş hakimiyyətini bərpa etmək
C) Hindistanın sərvətlərini və münbit torpaqlarını ələ keçirmək
D) Buradakı müsəlman-türkləri incidən hind racələrini cəzalandırmaq
E) Məscidləri qarət etmiş və dağıtmış hind racələrini cəzalandırmaq
XI əsrin ortalarında Böyük Səlcuq imperiyasının əhatə etdiyi ərazi:
A) Mərkəzi Asiyadan Aralıq dənizinə, Dərbənd keçidindən İran körfəzinə qədər
B) Xorasandan Egey dənizinə, Şimali Qafqazdan Ərəbistana qədər
C) İran sərhədlərindən Fələstinə, Xəzər dənizindən Qara dənizə qədər
D) Çin sərhədlərindən Kiçik Asiyaya, Arazdan Suriyaya qədər
E) Hindistandan Qara dənizə, Kürdən Ərəb dənizinə kimi
Yaxın və Orta Şərqin xəritəsinin Qərbi Avropanın xeyrinə dəyişməsinə imkan vermədilər:
A) Səlcuq türkləri
B) Xəzərlər
C) Alanlar
D) Ərəblər
E) Farslar
Adı buraxılmış dövləti müəyyən edin:
A) Ərəb xilafəti
B) Qərbi Hun
C) Sasani
D) Bizans
E) Ağ Hun
Katalaun döyüşü Suasson döyüşündən neçə il əvvəl baş vermişdir?
A) 24
B) 43
C) 35
D) 42
E) 54
Bizansda xarici ticarətin yüksək inkişaf etməsinin əsas səbəbi:
A) Karvan yollarının tam təhlükəsiz olması
B) Ərəb xilafəti ilə yaxşi münasibət
C) İmperiyanın çox əlverişli mövqedə yerləşməsi
D) Əlverişli karvanların, rahat və abad yolların olması
E) Xarici mallara qoyulmuş gömrük haqqının azaldılması
Çin əsarətinə qarşı göytürklərin üsyanına başçılıq etmişdir:
A) İltəris xaqan
B) Kür Şad
C) Gül Tigin
D) Muğan xaqan
E) Bayan xaqan
Miladi təqvimi başlayır:
A) Məhəmməd peyğəmbərin Məkkədən ` Mədinəyə köç etməsi ilə
B) İslam dininin yaranması ilə
C) İsa peyğəmbərin qeyb olması ilə
D) Xristian dininin parçalanması ilə
E) İsa peygəmbərin anadan olması ilə
Qədim Misir və Qədim Şumer mədəniyyətlərində oxşarlıq:
A) Yazının şəkli yazı olması
B) Zərdüştlüyün geniş yayılması
C) Hökmdarın "səma oğlu" adlandırılması
D) Əsas yazı məmulatının perqament olması
E) Qulların "danışan alətlər" adlanması
Manna və Skif padşahlığının tarixinə aid oxşarlıq:
A) İnzibati cəhətdən vilayətlərə bölünmələri
B) E.ə. VII əsrdə yaranmaları
C) Hərbi islahat keçirilməsi
D) Midiya tərəfindən süquta uğradılıblar
E) Paytaxtın İzirtu olması
Çatiyə aid deyil:
A) Fironun ən yaxın köməkçisi idi
B) Fironun dəftərxanası onun əlində idi
C) Məhkəməni idarə edirdi
D) Misir hökmdarı idi
E) Fironun dövlət xəzinəsi onun əlində idi
Yeni daş dövrü nədən sonra başladı:
A) Eneolit
B) Aşel dövrü
C) Neolit
D) Mezolit
E) Paleolit
Paleolit və Mezolit dövrlərinin ümumi cəhəti:
A) axirət dünyasına inamın yaranması
B) qəbilə icmasinin meydana gəlməsi
C) istehsal təsərrüfatının mövcudluğu
D) əmək alətlərinin daşdan hazırlanması
E) ulu icmanın yaranması
Konstitusiyaya əsasən hansı müddəa doğrudur?
A) Xalqı təmsil etmək, xalqın adından danışmaq və xalqın adından müraciət etmək hüququ yalnız Baş Prokurora aiddir
B) Milli Məclis üzvlərindən heç kəsin xalqı təmsil etmək, xalqın adından danışmaq və xalqın adından müraciət etmək hüququ yoxdur
C) Xalqın seçdiyi səlahiyyətli nümayəndələrindən başqa heç kəsin xalqı təmsil etmək, xalqın adından danışmaq və xalqın adından müraciət etmək hüququ yoxdur
D) Xalqın seçdiyi səlahiyyətli nümayəndələrindən başqa hər kəsin xalqı təmsil etmək, xalqın adından danışmaq və xalqın adındaş müraciət etmək hüququ vardır
E) İcra hakimiyyəti orqanlarının vəzifəli şəxslərinin xalqı təmsil etmək, xalqın adından danışmaq və xalqın adından müraciət etmək hüququ vardır
Azərbaycanda səkkizillik icbari təhsildən neçə il sonra onillik icbari təhsilə keçilmişdir?
A) 20
B) 7
C) 16
D) 21
E) 15
N.Xruşşovun Bakını Azərbaycanın tərkibindən çıxararaq müstəqil inzibati bölgə kimi Moskvaya tabe etmək planını pozdu:
A) Heydər Əliyev
B) Mir Cəfər Bağırov
C) Vəli Axundov
D) Əbülfəz Elçibəy
E) İmam Mustafayev
«Qafqazın idarə olunması» planının müəllifi kim idi:
A) Görinq
B) Hitler
C) Himler
D) Borman
E) Rozenberq
“Şliffen planı”nda nəzərdə tutulurdu:
A) Almaniyanın Fransa ilə yaxınlaşması
B) Almaniyanın müharibədən imtinası
C) Osmanlı dövlətinin parçalanması
D) Yunanıstana hücum
E) Almaniyanın iki cəbhədə müharibə aparması
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top