Tapılan ümumi test sayı : 114

Mehri rayonunun yaradılması (1929 – 1931) nəticəsində:
A) Yuxarı Zəngəzur Ermənistana birləşdirildi
B) Şərur-Dərələyəz Ermənistana birləşdirildi
C) Azərbacanın formal müstəqilliyi ləğv edildi
D) Naxçıvan Azərbaycanın tərkibində muxtariyyət statusu aldı
E) Naxçıvanla Azərbaycanın digər torpaqları arasında olan əlaqə kəsildi
Azərbaycan Xalq Cümhuriyyəti dövründə yaradıldı:
A) Gəncədə hərbi feldşer məktəbi
B) Savadsızlıqla mübarizə üçün Xüsusi Komitə
C) Din işləri üzrə komissiya
D) 416-cı Taqanroq diviziyası
E) Ali Rəssamlıq Məktəbi
Birinci dünya müharibəsinin sonunda Cənubi Azərbaycanda erməni quldurlarının azərbaycanlıları kütləvi şəkildə qırmasının qarşısını alan dövlət:
A) Rusiya
B) İngiltərə
C) Osmanlı
D) İran
E) ABŞ
XIX yüzillikdə Cənubi Azərbaycanda ilati – elat adlanırdı:
A) Oturaq və yarımköçəri həyat sürən ayrı-ayrı tay falara dövlət qarşısında hərbi xidmət müqabilində verilən torpaq sahələri
B) Ayrı-ayrı tayfalara bağışlanmş və onların müvəqqəti istifadəsində olan icma torpaqları
C) Dövlətə qulluq müqabalində ayrı-ayrı şəxslərə bağışlanmış torpaqlar
D) Kəndlilərə məxsus xüsusi torpaq sahələri
E) Feodalların xüsusi mülkiyyətində olan torpaq sahələri
Aşağıdakılar aiddir: – Şimalı Azərbaycanda kapitalizmin manufaktura mərhələsini ancaq bu sahə keçmişdir. – Sənaye kapitalizminin bütün mərhələlərini keçmişdir
A) Dəmirçilik sənayesinə
B) Yun parça toxuculuğuna
C) Neft sənayesinə
D) İpək emalı sənayesinə
E) Pambıqçılığa
Azərbaycanda milli teatrın əsasının qoyulmasından neçə il sonra milli mətbuatın əsası qoyulmuşdur?
A) 15
B) 7
C) 9
D) 2
E) 8
Osmanlı imperiyası son olaraq Balkanlarda və Egey dənizində olan torpaqlarını itirdi:
A) Yüzillik müharibədə
B) Krım müharibəsində
C) Şimal müharibəsində
D) II Balkan müharibəsində
E) I Balkan müharibəsində
“Qafqazın Lionu” adlandırılan şəhərin yerini müəyyən edin:
A) 3
B) 4
C) 1
D) 2
E) 5
Hüseynəli xanın hakimiyyəti dövründə Qubaya birləşdirilmiş ərazini müəyyən edin:
A) Е) Şamaxı xanlığı
B) Bakı xanlığı
C) Dərbənd xanlığı
D) Cavad xanlığı
E) Salyan torpaqları
Fransa burjua inqilabının başlanmasını və sona çatmasını bildirən hadisələr:
A) Fransada ilk respublikanın qurulması - 9 termidor çevrilişi
B) XVI Lüdoviqin baş ştatları çağırması - Direktoriyanın qurulması
C) Valmi döyüşü - Fransada ilk respublikanın qurulması
D) XVI Lüdoviqin edam edilməsi - 18 brümer çevrilişi
E) Bastiliyanın alınması - Yakobin diktaturasının süqutu
Rusiyada ilk dəfə imperator titulu qəbul etdi:
A) I Aleksandr
B) III Vasili
C) I Pyotr
D) II Yekaterina
E) I Nikolay
XVI Lüdovik 1614-cü ildən bəri çağırılmayan Baş ştatları çağırmaqla ümid edirdi:
A) Müxalif qüvvələri Baş ştatlardan uzaqlaşdırmağa
B) Tərəfdarlarının sayını artırmağa
C) Əhalinin narazılığının qarşısını almağa
D) Baş ştatlardan yeni vergilərin tətbiqinə üçün razılıq almağa
E) Üçüncü silkin deputatları ilə anlaşma əldə etməyə
Azərbaycanda birləşdirmə siyasəti aparmış xanlıqlar:
A) Quba, Ərdəbil, Qaradağ,Naxçıvan
B) Şəki, Xoy, Sərab, Təbriz
C) Qarabağ, Şamaxı, İrəvan, Naxçıvan
D) Quba,Qarabağ, Şəki, Urmiya
E) Urmiya, Quba, Qaradağ,Şəki
Aşar adlandırılan onda bir vergisini verirdilər:
A) Müsəlman əkinçilər
B) Tacirlər
C) Xristian əkinçilər
D) Sənətkarlar
E) Müsəlman olmayan kişi əhalisi
Şah I Abbas tərəfindən təkbaşına silah gəzdirmək hüququ ləğv olundu:
A) Qızılbaşların
B) Kürd tayfa başçılarının
C) Fars etnik elementlərinin
D) Saray qulluqçularının
E) Saray əyanlarının
Papa VII Qriqori ilə Almaniya imperatoru IV Henrix arasındakı mübarizənin səbəbi:
A) Kilsənin “onda bir” vergisi almasının qadağan edilməsi
B) Müqəddəs Roma imperiyasına başçılıq etmək istəyi
C) IV Henrixin kilsə mülklərinə vergi qoyması
D) Papanın iri feodalları müdafiə etməsi
E) Almaniyada yepiskop təyin etmək hüququ
Əlqas Mirzə, İsmayıl Mirzə və Abdulla xan Ustaclıya xas olan oxşarlıq:
A) Qarabağ bəylərbəyləri olmaları
B) Cənub bəylərbəyləri olmaları
C) Şəki üzərinə yürüş edən Səfəvi ordusuna sərkərdəlik etmələri
D) Şirvan bəylərbəyləri olmaları
E) Mərkəzi hakimiyyətə qarşı qiyamlar qaldırmaları
“Qızılqaya xəyanəti”ndən neçə il sonra “Şiraz qonaqlığı” baş vermişdir?
A) 11 il
B) 100 il
C) 13 il
D) 19 il
E) 40 il
1387, 1393, 1397-ci illərə aid hadisələrinin oxşarlığı:
A) Teymurla Toxtamış arasında döyüşlər olmuşdur
B) Teymurilərə qarşı hürufi çıxışları olmuşdur
C) Teymuri əmirləri Təbrizə yiyələnməyə cəhd göstərmişlər.
D) Teymur Əlincə qalasına müvəffəqiyyətsizliklə nəticələnən yürüşlər etmişdir.
E) Teymurilərlə Osmanlılar arasında döyüşlər olmuşdur.
Ağqoyunluların əlaqələrinin daha geniş olduğu Qərb dövləti:
A) Burqundiya hersoqluğu
B) Genuya Respublikası
C) Araqon krallığı
D) Venesiya Respublikası
E) Rodos feodal dövləti
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top