Tapılan ümumi test sayı : 154

Maşınqayırmada oxlar nə üçün istifadə olunur?
A) Məmulatı yiğmaq üçün.
B) Firlanan detalları saxlamaq üçün.
C) Detalları birləşdirmək üçün.
D) Fırlanma quvvəsini ötürmək üçün
E) Təkərləri saxlamaq üçün
Transformator nə üçün istifadə olunur?
A) Elektrik cərəyanını dəyişmək üçün.
B) Elektrik gərginliyini dəyişmək üçün
C) Elektrik enerjisini yaratmaq üçün.
D) Elektrik enerjisini ötürmək üçün.
E) Elektrik enerjisini toplamaq üçün.
Burğuların növləri
A) Tıxacvari, çəngəlvari, mərkəzivari, vintvari
B) Spiralvari, qaşıqvari, çəngəlvari, mərkəzivari
C) Qaşıqvari, mərkəzivari, spiralvari, vintvari
D) Qaşıqvari, çəngəlvari, vintvari, mərkəzivari
E) Spiralvari, qaşıqvari, mərkəzivari, şnekvari
Hansı növ materialdan torna kəsiciləri hazırlanır?
A) Mis
B) Ftoroplast
C) Almaz
D) Çuqun
E) Şüşə
Məişətdə hansı növ enerji istifadə olunur?
A) Pnevmatik
B) Elektrik
C) Hidravlik
D) Elektrohidravlik
E) Günəş
Hansı materiallardan burğular hazırlanır?
A) Ağ çuqun
B) Latun
C) Boz çuqun
D) Alət poladı
E) Mis
Metalın üst səthinin sementləşdirilməsi nə üçün istifadə olunur?
A) Metalın üst səthinin bərkidilməsi üçün.
B) Metalın üst səthinin yumşaldılması üçün.
C) Metalın üst səthinin ağardılması üçün
D) Metalın üst səthinin emala hazırlanması üçün.
E) Metalın üst səthinin qaraldılması üçün.
Mexaniki əl drelində istifadə olunan konus formalı dişli çarx birləşməsi dreldə nə üçün istifadə olunur?
A) Fırlanmanın istiqamətini dəyişir.
B) Burğunun sürətini dəyişir.
C) Burğunu hərəkətə gətirir.
D) Patronu saxlayır.
E) Şpindeli saxlayır.
Elektrik drelini kim ixtira edib?
A) Karl Dizel
B) Arximed
C) Vilhelm Fayn
D) Leonardo da Vinçi
E) İsaak Nyuton
Stolüstü burğu dəzgahında burğunun sürəti hansı hissə vasitəsi ilə dəyişilir?
A) Şpindel, mühərrik
B) Mühərrik, çoxpilləli təkər
C) Patron, şpindel
D) Çoxpilləli təkər, dairəvi kəmər
E) Patron, dairəvi kəmər
Hansı ağac növləri yumşaqdır?
A) Tozağacı
B) Çökə
C) Fıstıq
D) Palıd
E) Şam
Metalın plastikliyi nə deməkdir?
A) Xarici gücə müqavimət göstərir.
B) Zərbə təsiri altında qirilması
C) Xarici güc təsiri altında öz formasını dəyişir və güc ləğv olunandan sonra köhnə formasına qayıdır
D) Xarici güc təsiri altında öz formasını dəyişir və gücün təsiri ləğv olunandan sonra yeni alınan formanı saxlayır
E) Xarici gücə müqavimət göstərmir.
Misin rəngi və əsasən harada istifadə olunur?
A) Qırmızı, elektrotexnikada.
B) Qara, raket texnikasında.
C) Gümüşü, gəmiçilikdə.
D) Sarı, elektrotexnikada.
E) Boz, raket texnikasında.
Materialın kövrəkliyi nə deməkdir?
A) Müqavimət göstərmək.
B) Gücə müqavimət göstərmək.
C) Formasını dəyişmək.
D) Zərbədən qırılma.
E) Güc tərbiq edəndə qırılmaq.
Oduncağın təmizlənməsi üçün alətlər:
A) Şlyambur, rəndə, yeyə, törpü
B) Törpü, suvand, sumbata kağizi
C) Törpü, suvand, yeyə, burğu
D) Sumbata kağızı, yeyə, mişar
E) Sumbata kağızı, burğu, törpü
Torna dəzgahında patron nə üçün istifadə olunur?
A) Dəzgahı işə salmaq üçün.
B) Burğu saxlamaq üçün
C) Alət saxlamaq üçün.
D) Emal olunan məmulatı saxlamaq üçün.
E) Kəsiciləri saxlamaq üçün.
Latun hansı metaların ərintisidir?
A) Mis, polad, alüminium
B) Mis, alüminium, xrom
C) Mis, sink, alüminium
D) Mis, alüminium, titan
E) Mis, çuqun, alüminium
Santexnika avadanlığını təmir etməmişdən əvvəl nə etmək lazımdır?
A) Kranı bağlamaq.
B) Qaz xəttini bağlamaq.
C) Qazı söndürmək.
D) Əlləri yumaq
E) Suyu bağlamaq.
Ventil başlıq açıq olduğu halda başlıq tərəfə şpindel boyu su axır. Bu nasazlığı aradan qaldırmaq üçün nə etmək lazımdır?
A) Qaykanı bərk sıxmaq
B) Qaykanı açmaq.
C) Ara qatını dəyişdirmək.
D) Ventil başlığı dəyişdirmək.
E) Başlığı dəyişdirmək.
Üstdən qoyulma kilid döşəmədən hansı hündürlükdə quraşdırılır?
A) Təqribən döşəmədən1,2m hündürlükdə.
B) Təqribən döşəmədən 2m hündürlükdə.
C) Təqribən döşəmədən 1m hündürlükdə.
D) Təqribən döşəmədən 1,5m hündürlükdə.
E) Təqribən döşəmədən 0,5m hündürlükdə.
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top