Tapılan ümumi test sayı : 154

Kimya-termiki emalın növləri hansılardır?
A) Normallaşdırma, tabını alma, tablandırma
B) Bərkidilmə, normallaşma
C) Oksidləşmə, normallaşma
D) Yandırılma, azotlaşma
E) Sementləşmə, azotlaşma
Hansı növ materialdan torna dəzgahının kəskiləri hazırlanır?
A) Boz çuqun
B) Titan
C) Alət poladı
D) Mis
E) Döymə çuqun
Torna dəzgahı bu hissələrdən ibarətdir.
A) Qabaq aşıq, səsləyici
B) Qabaq aşıq, önlük, arxa aşıq
C) Önlük, səsləyici
D) Xətkeş, support, səsləyici
E) Arxa aşıq, ayaq
Ventil başlıq açıq olduğu halda başlıq tərəfə şpindel boyu su axır. Bu nasazlığı aradan qaldırmaq üçün nə etmək lazımdır?
A) Ara qatını dəyişdirmək.
B) Qaykanı açmaq.
C) Qaykanı bərk sixmaq.
D) Ventil başlığı dəyişdirmək.
E) Başlığı dəyişdirmək.
Kreysmeystel hansı cilingər əməliyyatı üçün istifadə olunur?
A) Metalı kəsmək üçün
B) Metalı deşmək üçün
C) Ensiz şırım kəsmək üçün
D) Metalı yonmaq üçün
E) Enli şırım kəsmək üçün
Hansı növ rəndə məmulatı kobud yonur?
A) Fuqanok
B) Şerxebel
C) Zenzube
D) Falsqobel
E) Adi rəndə
Hansı birləşmələr sökülməyən birləşmələr adlanır?
A) Pərçim, vint, qaynaq
B) Yiv, işkilli, qaynaq
C) Yiv, bolt, qayka
D) Pərçim, qaynaq,yapışqan
E) Yapışqan, işkilli,qaynaq
Hansı alət daha yüksək dəqiqliklə ölçür?
A) Mikrometr
B) Xarrat metrəsi
C) Ştangenpərgar
D) Xətkeş
E) Ruletka
Burğu dəzgahında patron nə üçün istifadə olunur
A) Burğunun sürətini dəyişmək üçün
B) Burğunu saxlamaq üçün
C) Məmulatı saxlamaq üçün
D) Burğunu ölçmək üçün
E) Burğunu işə salmaq üçün
Maşınqayırmada metalların növləri
A) Latun, alüminium
B) Əlvan, çuqun
C) Qara, əlvan
D) Əlvan, polad
E) Mis, polad
Məmulatların qrafiki təsvirində xətlərin növü
A) Bütöv əsas, bütöv nazik, ştrixpunktirli, ştrixli
B) Bütöv əsas,ştrixpunktirli, ştrixli
C) Bütöv əsas,ştrixpunktirli, bütöv nazik
D) Bütöv əsas, ştrixli əsas,bütöv nazik
E) Bütöv əsas, bütöv nazik
Elektrik dövrəsinin əsas elementlərini sadalayın.
A) Közərmə lampalar, açar, ştepsel, ştepsel rozetkası
B) Közərmə lampalar, naqillər, açar, ştepsel
C) Közərmə lampalar, naqillər, açar, ştepsel rozetkası
D) Közərmə lampalar, açar, naqillər, cərəyan mənbəyi
E) Ştepsel rozetkası, cərəyan mənbəyi, közərmə lampalar
Zavodlarda qalın təbəqə metalı hansı alət ilə kəsirlər?
A) İtiağız kəlbətin və qələm
B) Gilyotin və qələm
C) Gilyotin və mexaniki qayçı
D) Gilyotin və əl qayçısı
E) Əl qayçısı və qələm
Çilingər məngənəsi hansı əsas hissələrdən ibarətdir?
A) Vint, dəstək, sıxıcı, dodaqlar
B) Vint, sıxıcı, dəstək
C) Vint, hərəkətsiz dodaq, hərəkətli dodaq,dayaq dəstək
D) Vint, sıxıcı, dodaqlar, dayaq
E) Dayaq,vint, sıxıcı, dəstək
Maşinqayırmada çertyoj nə deməkdir?
A) Məmulatın həcmli təsviridir.
B) Nisbət nəzərə alınmaqla və ölçülər göstərilməklə əl ilə yerinə yetirilmiş təsvirdir
C) Məmulatın miqyaslı təsviridir.
D) Məmulatın təsviridir
E) Çertyoj alətlərinin köməyi ilə yerinə yetirilmiş həcmli təsviridir
Ölçü alətlərinin növləri.
A) Ştangenpərgar, mikrometr, xətkeş
B) Faltsqobel, şerxebel, mikrometr
C) Şerxebel, xətkeş, ştangenpərgar
D) Şerxebel, mikrometr, xətkeş
E) Fuqanok, şerxebel, faltsqobel
Çuqun dəmirin ərintisidir və tərkibində karbon neçə faizdir?
A) 3 ٪–dən artıqdır
B) 2٪–dən artıqdır
C) 1٪–dən artıqdır
D) 2٪ –dən azdır
E) 1٪–dən azdır
Pərçim birləşməsi hansı növ birləşməyə aiddir?
A) İşkilli birləşməyə aiddir.
B) Şplintli birləşməyə aiddir.
C) Yivli birləşməyə aiddir.
D) Sökülə bilən birləşməyə aiddir.
E) Sökülə bilməyən birləşməyə aiddir.
Hamar səth almaq üçün taxtanı hansı istiqamətdə yonmaq lazımdır?
A) Liflərə 45° bucaq istiqamətində
B) Liflərə 60° bucaq istiqamətində
C) Liflərə 30° bucaq istiqamətində
D) Liflərə əks istiqamətində
E) Liflərin istiqamətində
Mişarlama qutusu nə üçün istifadə olunur?
A) Müxtəlif bucaqlar altında pəstahın liflərinin eninə dəqiq mişarlanması üçün
B) Pəstahı saxlamaq üçün
C) Pəstahda dəlik açmaq üçün
D) Pəstahın səthini rəngləmək üçün
E) Pəstahın uzununa dəqiq mişarlanması üçün
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top