Tapılan ümumi test sayı : 154

Hansı hissələr ştangenpərgarda yoxdur?
A) Xətkeş
B) Saxlayıcı vint
C) Dodaq
D) Nonius
E) Səsləyici
Şlyambur nədir?
A) Divarda deşik açmaq aləti
B) Burğu aləti
C) Çilingər aləti
D) Plastik borucuq
E) Metal borucuq
Maşınqayırmada çertyoj nə deməkdir?
A) Nisbət nəzərə alınmaqla və ölçülər göstərilməklə əl ilə yerinə yetirilmiş təsvirdir
B) Çertyoj alətlərinin köməyi ilə yerinə yetirilmiş həcmli təsviridir
C) Məmulatın həcmli təsviridir.
D) Məmulatın miqyaslı təsviridir.
E) Məmulatın təsviridir.
Pəstah nə deməkdir?
A) Pəstah hazırlanacaq detalın nümunəsidir.
B) Pəstah miqyasla hazırlanmış detaldır.
C) Pəstah ayrı növ materialdan hazırlanmış detaldır
D) Pəstah hazırlanacaq detal üçün seçilmiş materialdır
E) Pəstah detalın bir növüdür.
Standartlara görə təsviri böyütmək üçün hansı miqyaslar təyin olunub?
A) 5:1; 1:1; 2:1
B) 2:1; 4:1; 5:1
C) 1:2; 1:4; 5:1
D) 1:2; 1:5; 1:4
E) 2:1; 5:1; 1:4
Yiv birləşməsi hansı növ birləşməyə aiddir?
A) Sökülə bilməyən birləşməyə aiddir.
B) İşkilli birləşməyə aiddir.
C) Qaynaq birləşməyə aiddir
D) Sökülə bilən birləşməyə aiddir.
E) Şplintli birləşməyə aiddir.
Reysmusla hansı əməliyyatları yerinə yetirirlər?
A) Deşmə yerini nişanlayırlar.
B) Düz bucaqları yoxlayırlar.
C) Nişanlama əməliyyatını aparırlar.
D) Ölçü aparırlar.
E) Pəstahın təbəqələrinə paralel xətlər çəkirlər.
Hansı hissələr mikrometrdə yoxdur?
A) Nonius
B) Daban
C) Səsləyici
D) Baraban
E) Dodaq
Hansı növ material yüksək elektroötürücülüyə və istilik ötürücülüyünə malikdir?
A) Polad
B) Polietilen
C) Titan
D) Mis
E) Çuqun
Torna dəzgahında neçə yumruqcuqlu patronlar istifadə olunur?
A) Dörd və beş yumruqcuqlu patron
B) Üç və dörd yumruqcuqlu patron
C) İki və üç yumruqcuqlu patron
D) Bir və iki yumruqcuqlu patron
E) Beş və altı yumruqcuqlu patron
Xətti ölçülərin ölçü vahidi.
A) Metr, santimetr, saat
B) Saat, dəqiqə, millimetr
C) Metr, santimetr, millimetr
D) Santimetr, millimetr, dəqiqə
E) Saat, dəqiqə, saniyə
Ştangenpərgarda dodaqlar nə üçün istifadə olunur?
A) Dərinlik ölçmək üçün.
B) Xarici və daxili ölçüləri ölçmək üçün.
C) Ölçünü qeyd etmək üçün.
D) Diametri ölçmək üçün.
E) Dərinlik ölçmək və qeyd etmək üçün.
Titan metalı hansı rəngdədir?
A) Qara
B) Mavi
C) Sarı
D) Gümüşü
E) Qırmızı
Əlvan metalların növləri:
A) Polad, çuqun
B) Polad, alüminium
C) Polad, mis
D) Çuqun, latun
E) Titan, alüminium
Hansı ağac növləri enliyarpaqlılardır?
A) Palıd, tozağacı, sidr
B) Şam, fıstıq, çökə
C) Palıd, fıstıq, çökə
D) Palıd, fıstıq, sidr
E) Şam, küknar, sidr
Hansı mişar materiallarına tir deyilir?
A) Qalınlığı 100mm-ə qədər və eni qalınlığından iki qat artıq olan
B) Eni və qalınlığı 100mm-dən çox olan.
C) Eni 100mm-dən az olan.
D) Eni və qalınlığı 25mm-dən az olan
E) Eni və qalınlığı 50mm-dən az olan.
Hansı alətlər ilə nişanlanma aparılır?
A) Sıxıcı, rəndə, iskənə
B) Xarrat bıçqısı, xarrat bucaqlığı
C) Xətkeş, kerner, kəlbətin
D) Yeyələr,çəkic, iskənə
E) Karandaş, biz, kerner
Miqyas nəyi göstərir?
A) Məmulatın neçə dəfə böyüdüldüyünü.
B) Məmulatın sayını.
C) Məmulatın neçə dəfə kiçildildiyini.
D) Məmulatın həqiqi ölçülərinin neçə dəfə böyüdüldüyünü və ya kiçildildiyini
E) Məmulatın həqiqi ölçülərini.
Texnolojı xəritədə nə göstərilir?
A) Əməliyyatların ardıcıllığı təfərrüatı ilə
B) Ancaq əməliyyatların ardıcıllığı.
C) Məmulatın ölçüləri.
D) Məmulatın sayı.
E) Məmulatın adı.
Muftalar nə üçün istifadə olunur?
A) Oxları birləşdirmək üçün
B) Fırlanan valları birləşdirmək üçün
C) Oxları fırlatmaq üçün
D) Fırlanan valları ayırmaq üçün
E) Valları oxlarla birləşdirmək üçün
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top