Tapılan ümumi test sayı : 154

Reysmusla hansı əməliyyatları yerinə yetirirlər?
A) Nişanlama əməliyyatını aparırlar.
B) Deşmə yerini nişanlayırlar;.
C) Pəstahın təbəqələrinə paralel xətlər çəkirlər.
D) Ölçü aparırlar.
E) Düz bucaqları yoxlayırlar.
Marşrut xəritələri nə üçün lazımdır?
A) Məmulatın materialını seçmək üçün
B) Pəstahı seçmək üçün
C) Pəstahın formasını seçmək üçün
D) Miqyası təyin etmək üçün
E) Əməliyyatların icra ardıcılığını təyin etmək üçün
Texnologiya nə deməkdir?
A) İnsan tərəfindən məmulat yaradılması prosesidir.
B) İnsan tərəfindən məmulat və xidmətlərin yaradılması prosesidir.
C) Xidmətlərin yaradılması prosesidir.
D) Məmulat yığma prosesidir.
E) İnsan tərəfindən yaradılma prosesidir.
Taxta üzərində hansı alətlə kvadrat formalı dəlik açmaq olar?
A) Spiralvari burğu
B) Mərkəzi formalı burğu
C) İskənə
D) Şnekvari burğu
E) Kvadrat formalı burğu
Bucaq ölçülərinin ölçü vahidi.
A) Saniyə, dəqiqə, dərəcə
B) Kilometr, desimetr, millimetr
C) Metr, saniyə, desimetr
D) Kilometr, saniyə, desimetr
E) Saniyə, dəqiqə, saat
Elastiklik – materialın hansı xüsusiyyətnə deyilir?
A) Material təzyiq altında formasını dəyişir və təzyiq ləğv olunandan sonra öz formasını bərpa edir
B) Material təzyiq altında qırılır.
C) Material təzyiq altında formasını dəyişmir
D) Material təzyiq altında yeni forma alır.
E) Material təzyiqə müqavimət göstərir.
Hansı ağac növləri iynəyarpaqlılardır?
A) Palıd, fıstıq, cökə
B) Palıd, fıstıq, sidr
C) Palıd,tozağacı, sidr
D) Şam, küknar, sidr
E) Şam, fıstıq, cökə
Hansı metalın rəngi qırmızıdır?
A) Polad
B) Alüminium
C) Çuqun
D) Latun
E) Mis
Qara metalların növləri
A) Polad, çuqun
B) Polad, mis
C) Çuqun, latun
D) Polad, alüminium
E) Titan, alüminium
Çertyoju oxumaq nə deməkdir?
A) Məmulatın miqyasının təyin edilməsi
B) Məmulatın görünüşünün təyin edilməsi
C) Məmulatın adının, formasının, ölçülərinin, materialının, miqyasının təyin edilməsi
D) Məmulatın materialının təyin edilməsi
E) Məmulatın sayının təyin edilməsi
Standartlara görə təsviri böyütmək üçün hansı miqyaslar təyin olunub?
A) 1:2 ; 1:4; 5:1
B) 1:2; 1:5; 1:4
C) 5:1; 1:1; 2:1
D) 2:1; 4:1; 5:1
E) 2:1; 5:1; 1:4
Texnologiya və əmək hazırlığı dərslərində maşınqayırma çertyojlarında bütün ölçülər hansı ölçü vahidində göstərilir?
A) Millimetr
B) Santimetr
C) Metr
D) Kilometr
E) Desimetr
Texniki təsvir nə deməkdir?
A) Detalın təsviridir.
B) Detalın bir tərəfindən görünüşüdür.
C) Öndən və soldan təsvirdir.
D) Çertyoj alətlərinin köməyilə yerinə yetirilmiş təsvirdir
E) Məmulatın həcmli üç tərəfli təsviridir.
Pəstah detaldan nə ilə fərqlənir?
A) Pəstah detalın ölçüsü boyda olur.
B) Pəstah detaldan materialı ilə fərqlənir.
C) Pəstah detaldan ölçüləri ilə fərqlənir.
D) Pəstah detaldan fərqlənmir.
E) Pəstah detaldan kiçik olur.
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top