Tapılan ümumi test sayı : 154

Kimya-termiki emalın növləri hansılardır?
A) Yandırılma, azotlaşma
B) Bərkidilmə, normallaşma
C) Oksidləşmə, normallaşma
D) Normallaşdırma, tabını alma, tablandırma
E) Sementləşmə, azotlaşma
Hansı növ materialdan torna dəzgahının kəskiləri hazırlanır?
A) Titan
B) Alət poladı
C) Döymə çuqun
D) Mis
E) Boz çuqun
Torna dəzgahı bu hissələrdən ibarətdir.
A) Qabaq aşıq, önlük, arxa aşıq
B) Önlük, səsləyici
C) Qabaq aşıq, səsləyici
D) Arxa aşıq, ayaq
E) Xətkeş, support, səsləyici
Ventil başlıq açıq olduğu halda başlıq tərəfə şpindel boyu su axır. Bu nasazlığı aradan qaldırmaq üçün nə etmək lazımdır?
A) Qaykanı bərk sixmaq.
B) Ventil başlığı dəyişdirmək.
C) Qaykanı açmaq.
D) Başlığı dəyişdirmək.
E) Ara qatını dəyişdirmək.
Kreysmeystel hansı cilingər əməliyyatı üçün istifadə olunur?
A) Metalı kəsmək üçün
B) Metalı deşmək üçün
C) Metalı yonmaq üçün
D) Enli şırım kəsmək üçün
E) Ensiz şırım kəsmək üçün
Hansı növ rəndə məmulatı kobud yonur?
A) Fuqanok
B) Şerxebel
C) Zenzube
D) Falsqobel
E) Adi rəndə
Hansı birləşmələr sökülməyən birləşmələr adlanır?
A) Yiv, bolt, qayka
B) Yiv, işkilli, qaynaq
C) Pərçim, vint, qaynaq
D) Yapışqan, işkilli,qaynaq
E) Pərçim, qaynaq,yapışqan
Hansı alət daha yüksək dəqiqliklə ölçür?
A) Xətkeş
B) Ruletka
C) Mikrometr
D) Xarrat metrəsi
E) Ştangenpərgar
Burğu dəzgahında patron nə üçün istifadə olunur
A) Burğunun sürətini dəyişmək üçün
B) Burğunu saxlamaq üçün
C) Burğunu işə salmaq üçün
D) Burğunu ölçmək üçün
E) Məmulatı saxlamaq üçün
Maşınqayırmada metalların növləri
A) Əlvan, polad
B) Qara, əlvan
C) Əlvan, çuqun
D) Mis, polad
E) Latun, alüminium
Məmulatların qrafiki təsvirində xətlərin növü
A) Bütöv əsas,ştrixpunktirli, bütöv nazik
B) Bütöv əsas,ştrixpunktirli, ştrixli
C) Bütöv əsas, bütöv nazik
D) Bütöv əsas, bütöv nazik, ştrixpunktirli, ştrixli
E) Bütöv əsas, ştrixli əsas,bütöv nazik
Elektrik dövrəsinin əsas elementlərini sadalayın.
A) Közərmə lampalar, naqillər, açar, ştepsel rozetkası
B) Közərmə lampalar, açar, naqillər, cərəyan mənbəyi
C) Közərmə lampalar, açar, ştepsel, ştepsel rozetkası
D) Ştepsel rozetkası, cərəyan mənbəyi, közərmə lampalar
E) Közərmə lampalar, naqillər, açar, ştepsel
Zavodlarda qalın təbəqə metalı hansı alət ilə kəsirlər?
A) Gilyotin və qələm
B) Gilyotin və əl qayçısı
C) Gilyotin və mexaniki qayçı
D) İtiağız kəlbətin və qələm
E) Əl qayçısı və qələm
Çilingər məngənəsi hansı əsas hissələrdən ibarətdir?
A) Vint, sıxıcı, dodaqlar, dayaq
B) Vint, hərəkətsiz dodaq, hərəkətli dodaq,dayaq dəstək
C) Dayaq,vint, sıxıcı, dəstək
D) Vint, dəstək, sıxıcı, dodaqlar
E) Vint, sıxıcı, dəstək
Maşinqayırmada çertyoj nə deməkdir?
A) Məmulatın təsviridir
B) Nisbət nəzərə alınmaqla və ölçülər göstərilməklə əl ilə yerinə yetirilmiş təsvirdir
C) Məmulatın miqyaslı təsviridir.
D) Çertyoj alətlərinin köməyi ilə yerinə yetirilmiş həcmli təsviridir
E) Məmulatın həcmli təsviridir.
Ölçü alətlərinin növləri.
A) Faltsqobel, şerxebel, mikrometr
B) Ştangenpərgar, mikrometr, xətkeş
C) Şerxebel, mikrometr, xətkeş
D) Fuqanok, şerxebel, faltsqobel
E) Şerxebel, xətkeş, ştangenpərgar
Çuqun dəmirin ərintisidir və tərkibində karbon neçə faizdir?
A) 3 ٪–dən artıqdır
B) 2٪ –dən azdır
C) 1٪–dən artıqdır
D) 2٪–dən artıqdır
E) 1٪–dən azdır
Pərçim birləşməsi hansı növ birləşməyə aiddir?
A) Yivli birləşməyə aiddir.
B) Sökülə bilən birləşməyə aiddir.
C) Sökülə bilməyən birləşməyə aiddir.
D) Şplintli birləşməyə aiddir.
E) İşkilli birləşməyə aiddir.
Hamar səth almaq üçün taxtanı hansı istiqamətdə yonmaq lazımdır?
A) Liflərə 45° bucaq istiqamətində
B) Liflərə 60° bucaq istiqamətində
C) Liflərə 30° bucaq istiqamətində
D) Liflərə əks istiqamətində
E) Liflərin istiqamətində
Mişarlama qutusu nə üçün istifadə olunur?
A) Müxtəlif bucaqlar altında pəstahın liflərinin eninə dəqiq mişarlanması üçün
B) Pəstahın uzununa dəqiq mişarlanması üçün
C) Pəstahın səthini rəngləmək üçün
D) Pəstahda dəlik açmaq üçün
E) Pəstahı saxlamaq üçün
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top