Tapmaca sayı : 301

Babam atdan düşdü,
Donu bənddən düşdü.
Babam məndən nar istər,
Yoxu bilməz, var istər,
Sancılmamış qələmnən
Dərilməmiş bar istər.
Babam oturub al çuxada,
Kim soyundursa gözü çıxar.
Babamın bir çuxası var, on iki cibi,
Cibin hər küncündə otuz düymə,
Hər düymənin bir üzü ağ, bir üzü qara.
Babamın bir donu var,
Qatlayıram, qat götürmür.
Babamın bir donu var, qatlamaq olmaz,
İçi dolu əşrəfidi, sanamaq olmaz.
Babamın bir donu var,
İçi dolu abbası,
Gündüz girər kisəyə
Gecə çıxar eşiyə.
Badyabanı
Gozor obanı,
Altı qıçı var,
İki dabanı.
Bağda bitər tağı yox,
Ha sıxarsan yağı yox.
Bağda bitər tağı yox,
Ha sıxarsan yağı yox.
Bağda sürünər, gəzər,
Az-az görünər, gəzər,
Oxşuyar bir yumağa
Qorxuram əl vurmağa.
Bağda uçar səhər-səhər,
Verər bizə yazdan xəbər.
Bağlaram - qaçar,
Açaram - durar.
Bağlarda tappıldar,
Meşədə şaqqıldar.
Bağrım başı zədəndi,
Zədəndi, zəbərdəndi,
Yaşıl əkdim, al tökdü.
Görən əsli nədəndi.
Bağrım başı zədəndi,
Zərdəndi, zəbərdəndi,
Yaşıl əkdim, al tökdü,
Görən əsli nədəndi.
Bahalıdı qiymətin,
Şahlar çəkir minnətin.
Bakıda bişər,
Şəkidə düşər.
Balaca baqqal,
Nə versən udar.
Balaca Bəsti
Yanları yastı,
Sənəm paçası,
Zərdi haçası.
Balaca Cəfər parça təpər.
Balaca kişi çəpər hörər.
Balaca kişi kəndi gəzər.
Balaca mənzər,
Dağları bəzər.
Qayıdıb gələr,
Obada gəzər.
Balaca mənzər,
Evləri gəzər.
Balaca məzar,
Dünyanı gəzər.
Balaca motal,
Qapıda yatar.
Balaca quyu,
İçində suyu,
Ağcadan ağdı,
Sarıdan sarı.
Balaca quyu,
Pıqqıldar suyu.
Balaca quyu,
Pıqqıldar suyu.
Balacayam, sarıyam,
Deməyin ki, darıyam.
Sizə çörək oluram,
Zəmilərin barıyam.
Baldan şirin, baltadan ağır,
Bazara gedər, satılmaz.
Baldırı bucaq,
Dalı bir qucaq.
Balta vurdum çəkilə,
Çəkil yerə tökülə.
Quşlardan hansı quşdu,
Özü düzə çəkilə.
Balta vurdum nimçəyə,
Səsi gəldi Gəncəyə.
Bapbalaca boyu var,
İldırımdan soyu var,
Əl vurarsan qudurar,
Dünyaya od vurar.
Barmağı soxdum gözünə
Ağzını açdı dizinə.
Barmağıma ala gözlü
Sarı ilan sarılıb.
Barmaqda ilantəhər,
Gözündə yaşıl zəhər.
Baş aşağı tökülməz,
Dibi qaya sökülməz.
Süfrələrə salınmaz,
Onsuz heç kim dirilməz.
Baş üstə durar,
Baxıb göz vurar.
Basdırmışam iki toyuq,
Biri isti, biri soyuq.
Başı daraq, quyruğu oraq,
Tezdən durar, surun vurar.
Başı iki,
Ağzı bir.
Beldə kəmər,
Doşab əmər.
Başı yerdə, dalı göydə.
Başına kələm bağlayar,
Ürəyi vərəm bağlayar.
Oğul-uşağını yığıb,
Dəsmal alıb ağlayar.
Başında papaq,
Əlində cida.
Qur-qur quruldar,
Nə əsgər deyil,
Nə də qurbağa.
Başını kəsdim, qanı yox,
Cücələrinin sanı yox*.
Bat-bat ayaqlı,
Eymə dodaqlı,
Belində var dağ,
Ayağında yağ.
Bax Allahın işinə,
İplik taxıb dişinə,
Papaq qoyub başına.
Quyruğu suda
Başı quruda.
Baxsan onun üzünə,
Görünərsən özünə.
Bay-bay ayaqlı,
Mənzər dodaqlı,
Çəkərəm gəlməz,
Banı ayaqlı.
Bay-bay uçar, bay qonar.
Bay iliksiz, bay sümüksüz.
Bayırda sağdı,
Pambıqdan ağdı,
Evə gələr,
Suya dönər.
Bazarda satılmaz,
Tərəzidə çəkilməz,
Baldan şirin dadı var.
Bədəni var, başı yox,
Qolları var, qılçası yox.
Qarnını yırt, qanı yox.
Bədəni yerdə,
Saqqalı göydə.
Bel sapı, balta sapı,
Bir budaq, beş yarpağı.
Bəngi-bəngi başını tut,
Dəngü-dəngü döşünü tut,
Qılman qoca əl-ayaq ver,
Hüseyn qoca quyruğun tut.
Bənzəri var çatıya,
Hücum çəkər fatıya.
Bərəkallah ustakar,
Samannan böyrək kəsər.
Beş dərviş bir quyuya daş atar.
Beş-beş anası,
Beş-beş balası,
Onu bilməyən,
Çəpəl balası.
Bilmədik hardan gəldi,
Ətdən sümükdən gəldi,
Oraqla ha doğradıq,
Təzədən bir də gəldi.
Bir abam var, qatlamaq olmaz,
Bir patavam var, sarımaq olmaz,
Bir xəlbir aşığım var, sanamaq olmaz.
Bir ağ daşım var, odda yanmaz,
Suda batmaz, gün çıxanda əriyər.
Bir ağacım var - bir gövdəsi, beş budağı,
Hər budaqda bir sədəf.
Bir ağacım var - yarpaqsız, budaqsız,
Ona çıxan qalar, əlsiz-ayaqsız.
Bir ağacım var dam boyda,
Meyvəsi badam boyda.
Bir ağacım var, iki budağı.
Bir ağacım var, on iki budağı,
Hər budağın otuz yarpağı,
Hər yarpağın bir üzü qara, bir üzii ağ.
Bir anası var, beş balası,
Onu tanımayan at balası.
Bir at aldım, yox yerişi,
Nə erkək idi, nə dişi,
Nə yayı görür, nə qışı.
Bir atım var ad eylərəm,
Ölsə, qiyamət eylərəm,
Əti yoxdu ki, kəsməyə,
Sümüyün xeyrat eylərəm.
Bir atım var ağ alaca,
Özü gedər, yəhəri qalar.
Bir atım var atılar,
Qulaqları çatılar.
Quyruğunu bərk qısar,
Sinib dərədən busar.
Bir atım var cilovda durmaz,
Gecə gedər, gündüz yorulmaz.
Bir atım var dərində,
Bağlamışam sərində,
Gecə-gündüz yol gedir,
Yerindədi, yerində.
Bir atım var dərində,
Bağlamışam sərində,
Gecə-gündüz yol gedir,
Yerindədi, yerində.
Bir atım var minə bilmirəm,
Ağzın açsa, dinə bilmirəm.
Bir atım var səməndi,
Nə ucu var, nə bəndi.
Özü açılar, özü yumular.
Heç kəs bilməz bu fəndi.
Bir atım var, at demərəm,
Ölmünə minnət elərem,
Ətin ataram yellərə,
Sümüyün xeyrat elərəm.
Bir atım var, çullasan çulun salar,
Çullamasan qulun salar.
Bir atım var, hər yetəni minir.
Bir atım var,
Sakit durmaz.
Hey yol gedər,
Heç yorulmaz.
Bir axmaq öküzüm var,
İyləndirib ət yeyər.
Bir balaca boyu var,
Al-atlazdan donu var.
Bir balaca boyu var,
Dam dolusu toyu var.
Bir balaca boyu var,
Darayıdan donu var.
Bir balaca boyu var,
Qırmızıdan donu var.
Bir balaca dağarcıq,
İçi dolu gül mıncıq.
Bir balaca hindili,
Deşib keçər qəndili.
Bir balaca mil daşı,
Yandırar dağı, daşı.
Bir balaca mil daşı,
Yandırır dağı-daşı.
Bir balaca misiri,
Aləm onun yesiri.
Bir balaca misiri,
Bəylər onun yesiri.
Bir balaca misri daşı,
Yandırar dağı-daşı.
Bir balaca nar daşı,
Götürəmməz min kişi.
Bir balaca özü var,
Səksən səkkiz gözü var.
Bir balaca sandıqça,
İçi dolu ağ mıxça.
Bir balaca xallı şey,
Üstü qızıl allı şey,
Qoydu bizim dolçaya,
Şirin, sarı, dadlı şey.
Bir bardaqda iki rəng su.
Bir belə bəsti,
Dəstəsi yastı.
Balış lanqıcı,
Ağzı fış-fışı.
Bir beləcə mil daşı,
Yandırdı, yanın qaşı.
Bir beləcik atlaz,
Suya salsan batmaz.
Bir bölük atlar,
Meşədə otlar.
Gün dəyən kimi,
Sağrısı çatlar.
Bir çanağım var, içi dolu quyruq,
Üstündə də bıçaq, nə qədər doğranır - qurtarmır.
Bir çanaq üzüm,
Yollara düzüm.
Boğazı, beli
Büzüm, ha büzüm.
Bir cüt bulağım var, suyu şor.
Bir cüt öküzüm var,
Dama girər aləmi gəzər;
Damdan çıxar, bir yerdə durar.
Bir cüt quyum var, qıraqları qırx çəpər.
Bir dağarcıq unum var,
İçində bir vərdənə.
Bir damım var dəmirdən,
Altı od, içi bədən.
Bir damım var, əl, üstə,
Əlini vur el üstə.
Alçaq damın altından,
Xırda-xırda qar istə.
Bir damım var, ətdəndi,
Qırağı sədəfdəndi.
Altı on altmdadı,
Üstü on altındadı.
Bir damım var, içi dolu ağ yarmaça.
Bir damım var, iki dirəkli.
Bir damım var, qapısı yox.
Bir damım var, üç dirəkli,
Damı götürsəm, qalar dirəyi.
Bir damım var,
Bir çəngə ot tutmaz,
Yüz baş mal tutar.
Bir damım var,
Tək dirəkli.
Bir damın mən üstündə,
Sən baxsan, sən üstündə.
Bir dərədə bir parça ət.
Bir dərədə bir quş uçur, adı yox,
Şirinlikdən yemək olmaz, dadı yox.
Bir at ona peşkəş olub canı yox,
Bir qoyundu loğman ona, canı yox.
Bir dərədə qurd durmuş,
Dişin-dişinə vurmuş,
Dünyanın malın yemiş,
Heç özünə qalmamış.
Bir dirək üstə iki dam.
Bir donum var, tikişi yox,
Sökülməklə heç işi yox.
Bir donum var, tikişi yox.
Bir dükanım var, həm məxmər dükanıdır,
Həm əllaf dükanı, həm də odun dükanı.
Bir evdə iki qardaşım var,
Ha gedirlər bir-birini ötə bilmirlər.
Bir güzgüm var, qapaqlı,
Dörd qırağı saçaqlı.
Bir hovuzum var dəmirdən
Suyu gəlir yetmiş yeddi dəlikdən.
Bir il əkərlər,
Yeddi il biçərlər.
Bir ilikdi, bir sümükdü, bir dəri,
Aləm onun ləzzətinə müştəri.
Bir itim var, evin başına hərlənər,
Orda başı bağlanar.
Bir itim var, hürər-hürər,
Burnu şişər.
Bir kaham var, qıraqları sədəfli.
Bir kiçicik yurd,
İçi dolu qurd.
Bir kilimim var,
Min bir naxışı,
Yelbaba süpürər,
Payızı, qışı.
Bir kişi dağdan ilxı tökər.
Bir kişi var - özü burda
Bağırsağı orda.
Bir kişi var qara təpəni ağardır,
Ağ süpürgəni qızardır.
Bir kişinin dörd evi var,
Biri yaşıldı, o biri al,
Biri sarıdı, o biri ağ.
Bir körpü altda iki yol.
Bir küpüm var saçaqlı,
Yeddicə deşiyi var,
Üçü cütdü, biri tək.
Bir minarəm var, yonduqca yoğunlar,
Qazdıqca uzanar.
Bir nəlbəki nar giləsi,
Ələ gəlməz bir dənəsi.
Bir öküzüm var, ağzından ayran axar.
Bir öküzüm var, çulunu alanda qabırğaları sananar.
Bir öküzüm var, mıx yüklü.
Bir öküzüm var, quyruğundan tutmasan, dama
girməz.
Bir öküzüm var, quyruğuyla çit hörər.
Bir özü var, dörd gözü.
Bir özü var, min gözü.
Bir özü, yüz balası,
Özü də belində gəzər.
Bir padşahın beş oğlu var, beşi də bir yaşda,
bir biçimdə, beşi də eyni peşədə.
Bir palazım var, çırpa bilmirəm,
Naxışı xırdadı, saya bilmirəm.
Bir pəyə malım var, hamısı qaşqa.
Bir qamçım var,
Əlimə ala bilmirəm.
Bir qapağı,
Min yarpağı.
Bir qara bağ dibində,
Əzraillər çığırışar.
Bir qara öküzüm var,
Hər yetən çulluyar.
Bir qara qatır,
Yan üstə yatır,
Nə yemir, nə içmir,
Nəfəsin alır.
Bir qara quşum var,
Qapıda dimdiyindən asılıb,
Heç kimi buraxmır.
Bir qara toyuğum var,
Qapıları gəzər.
Bir qaraca gözü var,
Dünya dolu izi var.
Bir qardaşım var,
Getdi, qayıtmadı.
Bir qarpızım var cığal,
Üstünə dünya sığar.
Bir qayada yeddi bulağım var.
İkisi şordu, ikisi şortəhər,
Biri şirindi, ikisi zəhər.
Bir qıllıca yumağım var,
Yeddi dəlik-deşiyi var.
Bir qızıl öküzüm var,
Harda yatsa ot bitməz.
Bir qızım var, hər gələn üzündən öpər.
Bir qundağım var, içində qudurmuş it yatıb.
Bir quş uçurtdum,
Tuta bilmədim.
Bir kürk geyindim,
Çıxarda bilmədim.
Bir quşum var ahanı,
Gəzər cümlə-cahanı,
Götürrəm öldürməyə,
Nə əti var, nə canı.
Bir quşum var ala-bula,
Qanadların çala-çala.
Gedər ciyər sövdasına.
Bir quşum var alaca,
Uçar, qonar ağaca,
Ağacda bir ev tikər,
Nə qapı qoyar, nə baca.
Bir quşum var alaca,
Getdi qondu ağaca,
Özünə bir ev tikdi,
Nə qapı qoydu, nə baca.
Bir quşum var alanı,
Gəzər gümlə-cahanı,
Tutdum başın kəsməyə,
Nə əti var, nə qanı.
Bir quşum var bağdadı,
Dimdiyi yarpaqdadı.
Bir quşum var canı yox,
Qanadı var, qanı yox,
Uçur uzaq ellərə,
Elə çoxdu, sanı yox.
Bir quşum var düz uçar.
Bir quşum var firəngi,
Talvarda vurar zəngi,
Nə yemir, nə içmir,
Nə dili var, nə həngi.
Bir quşum var iki qanadlı,
Ha uçar yerində qalar.
Bir quşum var nəhanı,
Gəzər cümlə-cahanı,
İstərəm kəsib yeyəm,
Nə əti var, nə qanı.
Bir quşum var səməndi,
Nə bağı var, nə bəndi,
Özü açılar, özü yumular,
Heç kim bilməz bu fəndi.
Bir quşum var taxta-dəmir,
Yumurtası adam dəlir.
Bir quşum var zirəngi,
Dağlar altda dirəngi,
Gecə qonaq gələndə
Nə dəliyəm, nə dəngi.
Bir quşum var, balası özündən tez uçar.
Bir quşum var, bir göz qırpımında ərşə gedər.
Bir quşum var, dıqqana,
Gecə çıxar dik qana,
Ürəyi şir ürəkli
Özün yaxar oddana.
Bir quşum var, səsi düşüb dünyaya,
O quş məni aparacaqdır Aya.
Bir quşum var, yumuşdu,
Üstü-başı gümüşdü.
Nə dən yeyər, nə içər,
Amma özü bir quşdu.
Bir quşum var,
Dərisi puldan,
Gözləri nurdan.
Bir quşum var,
Ziy-ziyidi.
Gecə uçar,
Gündüz yatar.
Bir qutum var - özü açılır, özü yumulur.
Bir quyum var dayazdı,
İçi dolu bəyazdı.
Bir quyuya iki deşikdən su tökülür.
Bir sandığım var mərəndi,
Nə qıfılı var, nə bəndi,
Elə açılır, elə yumulur,
Heç kəs bilməz o fəndi.
Bir sandığım var, dünyanın hər yerindən xəbər verir.
Bir sehirli fanaram,
Kibritsiz də yanaram.
Nə yerdə yox, nə göydə,
Havadan sallanaram.
Bir sinidə iki toyuq -
Biri isti, biri soyuq.
Bir sürü atlar,
Çəməndə otlar,
Vaxtı gələndə,
Dərisi çatlar.
Bir sürü quzu,
Otlayır düzü,
Nə bir izi var,
Nə də ki, tozu.
Bir tabaq almaz,
Sabaha qalmaz.
Bir tabaq mərzə,
Təzəbətəzə,
Yaşdır qurumaz,
Nəmdir çürüməz.
Bir tapmaca deyim,
Tapmasan gənə deyim.
Bir taxçam var, düyü ilə dolu.
Bir təndirim var, içi bir çörək tutur.
Bir təndirim var, iki çörək tutur.
Bir təpəm var qara otdan,
Kökü sümük, üstü ətdən.
Bir tovla malım var, hamısı qaşqa.
Bir toyuğum var, yer altında yumurtlar.
Bir toyuğum var,
Süzər-süzər
Yumurta tökər.
Bir ustam var, gecə-gündüz bez toxuyur,
Heç kim onu geyə bilməz.
Bir xana toxudum, nə ərşi var, nə arğacı.
Aranda qalmaz, dağdadı ağacı.
Bir xəlbir aşığım var,
İçində bir saqqası.
Bir yağlı böyrək,
Çuvaldan çıxdı,
Xorhaxor kişi,
Ağzına tıxdı.
Bir yanı ağ,
Bir yanı al.
Ağzına al,
Dadıdı bal.
Bir yaylığım var, iki dağ arasında
Sərirəm qurumur.
Bir yemim var, nə süfrəyə qoyulmaz,
Nə süfrədən götürülməz.
Bir yerdə bir çölmək var,
Durub onu bölmək var,
Səksən səkkiz çatıda
Doxsan doqquz ilmək var.
Bir yumru özü var,
Mincə dənə gözü var.
Bir zağada bir tikə ət,
Yaşdı yeri qurumaz,
Nəmişlikdə çürüməz.
Bir zağam var, içi dəyirman,
Hər nə töksən, üyüdər ənam.
Bir zəmim var, ildə iki dəfə biçilər.
Bir zərbab taxta,
İçində paxla.
Birbeləcə mürcünü
Gördüm onun gücünü.
Yeddi qatar dəvə də
Çəkməz onun gücünü.
Bircə belə boyu var,
Dağdan ilxı endirir.
Bircə qırıq misiri
Bəylər onun yesiri.
Biri danışır,
İkisi baxır,
İkisi eşidir.
Biri deyir, gəl gedək,
Biri deyir, getmiyək,
Biri başın buluyur.
Biri deyir, vay başım,
Biri deyir, vay leşim.
Biri gedər, gəlməz,
Biri yatar, durmaz.
Biri gəlir, biri oturur, biri yatır.
Bitməmiş yovşan dibində,
Doğmamış dovşan balası.
Biz biz idik - yüz qız idik,
Bizi bükdülər, ipə düzdülər,
Qırğın gəldi - qırıldıq,
Şükür Allaha dirildik.
Biz biz idik, yüz qız idik,
Bizi üzdülər, ipə düzdülər.
Biz bizə biz deyirik,
Siz bizə nə deyirsiz?
Biz-biz idik, yüz qız idik
Bizi büzdülər, ipə düzdülər.
Bizdə bir gəlin gəzər,
Saçıyla yer təmizlər.
Bizdə bir kişi var,
Ağzında beş dişi var.
Bizdə bir kişi var,
Ağzında iki dişi var.
Bizdə bir kişi var,
Ağzında on dişi var.
Bizdə bir kişi var,
Dəmirdən dişi var.
Bizdə bir kişi var,
Əyri-müyri işi var,
Bizə gələrsən,
Gülməkdən ölərsən.
Bizdə bir kişi var,
Qırx-əlli dişi var.
Bizdə bir kişi var, təpəsi dəlik.
Bizdə bir kişi var,
Çoxluca gözü var.
Bizdə bir kişi var,
Dörd qıçı var.
Bizdə bir kişi var,
Hər gələn üzündən öpür.
Bizdə bir kişi var,
Hər gələnə əl verir.
Bizdə bir kişi var,
Qırx dənə dişi var.
Bizdə bir kişi var,
Qırx iki dişi var.
Bizdə bir kişi var,
Yetmiş iki dişi var.
Bizdə bir usub yatır,
Qolların qısıb yatır,
Bircə təpik vurmamış,
O yanda küsüb yatır.
Bizdə iki kişi var,
Tüklü təpədə oturuşu var.
Bizdə yoxdu, sizdə yoxdu,
Yer altında qızıl çoxdu,
Budaq verir, yarpaq yoxdu.
Bizidik, bizləridik,
Otuz iki qız idik.
Gah əzildik, üzüldük,
Bir taxçaya düzüldük.
Bizim bir itimiz var,
Yetmiş yeddi dili var,
Ağzı yox, adam tutar.
Bizim evdə bir kişi var
Qırx-əlli dişi var.
Bizim evdə bir kişi var,
Ağzında üç dişi var.
Bizim evdə bir kişi var,
Köndələn yatışı var.
Bizim evdə bir kişi var,
Təpəsində üç dişi var.
Bizim evdə bir kişi var,
Təpəsində yüz deşiyi var.
Bizim evdə bir quyu var,
İçində sərin suyu var,
Suyu içilməz,
Barı biçilməz.
Bizim evdə bir quyu var,
İçində zəm-zəm suyu var.
Bizim evdə bir quyu,
İçində ağca suyu,
Suyun içində ilan,
İlan ağzında gövhər,
Gecələr bizə göndər.
Bizim evdə dörd gəlin var,
Dördü də bir boy-buxunda.
Bolli-billi bilən day,
Beli incə kürən day.
Hövrən görər kişnəməz,
Göy ot görər dişləməz.
Bostanda var bir arvad,
Paltar geyib qatbaqat.
Bostanda var gombul kosa,
Üstü bozdu, içi xasa,
Əzsən dolar qanla kasa.
Boycuğazı bir qarış,
Saqqalı yeddi qarış.
Boyu bənzər əriyə,
Qaçar girər dəliyə.
Boyu bir qarış,
Saqqalı iki qarış.
Boyu əsgərdən kiçik,
Hökmü padşahdan böyük.
Boyu uzun sayaqdı,
Sahibinə dayaqdı.
Bu gün çaharşənbədi,
Qəlbimə düşən nədi?
Dəryadan tüstü qalxır
İçində bişən nədi?
Bu günləri şənbədi,
Könlümə düşən nədi,
Nə əti var, nə qanı
Ocaqsız bişən nədi.
Bu günləri şənbədi,
Könlümə düşən nədi.
Odsuz-ocaqsız ağ quş,
Qazanda bişən nədi?
Bu günü adınadı,
Adnanın adı nədi,
Ağdan qara boyanmış,
Boyağın adı nədi?
Bu günü adınadı,
İşlər ovandınadı,
Qaradan ağ boyandı,
Tap görüm, adı nədi?
Bu günü adınadı,
İşlər ovandınadı.
Sümüksüz, sümük yeyir
Tap görüm, adı nədi?
Bu meşə gül meşəli,
Altı tər bənövşəli.
Bir kişinin min oğlu,
Hamısı bir peşəli.
Bu quş necə quşdu,
Qanadı fırlanquşdu.
Ot otlar qoyun kimi,
Su içməz, necə quşdu?
Bu yanı çəpər,
O yanı çəpər,
İçində atlı çapar.
Bu yanı taxta,
O yanı taxta,
Şahqulubəy otaqda.
Bu yol hazara gedər,
Mehdi bazara gedər,
Atası oturmamış,
Oğlu bazara gedər.
Bugünkü gün adnadı,
İşlər ovandınadı.
Dünya üç şey görməyib
Tap görüm adı nədi?
Bulud-bulud içində,
Ay da bulud içində,
Göydən yerə od yağdı,
Biz də yandıq içində.
Büm üzüm, bülbülüm üzüm,
İri salxım, xırda üzüm.
Bura gələn hacıdı,
Aş bişirən bacıdı,
Zoğ atlar yarpaqlamaz,
Tap gör, nə ağacıdı.
Burdan batar, ordan çıxar,
Qılçıq atar, yonca bitər.
Burdan girər,
Ordan çıxar.
Burdan vurar qılıncı,
Bağdadda oynar ucu.
Burdan vurdum baltanı,
Ordan çıxdı qaltanı,
Anam bir oğlan doğub,
Yerin, göyün soltanı.
Burdan vurdum baltanı,
Ordan çıxdı qaltanı,
Qara qız oğlan doğdu
Yerin, göyün soltanı.
Buruq-buruq hara gedirsən?
Təpəsi dəlik, sən nə deyirsən?
Buxarı, ay buxarı,
Tüstü çıxar yuxarı,
Kənddə bir oğlan gördüm,
Əyni yaşıl çuxalı.
Buxarı, ay buxarı,
Tüstü çıxar yuxarı.
Quşlarda hansı quşdu,
Ayaq beldən yuxarı.
Buxarı, ha buxarı,
Buxarıdan yuxarı,
Ordan bir oğlan çıxdı,
Çiyni qara çuxalı.
Top