Saytımızda yerləşən tapmacalar aşağıdakı hərflərə görə qruplaşdırılıb
Tapmaca sayı : 8
Aşmaz-uşmaz,
Yerə düşsə,
Beli sınmaz.
Cavab:Yarpaq
Əynində yaşıl donu,
Damarları görsənir.
Cavab:Yarpaq
Əyri-üyrü boy atar,
Ayağı yerə batar.
Salxım-salxım sallanar,
Altında sarvan yatar.
Cavab:Söyüd ağacı
İnəyim var, eşikdədi,
Ayı, ili eşikdədi,
İldə bir kərə sağılar,
Özü yenə eşikdədi.
Cavab:Bağ
Uzanar, ha uzanar,
Qollarınnan balalar.
Cavab:Ağaclar
Uzun-uzun uzanar,
Al yaşıla boyanar.
Qırmızıdan don geyər,
Ərş üzünə uzanar.
Cavab:Ağac
Yağış yağanda,
Çimər, yuyunar.
Yazda geyinər,
Qışda soyunar.
Cavab:Ağac
Yaşılı yamanca bərkdi,
Sarısı lap göbələkdi.
Əl vurma, düşəcəkdi.
Cavab:Ağac yarpağı