Tapmaca sayı : 39

Adam başında qıllı motal.
Adam belində, xallıca ilan.
Ağzını aşağı elərəm dolar,
Yuxarı elərəm boşalar.
Aldım qazan,
Saldım quyruq,
Əridi qazan,
Qaldı quyruq.
Almışam atannan
Gəncədə satannan,
Qu tükündən yüngül,
Qırağı qızıl, gül.
Altı camış,
Üstü keçi.
Yüklənibdi,
Bir cüt ata.
Bağlaram - qaçar,
Açaram - durar.
Balaca məzar,
Dünyanı gəzər.
Balaca motal,
Qapıda yatar.
Barmağıma ala gözlü
Sarı ilan sarılıb.
Barmaqda ilantəhər,
Gözündə yaşıl zəhər.
Bədəni var, başı yox,
Qolları var, qılçası yox.
Qarnını yırt, qanı yox.
Bir balaca misiri,
Aləm onun yesiri.
Çəkisi bircə misqal,
Qiyməti mincə dinar.
Çıxdım təpəyə,
Ayağım düşdü küpəyə.
Dağdan gəlir bir mözü
Bir burnu var, qırx gözü.
Əl ilə yapılar,
Qulağa taxılar.
Əriməz küpə,
Çürüməz küpə,
Yüz il qalsa
Çürüməz küpə.
Ətdən şiş,
Gümüşdən kabab.
Əzizinəm, yüz qoyun,
Yüz götürün, yüz qoyun.
Altı abbasıya almışam,
Altı öküz, yüz qoyun.
Gecə qısır,
Gündüz boğaz.
Gündüz şappıldar,
Gecə dayanar.
İki kürküm var -
On qardaşa çatar,
Bunu kim tapar?
Lələyəm, lələndiyim,
Bələyə bələndiyim.
Əkdim, biçdim, sovurdum
Belimə şələndiyim.
Mən aşıq, bayı keçdim,
Kasıbı bayı keçdim.
Altı camış, yüz keçi
Əlimdə çayı keçdim.
O nədi ki, vəzndə yüngül,
Qiymətdə ağır.
O nədir ki, toyuqdan alçaq, adamdan hündür.
Qapı-qapı,
Zəncir sapı.
Dörd budağı,
Bir yarpağı.
Qırxca dənə gözü var,
Qıllıcana üzü var.
Qıvrılmış ilan
Adam belində.
Quyruğu ilə
Başı bir yerdə.
Qoyun dərisi,
Duzludu tərsi.
Yumru küpədi,
Başı təpədi.
Qulaq üsdə quş yatar.
Sarı-sarı sarmağım,
Sarı gözə barmağım.
Səhərdən duraram, haçaya minərəm.
Haçasız heç yana getmərəm.
Təkər üstündə zəbərcat,
Gəlin barmağına hacət.
Tu-tu tuburğu, tutar yatar tuburğu
Yüz il, min il gün dəysə, çürüməz heç tuburğu.
Yağış yağsa düzülər,
Gün çıxanda büzülər.
Altı var, üzü yoxdur,
Çəksəm bağı üzülər.
Yerim dərin dəryalar,
Məndən qiymətli nə var?
Yüyürdüm o təpəyə,
Yüyürdüm bu təpəyə,
Ayağım düşdü küpəyə.
Top